..::BILIRƏM::..

pol aze 2 Noy 2013 / 19:43
Mənim bir dostum var. Birinci
sinifdən bəri tanıyıram onu.
Mənimlə həmişə gizlənqaç
oynayardı və məni məktəbdən
sonra həmişə evə qədər ötürərdi,
tək getməkdən qorxardım çünki..
ibtidai sinifdə çox sevilən
biriydim.. Sonra artıq o qədər də
maraqlanmırdı mənimlə.. artıq
məni evə ötürməzdi , dostlarıyla
futbol oynamağa başladı. Məni
görəndə, dönüb gedərdi və
dostları ilə danışırdı. Mən on
yaşındaykən, ailəm boşandı. Çox
pis idim..ANAM GÖRDÜ NƏ QƏDƏR
PİS OLDUĞUMU VƏ ONA ZƏNG ETDİ.
O gəldi və bütün həftəni qaldı.
Mənim otağımın qarşısındakı
otaqda yatırdı..Bir dəfə ağladığımı
gördü, çevirdi üzünü keçdi
otağına, və hardasa ən az mənim
qədər ağladı. Məni bir dost olaraq
heç tək qoymadı.
İllər keçdi. qızlar ilə tanış olub,yenə
ayrılırdı, ama həmişə axşam evə
qədər ötürdüyü qız mən idim.. On
birinci sinifdə, dərslərin birində
onunla oturdum. Ona baxdım.
Gözlərinə baxdım, və o anda kaşki
məni sadəcə yaxın bir dost olaraq
görməsəydi deyirdim.. ama deyə
bilməzdim ona, çünki o istəməzdi,
BİLİRDİM.....
Bir neçə həftə sonra bir rəfiqəm
ilə tanış oldular. Ertəsi gün
məktəbdə ədəbiyyat dərsində
müəllim bizə sinifdən kənar mövzü
tapşırdı, hər kəs öz fikrini yazsın
dedi.. Mövzumuz "İlk Məhəbbətim"
idi.. Mən nə yazmaq istədiyimi
bilirdim ama yaza bilmədim. Mən
ona baxaraq yazarkən o
sevgilisinə baxıb gülümsəyərək
yazdı.. Sonra gözlərimin içinə
baxdı.. O anda kaşki sadəcə bir
dost olaraq görməsəydi məni,
kaşki məni yazsaydı deyirdim..
ama ona deyə bilməzdim, çünki o
istəməzdi BİLİRDİM...
Bir neçə həftə sonra mənə zəng
vurdu və onunla ayrıldığını
söylədi. Ertəsi gün görüşdük..,
maşınında biraz oturduq..
Dinlədiyimiz mahnı haqqında,
məktəb haqqında, dostlarımız
haqqında danışdıq. O qızı heç
sevmədiyini söylədi. O anda məni
sevdiyini söyləməsini istədim,
sadəcə bir dost olmaq
istəmədiyimi demək istədim, ama
ona deyə bilməzdim, çünki o
istəməzdi BİLİRDİM...
Vaxt keçdi. Məktəbdən sonra bir
illik Türkiyəyə getmək istədiyini
dedi. Məzun günündə o mənim
yanıma oturdu və onun ən yaxın
dostu olduğumu dedi. Onun gözəl
yaşıl gözlərinin içinə baxdım və
onu yanağından öpdüm. O an
kaşki məni sevdiyini söyləsəydi
deyirdim.. sadəcə bir dost olmaq
istəmədiyimi demək istədim, ama
ona deyə bilməzdim, çünki o
istəməzdi BİLİRDİM..

[cavab]

pol aze 2 Noy 2013 / 19:44
və yenə aylar keçdi. Geri gəldiyi
vaxt, evlənmək istədiyi bir qızla
tanış olduğunu söylədi. Onu mənə
tanıtdı. Necədi?? deyə
sorşduğunda, mən gözəl olduğunu
dedim. O "Həyatımın qadınını
tapdım" deyə cavabladı.. Sonra
dönüb və getdi. O anda mən onun
həyatının qadını olduğumu
dilədim. Sadəcə bir dost olmaq
istəmədiyimi demək istədim, ama
ona deyə bilməzdim, çünki o
istəməzdi BİLİRDİM...
O gün, son dəfə məni evə ötürdü,
onun toy günü....
Mən ən yaxşı yerdə oturdum. O
inanılmaz dərəcədə yaraşıqlı və
xoşbəxt görünürdü. Ona
gülümsədim və o gülümsədi. Onun
gözəl yaşıl gözlərinin içinə baxdım
və gülümsəməyinin səmimi
olduğunu bilirdim. O anda kaşki
onun yanında oturan mən
olsaydım dedim.. Sadəcə bir dost
olmaq istəmədiyimi demək
istədim, ama ona deyə bilməzdim,
çünki o istəməzdi BİLİRDİM...
İllər keçdi.... Evinə çağırdılar.. Onun
cənazəsi yerdəydi. Həyat yoldaşı
ilə bir neçə il sonra ayrıldığını
öyrəndim. On birinci sinifdəki
keçmiş ədəbiyyat müəlliməmiz də
ordaydı, onun haqqında mənə
danışmağa başladı... O həmişə
məktəb vaxtı gözəl sözlər yazardı
dedi.. Sonra 11ci sinifdə yazdığı
tapşırığı əlində tutdu, "İlk
Məhəbbətini söylədiyi mövzu...."
və oxumağa başladı..
"Mənim ilk sevdiyim: onu hər
axşam evə mən ötürürdüm.. tək
getməsini istəmirdim heç..
həmişə o gözəl gözlərinə
baxardım.. unutmaq üçün başqa
qızlarla görüşərdim, onları
sevdiyimi deyərdim ona.. inanırdı.
onu sevdiyimi bilmirdi..
İndi isə bu tapşırığı yazıram və ilk
məhəbbətimdən bəhs edirəm..
mənə baxır..
O gözəl gözlərinə baxıram və onu
çox sevdiyimi söyləmək istəyirəm..
sadəcə bir ən yaxın dostu olmaq
istəmədiyimi demək istəyirəm..
ama deyə bilmərəm.. çünki
istəməz.. BİLİRƏM........ ..... "
Ona görə də sevdiklərinizdə n
sevginizi əsirgəməyin,
gizlətməyin.. Sevirsinizsə deyin,
Yoxsa bir gün hər şey üçün gec
ola bilər.......... .

[cavab]

pol zamka 2 Noy 2013 / 21:35
tesekkur maraqlidi amma men cesaretsiz insanlari xoslamiram

[cavab]

pol aze 2 Noy 2013 / 22:10
zamka, Allah razı olsun,ele mende

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1798 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az