..::Kərbəla Qiyamı::..
aze
2 Noy 2013 / 23:31
Kərbəla qiyamı və İmam
Hüseynin (ə) şəhadəti
İmam Həsənin (ə) vəfatından
sonra hicrətin 50-ci ilində İraqda
olan şiələr Müaviyənin
müsəlmanlara rəhbərlikdən
uzaqlaşdırılmasını istəyərək
İmam Hüseynə (ə) məktublar
göndərdilər. Lakin Hüseyn (ə)
Müaviyə ilə öz arasında əhd və
müqavilə olduğunu və həmin
müqavilənin poza bilməyəcəyini
onlara bildirdi.
Amma, Müaviyə özünün 20 illik
hakimiyyəti ərzində xilafəti arsız
oğlu Yəzid üçün
möhkəmləndirmişdi ki, onu
mö'minlərin əmiri tə'yin etsin.
Müaviyə isə özü-özlüyündə
Allahın şahid olduğu bu
müqaviləyə müxalif idi. Müaviyə,
əhli-sünnənin təqvalı və layiqli
olma şərti ilə xəlifəni şura yolu
ilə seçmə e'tiqadına qarşı çıxmış
və onu pozmuşdur. Müaviyənin
islam və müsəlmanların
haqqında cinayətlərin
sonsuzluğunu görəsən, qalan
Əməvi, Abbasi və Osmanlı
xəlifələri də onun yolu ilə getmiş
əsrimizdəki fitnə-fəsad yaradan
müsəlman hakimlərindən böyük
əksəriyyətini bü yoldan
uzaqlaşmağı da çətin olmuşdur?
Müaviyənin ölümündən sonra
hicrətin 60-cı ilində Yəzid
hökmranlığa yetişdi. Bütün
müsəlman icmalarının e'tirafına
görə Yəzidin sarayı günah və
arsızlıq mərkəzi idi. Onun özü isə
gecə məclisləri təşkil edib, açıq-
aşkar şərab içməklə məşğul idi.
Onun nəql olunmuş
əhəmiyyətsiz şe'rlərindən bir
beyt qeyd edək.
Məni qulağımdakı soxulcan
səsləri məşqul etdi,
Bu səslərin tə'sirindən hurini
qoca
qarı ilə dəyişdim
Bunda heç bir qəribəlik yoxdur
ki, Yəzidi bir məsihi tərbiyəçi
böyütmüşdür. Tarixçilərin
yazdıqına görə o, düşüncəsiz,
pozğun, zalım, arsız, kütbeyin,
mə'suliyyətsiz, ərköyün bir kənc
idi. Rəvayət olunub ki, Yəzid bir
dəfə müsəlmanlarla bərabər
cümə namazını üçüncü gün
qılmışdır, başqa bir vaxt isə içki
içəndən sonra sübh namazını
imam olduğu halda dörd rükət
qılmışdır. Yəzidin bu kimi işləri
çox olmuşdur. Bizim məqsədimiz
onları aşkar etmək deyildir. Biz o
qanun pozuntularını qeyd
etməklə İmam Hüseynin (ə)
hədəfə aldığı Peyğəmbər (s)
sünnətini və islamı yaşatmaq
üçün üsyan və qiyam etmənin
zəruriliyini görməsini
aydınlaşdırırıq.
Belə ki, İslam dini məsxərəyə
qoyulub aradan getmək üzrə idi.
İmam Hüseynin (ə) hədəfi
inqilab etmək ilə səltənət və
xilafəti əldə etmək deyildi. Çünki
o bilirdi ki, xüsusi ilə İraq əhlinin
Əməvilərdən qorxub, geri
çəkilməsilə onların xilafətdə
qalma şansları daha tə'minatlı idi.
