¥@₩@m@q@ d£¥£r
CEKOKASKO
2 Noy 2013 / 02:25
Eşidirsən bu məni?Səndən ayrılandan bəri həmişə bir mahnını dinlədim.Çünki bu mahnıda hər şey var, sevgi də, nifrət də.Bilirsən sevgilim sənə bənzəyən hər şeyi sevdim.Səndə axtardığımı tapdım, amma yanıldım.Yalnızlığın kədəriylə qüruru satın aldım.Çünki özüm-özümə bir gün dönərsən dedim.Gözlədim, param-parça oldum, amma yenə də səndən incimədim.Unutdum acılı ağrılı sözlərini, davalarımızı.Unutdum zənglərimə cavab vermədiyini, bir tək səni unutmadım.Amma yolun başında idik.Gəlmədən ayrıldıq. Haradasan sevgilim? Varlığın haradadır?Getməyinlə hər şeyimi apardın. Artıq sən qoyub getdiyin oğlan deyiləm.Doğrudur yenə gülürəm, amma güldükcə də içim ağlayır, çünki həmişə səni xatırlayıram.Sən mənim hər şeyim idin. İllər sonra bəlkə yenə qarşılaşdıq.O zaman mən sənin olmayan bir mən, sən isə mənim olmayana bir sən olacaqsan.Bilirsənmi sevgilim? Mən yenidən aşiq ola bilərəm? Sənə aid olan qəlbimi kiməsə verə bilərəm?Vermərəm! İçində səni görərlər deyə.Mən səni hər kəsdən, özümdən belə qısqandım.Gəl keçmişə qayıdaq. Nə gözəl başlamışdıq. İkimizdə çılğın idik.Davaların ən gözəlini biz edirdik, çünki barışmaqda da ayrı zövq var idi.Gerçək sevgini yaşadıq bunu səndə bilirsən. Elə isə eyni hisslərlə qalmalı deyilikmi?Biz birlikdə olmasaq da, bu təmiz sevgini, təmiz hisslərlə bitirməliyik elə deyilmi?Mənə göndərdiyin məktublarında ağladığını oxudum.Sənindəmi göz yaşların mənim göz yaşlarımla yarışır?Sən mənim güclü, qocaman sevgilim deyilmisən? Güclüsən sən.Sil göz yaşlarını. Hər şeyi özümüz məhv etdik.Sevgi körpü qurmaq kimi bir şeydir, biz körpü quracağımız halda, divar hörüb yalnız qaldıq.Mən həmişə özüm-özümə deyirəm. Sabah tam fərqli bir oğlan olacam.Sonra yenə davam edirəm, onda niyə bu gündən başlamayım?Bəlkə illər hər şeyi mənə unutduracaq, amma söz verirəm səndən başqasını əsla sevməyəcəm.HəYaT gözəldir, yaşamağa dəyər, SəN olmasan belə...
[cavab]
*Sesi**
2 Noy 2013 / 02:51
CEKOKASKO, sene twkler. Cox superdi . Bele bir soz var . Geden getmiwdir , getdiyi gun bitmiwdir. Amma ele deyil heqiqi sevgi hec vaxt bitmez . Nese. Lap kovreldim
[cavab]
CEKOKASKO
2 Noy 2013 / 02:57
*Sesi**, geden getdi getdiyi gun bitdi...
[cavab]
*Sesi**
2 Noy 2013 / 03:00
CEKOKASKO, ozuvu aldatma .esil sevgi hec vaxt bitemez. Eyer ele olsaydi bu qeder eser yazmazdin
[cavab]
CEKOKASKO
2 Noy 2013 / 03:09
*Sesi**, olsem ondan yaxwidi...
[cavab]
*Sesi**
2 Noy 2013 / 03:18
CEKOKASKO, hee indi menim sozumu testiqliyirsen ki, bitemez.? O hemiwe seninledi? .
[cavab]
CEKOKASKO
2 Noy 2013 / 11:23
*Sesi**, bitdi son... ama onun bele edeceyini bilmirdim... basqasina saldi meyil o mene lazimda deyil...
[cavab]
*Sesi**
2 Noy 2013 / 19:41
CEKOKASKO, super .
red. *Sesi** (02.11 /19:41)
[cavab]
CEKOKASKO
2 Noy 2013 / 20:00
*Sesi**, super hee...
[cavab]
*Sesi**
2 Noy 2013 / 20:11
CEKOKASKO, bawqasina saldi meyil o mene lazim deyil . Bu soz elbetde superdi.
[cavab]
Bölmeye qayıt
0.1727 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az