Əlleri Cavanlasdiran 4usull
OLdEnNiK
4 Okt 2012 / 01:49
Günəşin zərərli şüalarından
qorunmaq üçün dermatoloqlar
gün ərzində mütləq günəş
qoruyucu vasitələrdən
istifadənin gərəkli olduğunu
söyləyirlər.
Günəşin zərərli şüalarına xüsusilə
də açıq qalan üz, əllər, qollar və
ayaqlar məruz qalır. Bu zaman
əllərin dərisi qalın, kobud,
çatlamış, büzüşmüş vəziyyətdə
olur. Amma yaşın göstəricisi
sayılan əlləri cavanlaşdırmaq da
mümkündür.
Lent.az-ın “haberturk.com”
saytına istinadən verdiyi
məlumata görə, dəri xəstəlikləri
üzrə mütəxəssis Aişə Ferzan
Aytuğ əllərdə yaranan
problemləri aradan qaldırmaq
üçün estetik müdaxiləyə ehtiyac
duyula biləcəyini vurğulayır.
Onun sözlərinə görə, əlləri
cavanlaşdırmaqda mezoterapiya,
lazer, kimyəvi pilinq və botoks
üsullarından istifadə edilir.
Mezoterapiya: Xüsusi olaraq
hazırlanmış dərmanlar uyğun
dozada işarələnilmiş xüsusi
nöqtələrə nazik iynələrin
köməyilə tətbiq olunur. Ancaq
damar genişlənməsi çox olan
kəslərdə diqqətli istifadə etmək
lazımdır. Başlanğıcda həftədə 2
seans olmaqla cəmi 6-8 seans,
sonra il boyunca üç ayda bir
təkrar seans həyata keçirilir.
Beləcə, dəri parlaq bir görünüş
əldə edir. Sonrakı dövrlərdə isə
təsirinin davamlılığı üçün ildə bir
dəfə yenidən müalicə tələb edir.
Lazer: Nd YAG lazer əl dərisinin
yenilənməsində olduqca
təsirlidir. İki həftədə bir dəfə
cəmi beş seansla dəridə
dolğunluq və ton açılması
mümkün ola bilir.
Əl üzərindəki ləkələr əleyhinə
istifadə edilən xüsusi lazer
sistemləri də var. Bundan başqa
KTP və Pulsed dye kimi lazer
tipləri də ləkə çıxarmada
təsirlidir. Lazer müalicələri günəş
həssaslığı riski baxımından qış
dövründə edilir. Yayda edilsə,
yanıq və ləkələnmə ehtimalı ola
bilər.
Kimyəvi pilinq: Kimyəvi pilinq
müalicəsində meyvə turşuları və
ya xüsusi turşulardan istifadə
olunur. Günəş ləkələrində iki
həftədə bir təxminən 6 seans
tətbiq ilə müvəffəqiyyətli nəticə
alınır.
Xüsusilə tünd dəri tiplərində az
da olsa, ləkə və ya iz buraxma
riskləri ola biləcəyindən, qış
dövründə və çox diqqətli şəkildə
tətbiq etmək lazımdır.
Botoks: Özəl bəzi incə quruluşlu
maddələrlə (hyaluronik turşu)
istifadə edilə bilər. Beləcə daha
dolğun, gərgin, parlaq, canlı bir
görünüş əldə etmək
mümkündür. İldə iki dəfə
təkrarlamaq gərəkdir.
[cavab]
luck
4 Okt 2012 / 01:55
axiracan oxumaga sebirim catmadi
[cavab]
Bölmeye qayıt