..:Imam Hüseyn::..
aze
2 Noy 2013 / 22:52
İmam Hüseyn
Hüseyn ibn Əli ibn əbu Talib
ﺣﺴﻴﻦ ﺑﻦ ﻋﻠﻲ ﺑﻦ ﺃﺑﻲ ﻃﺎﻟﺐ
Şiələrin 3-cü imamı
669 — 680
Sələfi:
İmam Həsən
Xələfi:
İmam Səccad
Dini:
İslam
Təvəllüdü:
626-cı il
Mədinə
Vəfatı:
680-ci il
Kərbəla, İraq
Atası:
Əli ibn Əbu Talib
Anası:
Fatimə
Həyat yoldaşı:
1. Şəhr Banu
2. Leyla binti Əbu Murrəh
3. Ümm İshaq binti Təlhə
Uşaqları:
oğulları: Əli əl-Əkbər, Əli, Əli əl-
Əsğər, Cəfər
qızları:Səkinə, Fatimə, Rüqəyyə
Hüseyn ibn Əli ibn əbu Talib -
imam.
Həyatı
İslam haqda məlumat
Əhli beyt
ON İKİ İMAM
Əli ibn Əbu Talib
ﻋﻠﯽ ﺍﯾﺒﻦ ﺍﺑﯿﻄﺎﻟﯿﺐ
ﺍﻟﻤﻮﺭﺗﺎﺿﺎ
Həsən ibn Əli
ﺣﺴﻦ ﺍﯾﺒﻦ ﻋﻠﯽ ﺍﻟﻤﻮﺟﺘﺎﺑﺎ
Hüseyn ibn Əli
ﺣﻮﺳﺌﯿﻦ ﺍﯾﺒﻦ ﻋﻠﯽ ﺍﻟﺸﻬﯿﺪ
Əli ibn Hüseyn
ﻋﻠﯽ ﺍﯾﺒﻦ ﺣﻮﺳﺌﯿﻦ
ﺍﻟﺴﺠﺠﺎﺩ
Məhəmməd ibn Əli
ﻣﺤﻤﻤﺪ ﺍﯾﺒﻦ ﻋﻠﯽ ﺍﻟﺒﺎﻗﯿﺮ
Cəfər ibn Məhəmməd
ﺟﻌﻔﺮ ﺍﯾﺒﻦ ﻣﺤﻤﻤﺪ
ﺍﻟﺼﺎﺩﯾﻖ
Musa ibn Cəfər
ﻣﻮﺳﺎ ﺍﯾﺒﻦ ﺟﻌﻔﺮ ﺍﻟﮑﺎﻇﯿﻢ
Əli ibn Musa
ﻋﻠﯽ ﺍﯾﺒﻦ ﻣﻮﺳﺎ ﺍﻟﺮﯾﻀﺎ
Məhəmməd ibn Əli
ﻣﺤﻤﻤﺪ ﺍﯾﺒﻦ ﻋﻠﯽ ﺍﻟﺠﺎﻭﺍﺩ
Əli ibn Məhəmməd
ﻋﻠﯽ ﺍﯾﺒﻦ ﻣﺤﻤﻤﺪ ﺍﻟﻬﺎﺩﯼ
Həsən ibn Əli
ﺣﺴﻦ ﺍﯾﺒﻦ ﻋﻠﯽ ﺍﻟﻌﺴﮑﺮﯼ
Məhəmməd ibn Həsən
ﻣﺤﻤﻤﺪ ﺍﯾﺒﻦ ﺣﺴﻦ
ﺍﻟﻤﺌﻬﺪﯼ
Həzrət Hüseyn h.q. 4-cü il (m.
626) Şaban ayının 3-ü (ya da 4-
ü) Mədinə şəhərində dünyaya
gəlmişdir. O, Həzrət Əli və
Peyğəmbər qızı Xanım Zəhra
(s.ə.)-nın ikinci övladı idi.
Hüseyn ibn Əli öz həyatı boyu
zülm və haqsızlığa qarşı
mübarizədə şücaət və
azadlıqsevərliyi ilə məşhur
olmuşdur.
Hüseyn ibn Əli uşaqlıq dövrünün
altı ilini babası Peyğəmbərin (s)
yanında keçirmişdir.
