SƏN MƏNIM QƏLBIMDƏ YAŞAYACAQSAN
Fayiq
3 Noy 2013 / 12:35
Ayrılıq əbədi yolumuz bizim,
Acılır sarılan qolumuz bizim,
Sevgimiz olsa da ölümüz bizim,
Sən mənim qəlbimdə yaşayacaqsan.
Qoy titrək əllərim əlinə dəyin,
Oxşayım sacını,telinə dəysin,
Son dəfə sarılım belinə dəysin
Sən mənim qəlbimdə yaşayacaqsan.
İsladır gözümü hicranın cəni,
Vurur dağdan-daşa ayrılıq məni
Sanma unudacam bir zaman səni,
Sən mənim qəlbimdə yaşayacaqsan.
Sevginin həsrətə döndüyü yerdə,
Cox aşiq dözübdü bu ağır dərdə.
Mən də dözəcəyəm unutma birdə,
Sən mənim qəlbimdə yaşayacaqsan.
İcəcəm göz yaşı,yeyəcəm kədər
Nə qədər ömrün var yaşa bir təhər,
Mücirəddin deyir ölənə qədər,
Sən mənim qəlbimdə yaşayacaqsan.
[cavab]
*Duyqu*
3 Noy 2013 / 12:43
Fayiq, aydaaa qaqa bu ne idi seher seher
super
[cavab]
@inna@
3 Noy 2013 / 13:30
dirrrrrr
[cavab]
*Sesi**
3 Noy 2013 / 23:34
Fayiq, heqiqetnde superrrr.






red. *Sesi** (03.11 /23:35)
[cavab]
Fayiq
4 Noy 2013 / 01:03
xedice biz ayrilisaqda SEN MENIM QELBIMDE YASAYACAQSAN
SENI COOOOX SEVIREEEEM
[cavab]
Bölmeye qayıt