[cavab]
aze
2 Noy 2013 / 23:33
İmam Hüseyn (ə) Kərbəla
yaxınlığında etdiyi xütbələrin
birində üsyan etməsinin
səbəbini belə açıqlamışdır: "Ey
insanlar, hər kim Allahın
haramlarını halal edən,
müqavilədən sonra Allahın
əhdini pozub onun
peyğəmbərlərinin sünnətinə
müxalif çıxan, Allahın bəndələri
arasında zülm və günahla edən
zalım imam (rəhbər) görərsə,
onu görənlə bərabər cəhənnəmə
üzü üstə atılar". Belə ki, deyir: "Ey
insanlar onlar Şeytana itaət
edirlər, Allaha asi olurlar, yer
üzərində fitnə-fəsad edirlər,
peyğəmbər sünnətinin
dayandırırlar və müsəlmanların
beytül malını əllərinə alırlar,
Allahın haramlarını halal edib,
halal etdiyini isə haram edirlər.
Mən insanlar arasında onlara
qarşı çıxan ən layiqlisiyəm".
İmam Hüseyn (ə) Kufədə baş
verən qorxunu bildikdən sonra
öz ətrafında olan Əhli-Beyt və
səhabəsini toplayıb onlara belə
buyurdu: "Şiələrimiz, bizi
köməksiz qoydu, sizlərdən hər
kim getmək istəyirsə gedə bilər,
gedən şəxs üçün bizim
tərəfimizdən heç bir məzəmmət
yoxdur".
İmamla (ə) bərabər Məkkə və
Mədinədən gələn səhabələrindən
başqa onun ətrafında bir kimsə
qalmayıb, hamısı dağılmışdı.
Lakin İmam Hüseyn (ə)
Məkkədən çıxdığı vüqarla öz
qərarında israrlı idi. Bu zaman
onun ətrafında sayı 78 nəfəri
ötməyən səhabələri, qardaşları,
oğulları və əmisi oğulları var idi.
Və onun halı şairlərdən birinin
təsvir etdiyi kimi: "Əgər
Məhəmmədin dini mənim
ölümümlə qalarsa - ey qılınclar,
doğrayın məni!". İmam (ə) Əməvi
xəlifəsi Yəzidi Kufədə olan valisi
Ubeydullah ibn Ziyad tərəfindən
göndərilən Ömər ibn Sə'din
başçılığı ilə, bə'zi rəvayətlərin
yazdığına görə 32 minlik qoşunu
ilə üzləşdi.
Yezid ibn Müaviyənin qüvvətli
ordusunun bu kiçik dəstəni qətlə
yetirməsi təbii idi. Həmin Əhli-
Beytə (ə) zülm olunması və
onların faciəsi açıq şəkildə ifadə
olundu.
Sanki bu vuruşda Yəzid ibn
Müaviyə Peyğəmbərin (s)
istədiyi mükafatı ödəyirdi.
Peyğəmbərin (s) ümmətindən
istədiyi mükafat isə bu idi: "De,
sizdən əhli beytə qarşı
məhəbbətdən başqa bir mükafat
istəmirəm".
[cavab]
aze
2 Noy 2013 / 23:34
Tarix Əhli-Beytin (ə) faciəli
mənzərəsi haqqında həqiqət
olan belə bir söhbət açır... Bu
faciədən biri İmam Hüseynin (ə)
südəmər övladı Abdullahla
bağlıdır.
Yəzidin əsgərləri İmam Hüseynin
(ə) xeyməsi və Fərat çayının
arasında maneə yaratdıqdan
sonra, İmam (ə) südəmər
körpəni götürüb Əməvilərin
düşərgəsinə, ona su istəmək
üçün apardı. Bəlkə bununla
onların vicdanlarını və insani
hissiyyatlarına tə'sir edib,
hərəkətə gətirsin. Onların cavabı
isə körpə uşağı oxlayıb onu
öldürərək geri qaytarmaq oldu.