Peyğəmbərin (s) vəfatından
sonra otuz il atası Əli ilə birgə
yaşamış və Əlinin hakimiyyəti
dövründə irəli çıxan çətinliklərdə
fəal iştirak etmişdir. Əlinin
şəhadətindən sonra (hicrətin
qırxıncı ilindən) siyasi və ictimai
səhnələrdə qardaşı Həsən ibn Əli
ilə çiyin-çiyinə çalışmışdır.
Həsənin şəhadətindən sonra
(hicrətin əllinci ilindən) on il
müddətinə qədər Müaviyə ibn
Əbu Süfyanın hakimiyyəti
dövründəki İslami vəzifələr
Hüseynin boynuna düşmüşdür.
Müaviyənin ölümündən sonra
hakimiyyət başına gələn Yezidin
dövründə inqilab etmiş və
nəhayət, h.q. 61-ci ili (m. 680)
Məhərrəm ayının 10-da İraqın
Kərbəla çölündə şəhid edilmişdir.
Hüseynin mübarizələri
Hüseyn ibn Əli gənclik
dövründən başlayaraq İslam
hökumətinin əsl yolundan
döndüyünü müşahidə etdiyi
vaxtdan atasının siyasi
mövqeyini himayə etmiş və ona
tabe olmuşdur. Bir gün İmam
Hüseyn (ə) Ömər ibn Xəttabın
hakimiyyəti dövründə məscidə
girib gördü ki, Ömər minbərdə
oturmuşdur. Bunu görcək, tez
minbərin başına qalxıb Ömərə
dedi: "Mənim atamın
minbərindən aşağı düş və get öz
atanın minbərində otur". Ömər
özünü itirmiş halda dedi: "Mənim
atamın minbəri olmayıb". Sonra
Ömər onu yanında əyləşdirdi.
Minbərdən düşdükdən sonra
Hüseyni öz evinə aparıb ondan
soruşdu: "Bu sözü sənə kim
öyrədib?" Hüseyn: "Heç kim" –
deyə cavab verdi.
Hüseyn Cəməl və Siffeyn
döyüşlərində
Hüseyn atasının hakimiyyəti
dövründə siyasi və nizami
səhnələrdə atası ilə çiyin-çiyinə
çalışmışdır. O, atasının
hakimiyyəti dövründə baş
vermiş hər üç döyüşdə fəal
iştirak etmişdir.
Cəməl döyüşündə ordunun sol
cinahının başçılığı Hüseynin
öhdəsində idi. Siffeyn
döyüşündə istər ordunu döyüşə
həvəsləndirmək məqsədilə etdiyi
çıxışlarda, istərsə də düşmənlə
mübarizədə əsas rol oynamışdır.
Əbu Musa Əşəri ilə Əmr ibn As
arasında gedən danışıqlarda da
Hüseyn Əli tərəfindən seçilmiş
əsas şahidlərdən biri idi.
Hüseyn atasının şəhadətindən
sonra Həsən ilə birgə olmuşdur.
Həsənin ordusu Şama tərəf
hərəkət edəndə, mübarizə
meydanında Hüseyn Həsən ilə
çiyin-çiyinə olmuşdur. Müaviyə
Həsənə sülh təklif etdikdə, Həsən
Hüseyn və Abdullah ibn Cəfəri
çağırıb bu təklif barədə onlarla
məsləhət etdi. Nəhayət sülh
müqaviləsi bağlanandan sonra
qardaşı ilə birlikdə Mədinəyə
qayıtdı və elə orada da
yaşamağa başladı
[cavab]
*Duyqu*
2 Noy 2013 / 22:53
Allah razi olsun qaqa
[cavab]
aze
2 Noy 2013 / 22:56
Hüseynin dövründəki siyasi-
ictimai vəziyyət
O dövrlərdə Müaviyə ikinci və
üçüncü xəlifə tərəfindən Şama
vali seçilmişdi. Müaviyə vali
olduğu bu müddətdə öz
mövqeyini daha da
möhkəmlətmiş və İslam ölkəsinin
taleyini həll edərək xəlifə kimi
hakimiyyəti ələ keçirmişdi.
