..::Islamda elçilik::..

pol aze 1 Noy 2013 / 23:36
İslamın nəzərində elçilik
“O iki qadından biri dedi: «Atacan,
onu (muzdla) işə götür, çünki (bu)
güclü və etibarlı (adam) muzdla
tutduqlarının ən yaxşısıdır».
(Şüeyb) dedi: «Mən bu iki
qızımdan birini sənə ərə vermək
istəyirəm. Bunun müqabilində isə
(mehriyyə belədir ki,) sən səkkiz il
(ev işlərinin idarə olunması, ya
heyvanların otarılması üçün) mənə
xidmət edəsən. Əgər on ili
tamamlasan ixtiyar səninlədir və
mən səni çətinliyə salmaq
istəmirəm. İnşaallah, məni(m)
salehlərdən (olduğumu)
görəcəksən». (Musa) dedi: «Bu
(müqavilə) mənimlə sənin aranda
sabit olsun. Beləliklə (bu) iki
müddətdən hər birini
tamamlamaqda, mənə qarşı heç bir
təcavüz və zor olmamalıdır. Allah
dediklərimizə vəkildir»””. (“Qəsəs”
26-28).
Evlilik - İslam dinində çox
vurğulanmış bir məsələdir.
Yuxarıdakı ayədə oğlan deyil, qız
evinin elçilik məsələsinə işarə
edilmişdir. Ancaq bu yolla Allah
bizə elçilik qaydalarını öyrətmiş
olar. Elçilik zamanı əgər hər iki
tərəf razılığa gələrsə, mehriyyə
məsələsinə toxunulmalıdır. Vacib
deyil ki, mehriyyə hansısa
miqdarda pul və ya qızıl olsun.
Müəyyən bir əməli də mehriyyə
kimi bəyan etmək olar.
Məsələn, yuxarıdakı ayədə Şüeyb 8
il ona xidmət etməyi qızının
mehriyyəsi kimi bəyan edir. Çünki
görür ki, Həzrət Musanın (ə) pulu
və sərvəti yoxdur. Ancaq o, çox
güclü və imanlı bir gəncdir. Ona
görə də mehriyyəni pul deyil,
əməllə müəyyən edir. Ancaq
mehriyyə oğlanın gücü çata bilən
bir şey olmalıdır. Yəni, o işi
görməyə qadir olmalıdır.
İslam dininin əvvəllərində
mehriyyə qız evinə verilən və
onların yaşayışları üçün lazım olan
əşyalara xərclənərdi. Belə ki,
Peyğəmbər (s) əziz qızı Fatimə
(s.ə) üçün 500 dirhəm mehriyyə
qərar verir. Həzrət Əli (ə) onu
verən zaman Peyğəmbər (s) onu
üç hissəyə bölür: onun üçdə biri ilə
gəlinin cehizini alır, üçdə biri ilə
gəlin paltarını alır və üçdə birini isə
toy məclisinə xərcləyir.
Ancaq bu gün mehriyyə öz əsl
mənasını itirmişdir. Bir növ bəyin
gəlinə təlaq verməməsi üçün bir
zəmanət halına düşmüşdür. Bir
növ təlaqın qarşısını almaq üçün
bir amildir.
Ancaq mehriyyənin dəqiq
miqdarını müəyyən etmək
çətindir. Belə ki, Peyğəmbərin (s)
zamanında bir qoyunun qiyməti
iki dirhəm idi. Deməli 500 dirhəmlə
250 qoyun almaq olar.
Ancaq əgər hər iki tərəf bir-birinə
anlayışlı olsa, daha möhkəm ailənin
təməlini qoyarlar. Çünki xoşbəxt
ailənin təməlini qoyan zaman iman
və təqvaya, qarşılıqlı anlaşmaya,
hörmətə, ehtiram və iffətə
mehriyyədən daha çox ehtiyac
vardır.

[cavab]

pol reshid11 1 Noy 2013 / 23:46
superdi qaq ilk rey menden

[cavab]

pol aze 1 Noy 2013 / 23:55
reshid11, Allah razı olsun

[cavab]

pol O(e)GELECEK 2 Noy 2013 / 00:38
ehsen exi

[cavab]

pol zamka 2 Noy 2013 / 00:42
tesekkurler

[cavab]

pol aze 2 Noy 2013 / 00:53
zamka, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1517 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az