İmam Hüseynin (ə) səhabələri və
Əhli-Beyti biri digərinin ardınca
şəhid oldular. Bu həlledici
vuruşmada İmam Hüseyn (ə)
axırıncı şəhid idi. Cənnət əhlinin
kənclərinin ağasını qətlə
yetirməklə kifayətlənməyib,
onun başını bədəndən ayırdılar.
Hüseyn (ə) və səhabələrinin
başlarını qatillər öz aralarında
bölüb hədiyyə olaraq Şamda
bə'zilərinin hələ də
müsəlmanların, mö'minlərin əmiri
saydıkı Yəzid ibn Müaviyəyə
apardılar. Allahdan başqa heç
kimdə qüvvə və qüdrət
yoxdur!...
Bu hadisələri nəql etdikdən
sonra İmam Hüseynin (ə) uca
məqsədlər uğrunda inqilab etdiyi
aydın olur. Bu inqilabı böyük
islam dəvətçisi Ömər
Əbdürrəhman belə təsvir edir:
"Həqiqətən Hüseynin (ə) şəhid
olması həyatda qalmasından min
dəfə əzəmətlidir". Onları məzhəbi
təəssübkeşliyinə qurban vermək
üçün və tarixi saxtalaşdırmağa
cəhd edən azmış Əməvilərin
mə'lumatlarına onları qurban
vermək üçün bu əzəmətli inqilabı
ləkələyərək, "Şeyxülislam" İbn
Teymiyə kimi biabırçı təhriflər
etməyə məcbur olurlar: "İmam
Hüseyn (ə) bu qiyamı ilə
müsəlmanların rəhbərinin
itaətindən çıxması üçün islam
xalqı arasında fitnə
törətmişdir!!". Şeyxülislamdan
Müaviyənin də Əlinin (ə)
itaətindən çıxmasını soruşanda,
İbn Teymiyə deyir ki: "...Bu
onların arasında bir fitnə idi və
bunda onların ikisinin də heç bir
günahı yoxdur". Həmçinin
Ayişənin İmam Əliyə (ə) qarşı
çıxması da bunun kimidir
[cavab]
VIP_AZERBAIJAN
2 Noy 2013 / 23:35
Bunu oxumaqda varee
[cavab]
aze
2 Noy 2013 / 23:35
Bütün bunlar bizim islam
tarixində aşkar saxtakarlıq
cəhdlərindən başqa bir şey deyil.
Əks təqdirdə əhli sünnənin
çoxsunun bu tarixi faciəyə
cahilliklə yanaşmasını necə
aydınlaşdıraq? Hansı ki, orada
Peyğəmbər (s) övladlarını
qəddarcasına, əzabla qətlə
yetirmişdir.
Bəni Uməyyə və Abbasi
hökmdarların onlara qarşı
yönələn hərakatı boğmaqda
Müaviyə və onun oğlu Yəzidin
yolu ilə getmişlər. Xüsusən,
Peyğəmbər (s) ailəsini daima
repressiya edib, sürgün etməklə,
qətl və əzab verməklə təqib
etmişlər.
Bu zülm təkcə Peyğəmbər (s)
ailəsinə qarşı edilməsi ilə
bitməyib, Əhli-beytdən başqa
Əməvi zülmünün qurbanlarından
biri də Abdullah ibn Zübeyr idi:
Belə ki, o faciəvi mənzərəni
Məkkənin hərəmində ibn
Zübeyrin qətlə yetirilib, dərisini
soyulmasında həmin müqəddəs
yerin belə ona şəfaət verə
bilməsini tarix qeyd etmişdir.
Hətta cahiliyyət dövründə bu
yer müqəddəs və əzəmətli
sayılmış, orada nəinki insanın,
hətta heyvanın qanının
tökülməsi halal sayılmamışdır.
İbn Zübeyr Kəbənin
pərdələrindən asıldıqda, Bəni
Uməyyə hakimləri yanında Kə'bə
ona şəfaət verə bilməmişdir.
