Ramiz Rövşən...
L_SimuS
3 Noy 2013 / 00:48
Çəp-çəp baxır göylər bizə,
Yağışlar çəpəki yağır.
Ölənəcən belimizə
Taleyin təpiyi yağır.
Daşlayırıq göy üzünü,
Mələklər göydə diksinir,
Qanadları sınır, sınır,
Ağappaq lələyi yağır.
Yerdən göyə baxa-baxa
Deyirik ki: «Qardı yağan…»
…Mələklər qırılıb daha,
Lələklər, hələ ki, yağır…
[cavab]
Bölmeye qayıt
0.1425 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az