Hüseynin Müaviyənin
hökumətinə qarşı
mübarizələri
Hüseyn heç kəsin etiraz etməyə
cürəti olmadığı bir dövrdə ayağa
qalxıb bacardığı qədər
Müaviyəyə qarşı mübarizə
aparırdı. İndi Hüseynin Müaviyə
ilə apardığı mübarizələrdən
üçünü araşdırdıqca bu qənaətə
gəlmək olar:
1) Etirazlı məktublar və çıxışlar
Hüseynin Müaviyə ilə arasında
bir çox məktublaşmalar
olmuşdur. Bu da Hüseynin
Müaviyənin müqabilində
tutduğu inqilabi və möhkəm
mövqeyinin nişanəsidir. Hüseyn
Müaviyənin İslam dininə zidd
olan hər hansı bir hərəkətindən
sonra onu möhkəm danlayır,
tənqid edir və həmin işə öz
etirazını bildirirdi. Bu işlərin ən
əsasından biri Yezidin vəliəhdliyi
idi.
Yezidin vəliəhdliyinə qarşı
mübarizə
Müaviyə Yezidi vəliəhd təyin
etmək məqsədi ilə irəli sürdüyü
siyasəti davam etdirərək Mədinə
şəhərinin camaatından, xüsusən
də, başda Hüseyn olmaqla,
şəhərin adlı-sanlı
şəxsiyyətlərindən Yezid üçün
beyət almaq məqsədi ilə Mədinə
şəhərinə gəldi. Müaviyə
Mədinəyə gəldikdən sonra
Hüseyn və Abdullah ibn Abbasla
görüşüb söhbət əsnasında
Yezidin vəliəhdliyi məsələsini
ortaya atdı. O, çalışırdı ki, onları
bu işə razı salsın. Hüseyn
Müaviyənin bu sözü qarşısında
bir müqəddimə (ön söz) qeyd
etdikdən sonra sözə belə başladı:
"Sən özünü üstün tutmaqla
ifrata düçar olmusan. Camaatın
ümumi malını qəsb etməklə zülm
etmisən! Sən camaatın malını
onların özlərinə qaytarmaqdan
çəkindin və bu işdə xəsislik
etdin. Açıq-aşkar o qədər
qarətlər etdin ki, öz həddini
aşdın. Haqq sahiblərinin haqqını
özlərinə qaytarmadığın üçün
Şeytan (səni yoldan çıxarmaqda)
öz arzusuna çatdı. Yezid üçün
saydığın fəzilətləri və İslam
ümmətini idarə etmək üçün
qeyd etdiyin ləyaqətləri başa
düşdüm. Sən camaata elə adamı
tanıtdırmaq istəyirsən ki, elə bil
camaat onun həyat sabiqəsini
tanımır. Sanki, burada olmayan
bir nəfərdən xəbər verirsən ki,
camaat onu görməyib. Elə bil ki,
onu ancaq sən tanıyırsan. Xeyr,
Yezid öz batinini açıb aşkar
etmişdir. Yezidi olduğu kimi
tanıtdır. Yezid itbaz, quşbaz və
keyf adamıdır. O, ömrünü
çalmaq, oxumaq və əyyaşlıqla
keçirir. Yezidi bu cür tanıtdır. Bu
boş təbliğlərini kənara qoy! Bu
ümmətin müqabilində boynuna
yığdığın öz günahların bəsdir. Elə
bir iş görmə ki, Allah qarşısında
günahların bundan da ağır olsun.
Sən o qədər öz batil və zülm
yoluna davam edib ağılsızlıq,
düşüncəsizlik üzündən zülmlər
etdin ki, artıq camaatın səbr
kasasını doldurmusan. İndi
səninlə ölüm arasında bir göz
qırpımından artıq vaxt qalmayıb.
Bunu bil ki, sənin bütün əməllərin
Allah yanında qorunub saxlanır
və sən onlardan ötrü cavab
verməli olacaqsan".