Həmçinin Əbdül Məlik ibn Mərvan
dövründə insanları mancanaqla
ataraq öz zülmü ilə haqsız yerə
insanların başını kəsib, qətlə
yetirmək üçün Həccacın əlinə
əsas vermişdir. Bu iki nəfər
haqqında Həsən Bəsri belə
demişdir:"Əbdül Məlik Mərvanın
Həccacdan başqa bir pisliyi
olmasa belə, tək Həccaç ona
kifayət edər".
Ömər ibn Əbdül Əziz belə
demişdir: "Hər bir xalq öz
zülmkarı ilə gəlsə, biz də Həccac
ilə gəlsək - biz o xalqlara qələbə
çalarıq". Bundan başqa Vəlid ibn
Əbdül Məlikin Qur'anı cırmasını
və bu kimi başqa şeyləri buna
əlavə etmək olar. Müsəlman olan
şəxsə bu cür əməllər etməyə
haqq qazandırmaq olarmı,
xüsusən əgər o, müsəlmanların
xəlifəsi və mö'minlərin əmiri
olarsa??
[cavab]
aze
2 Noy 2013 / 23:37
Şübhəsiz ki, biz bu gün İslam
tariximizə yenidən baxmalı və
müsəlmanların e'tiqadında
olduğu islam məzhəbləri dünyası
ilə möhkəm bağlılığı olan bir çox
hadisələri, bu tayfanın
həqiqətini yaxından və ya
uzaqdan tanımağa kömək edən
zülm və cinayətdə
təqsirləndirmələrini diqqətlə
nəzərdən keçirmək və
araşdırmaq ehtiyacındayıq. Bu
hadisələr, müsəlmanların islam
dini xəttindən parçalanmağına
səbəb olmuşdur. Bununla da
müxtəlif tayfa və firqələrə
bölünmüşlər ki, hər biri özünün
xilas olan tayfa olmasını zənn
edir. Bizim zəmanədə elə bir
nəfər yoxdur ki, bu tayfalardan
birinin adını xəbər vermək üçün
səmadan bir vəhyin intizarında
olsun. Uca olan Allah bizə əql əta
etməklə pisi yaxşıdan seçmək
qabiliyyəti vermiş və onu
bəndələri üzərində mayak
etmişdir. Və bizi kor-koranə
təqlid etməkdən çəkinmişdir.
Necə ki, belə buyurur:
«Onlara: "Allahın nazil etdiyinə
və onun Peyğəmbərinə tərəf
gəlin!" deyildiyi zaman:
"Atalarımızın getdiyi yol bizə
yetər", deyə cavab verirlər. Bəs
ataları heç bir şey bilməyib
doğru yolda deyildirsə
necə?!» { 5.Əl-Maidə surəsi, 104 }
«Ey iman gətirənlər! Əgər bir
fasiq sizə pis bir xəbər gətirsə,
dərhal onun doğruluğunu
yoxlayın, yoxsa bilmədən bir
qövmə pislik edər, sonra da
etdiyinizə peşman
olarsınız!» { 49.Əl-Hucurat surəsi,
6 }
«Lakin onların əksəriyyəti haqqı
xoşlamır». { 23.Əl-Mu'minun
surəsi, 70 }
(Məlumat üçün bir kitabın
üzündəki yazını sizə təqdim
edirik:
Səudiyyə Ərəbistanı. Mədəniyyət
Nazirliyi. Məktəblər üçün dərslik. -
Əmirəlmöminin Yezid ibn
Muaviyyənin həqiqətləri)
[cavab]
aze
2 Noy 2013 / 23:38
VIP_AZERBAIJAN, Allah razı olsun
[cavab]
-[FERMER]-
2 Noy 2013 / 23:43
aze, twk
[cavab]
*BUTTERFLY*
2 Noy 2013 / 23:43
VIP_AZERBAIJAN,muselmaniqsa bunlari bilmek borcumuzdu.Allah hidayet etsin.
[cavab]
aze
2 Noy 2013 / 23:46
-[FERMER]-, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1573 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az