[cavab]
-[FERMER]-
2 Noy 2013 / 22:58
aze,Twk.brat.Allah canini saq elisin.Allah sene uzun omur versin.cox gozel movzular acirsan.birdaha twk edirem.
red. -[FERMER]- (02.11 /23:02)
[cavab]
aze
2 Noy 2013 / 22:59
Müaviyənin Hüseynin
qiyamından nigarançılığı
Elə həmin günlərdə Müaviyə
tərəfindən bir il Mədinəyə vali
seçilmiş Mərvan ibn Həkəm
Müaviyəyə yazır: "Əmr ibn
Osman xəbər verib ki, İraq və
Hicazın nüfuzlu şəxsiyyətləri
İmam Hüseynin (ə) yanına get-
gəl edirlər". Daha sonra
bildirmişdi: "Mən inanmıram ki, o,
qiyam etməsin." Mərvan
məktubda əlavə edib demişdi:
"Bu haqda axtarış aparmışam.
Əldə olan məlumata görə hələ
onun qiyam etmək fikri yoxdur.
Ancaq inanmıram ki, gələcəkdə
də bu cür olsun. İndi bu barədə
öz fikrini bildir".
Müaviyə bu xəbəri eşitdikdən
sonra Mərvanın məktubuna
cavabından əlavə aşağıdakı
məzmunda Hüseyn ibn Əliyə də
bir məktub yazdı:
"Sənin gördüyün bəzi işlər
barədə mənə xəbər çatmışdır.
Əgər bunlar doğrudursa, mən
səni bu işlərə layiq görmürəm.
(Bu işlər sənə yaraşmaz.) And
olsun Allaha, kim bir nəfərlə əhd
bağlasa, gərək əhdinə vəfa etsin.
Əgər mənə gəlib çatan xəbərlər
yalan olarsa, sən bu işə (əhdə
vəfalı olmağa) ən layiq adamsan.
Özündən muğayat ol və əhdinə
vəfa et. Əgər mənimlə
müxalifətçilik etsən,
müxalifətçiliklə, əgər pislik etsən,
pisliklə üzləşərsən. Ümmətin
arasında ixtilaf salmaqdan
çəkin".
İmam Hüseynin (ə)
Müaviyəyə yazdığı cavab
"Sənin məktubunu aldım.
Yazmısan ki, mənim barəmdə
sənə bəzi xəbərlər çatır və sən
məni o işlərə layiq görmürsən.
Bunu deyim ki, insanı yaxşı işlərə
tərəf cəlb edən və yaxşı işlər
görməyə kömək edən yalnız
Allahdır. Mənim barəmdə sənin
qulağına çatmış xəbərlərin
hamısı boş və əsassız sözlərdir.
Bu sözləri sənin yalan danışan
yaltaqların özlərindən deyirlər.
Bu dinsiz yalançılar yalan
demişlər. Mən sənə qarşı nə
döyüş tədarükü görmüşəm, nə
də sənə qarşı qiyam etmək
məqsədim var. Sənin özünün və
dinsiz, zalım və Şeytanın
qardaşları olan dostlarının
əleyhinə qiyam etməməyimin
səbəbi də Allahdan olan
qorxumdur.
[cavab]
aze
2 Noy 2013 / 23:02
Hicr ibn Ədiyy və dostlarının
qatili sən deyilsən? Onların
hamısı namaz qılan, Allaha itaət
edən insanlar idi. Onlar bidətlərə
qarşı mübarizə aparan şəxslər
idi. Onların işi yalnız əmr be-
məruf və nəhy əz-münkər idi.
Sən onlara aman verdikdən,
keçmiş işlərinə görə onlara heç
bir əziyyət verməyəcəyinə and
içdikdən sonra andını pozaraq
onları vəhşicəsinə qətlə yetirdin.
Bu işinlə Allaha hörmətsizlik edib
öz əhdini pozdun.
Təqvalı müsəlman, ibadətin
çoxluğundan bədəni zəifləmiş
Əmr ibn Həmiqi sən
öldürmədinmi? Sən onlara
əziyyət verməyəcəyin barədə
söz verib əhd bağladıqdan sonra
onları öldürdün. Əgər o əhd-
peymanı çöl ceyranlarına da
versəydin, dağlardan aşağı
enərdilər.
(Süməyyənin oğlu) Ziyadı özünə
qardaş edən və onu Əbu
Süfyanın oğlu qələmə verən sən
deyilsənmi? Halbuki Peyğəmbər
(s) buyurmuşdur: "Uşaq ataya
bağlıdır, zinakar isə daşqalaq
edilməlidir." (Ziyad da zinadan
olmuş bir insan idi.) Kaş iş
bununla sona yetəydi. Ancaq
belə olmadı. Hələ bu azmış kimi
Süməyyənin oğlunu özünə
qardaş elan etdikdən sonra
müsəlmanların başı üstünə
gətirdin. O da sənin gücünə
arxalanaraq müsəlmanları
öldürdü. Əl-ayaqlarını kəsdi,
onları xurma ağaclarından asdı.
Ey Müaviyə! Sən müsəlmanların
vəziyyətini elə çətinləşdirdin ki,
elə bil heç sən bu ümmətin
adamı və bu ümmət də sənin
camaatın deyil.
Həzrəmini öldürən sən
deyilsənmi? Onun günahı bu idi
ki, Ziyad sənə xəbər vermişdi ki,
o, Əlinin şiələrindəndir. Əlinin dini
elə əmisi oğlu Məhəmmədin (s)
dinidir. İndi sən həmin din adı ilə
camaata başçılıq edirsən. Əgər bu
din olmasaydı, sən və əcdadın
indi də cahiliyyət içində
yaşayardınız. Sizin ən şərəfli
işiniz ildə iki dəfə - yayda və
qışda Yəmən və Şama getmək
idi. Ancaq Allah biz Əhli-beytin
sayəsində sizi bu acınacaqlı
yaşayışdan qurtardı.
Ey Müaviyə! Sənin sözlərindən
biri də bu idi ki, deyirsən mən
camaat arasında ixtilaf və fitnə
yaratmayım. Mən bu ümmət
üçün sənin hökumətindən böyük
fitnə tanımıram.
Sözlərindən bir başqası bu idi ki,
deyirsən rəftarımdan muğayat
olum və öz dinimi və Məhəmməd
(s) ümmətinin dinini qoruyum.
(Mən öz vəzifəmi düşünüb
özümün və Məhəmməd (s)
ümmətinin dininə fikir verəndə)
səninlə vuruşmaqdan böyük
vəzifə görmürəm. Bu vuruş Allah
yolunda cihad olacaq. Əgər (bəzi
səbəblər üzündən) sənə qarşı
qiyam etməkdən çəkinirəmsə,
bunun üçün Allahdan üzr
istəyirəm. (Çünki ola bilər mənim
bu səbəblərim Allah dərgahında
üzrlü sayılmaya.) Allahdan
istəyirəm ki, məni Özü razı olan
işə yönəltsin.
Ey Müaviyə! Sənin sözlərindən
biri də bu idi ki, əgər sənə pislik
etsəm, sən də mənə pislik
edəcəksən, səninlə düşmənçilik
etsəm, sən də mənimlə
düşmənçilik edəcəksən. Qoy
bunu deyim ki, bu dünyada
yaxşı insanlar daima pis
insanların düşmənçiliyi ilə
üzləşiblər. Mən ümid edirəm ki,
sənin düşmənçiliyin mənə bir
ziyan vurmayacaq, pis
fikirlərinin ziyanını hamı özünə
deyəcək və öz əməllərini məhv
edəcək. Elə isə nə qədər
bacarırsansa, düşmənçilik et.
[cavab]
aze
2 Noy 2013 / 23:03
Ey Müaviyə! Allahdan qorx, bil ki,
bütün günahların, istər böyük,
istərsə də kiçik Allah yanında
qorunub saxlanır. Bunu da bil ki,
Allah sənin törətdiyin cinayətləri,
sırf güman nəticəsində camaatı
qətlə yetirməyini, ittiham edərək
onları tutub həbs etməyini,
şərabxor və itbaz bir uşağı
hökumət başına gətirməyini heç
vaxt unutmayacaq. Sən bu işinlə
özünü fəlakətə saldın (öz başına
iş açdın), öz dinini əlindən verdin
və millətin hüququnu
tapdaladın".
[cavab]
aze
2 Noy 2013 / 23:03
-[FERMER]-, Allah sene yar olsun
[cavab]
aze
2 Noy 2013 / 23:05
*Duyqu*, Allah sene yar olsun
[cavab]
-[FERMER]-
2 Noy 2013 / 23:06
aze, cox saqol.Seninle bahem.
[cavab]
Bölmeye qayıt
0.1544 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az