...::Imam əli(ə)::..

pol aze 1 Noy 2013 / 17:38
İmam Əli(Ə) Quranda
Əli(ə) nurdur,Əli(ə)
məhəbbətdir,Əli (ə) varlıq aləminin
mənasıdır,Əli(ə ) insanları yoxluq
aləmindən xilas edəndir,Əli(ə)
bənzərsiz yol göstərəndir,All ahın
böyük vəlisi,Peyğəmbə rin(s)
vəsisi,cahanın həqiqəti,Allahı n
sevimlisidir!El ə isə ola bilərmi
ki,Allah öz sevdiyi insan haqqında
heç nə deməsin?Ola bilərmi
ki,varlığın mənası və cahanın
həqiqəti sayılan bir şəxs barədə
sussun?Yox,ola bilməz.
Biz burada İmam Əli(ə) barədə
nazil olmuş bəzi ayələr haqqında
danışacağıq,lak in bununla iş
bitmir;bu,ancaq dəryadan bir
damladır.
Xətib Bağdadi(Əbu Bəkr ibn Əli)
sənədlərə istinad edən ravi İsmayıl
ibn Cəfərdən,o da İbn Abbasdan
nəql edir ki,Quranda Əli ibn
Əbutalib(ə) barəsində üç yüzdən
çox ayə nazil olmuşdur.(Tarix e-
Bağdad,c.6,s. 22)Həmçinin,ibn
Həcər və Şəblənci Əli(ə) barədə üç
yüz ayə məsələsini İbn Əsakerdən
və İbn Abbasdan nəql
etmişlər.Təbəri və Əbu Nəim kimi
bəzi qədimi alimlər də "Ma nəzl
minəl-Quran fi Əli(ə)" adlı əsərlər
yazmışlar.
Həqiqətən də,Əli(ə) barəsində nazil
olmuş ayələr inkar edilməzdir.Mən
burada həmin ayələrin bəzilərinə
toxunacağam.
1)İmam Əlinin(ə) adı Adəmə(ə)
nicat verəndir.
Bəqərə surəsinin 37-ci ayəsində
buyurur:
"Adəm Rəbbindən (bəzi xüsusi)
kəlmələr öyrəndi".
İbn ən-Nəcar ibn Abbasdan nəql
edir: "Bu kəlmələr Məhəmməd(s)
,Əli (ə),Fatimə(s.ə) ,Həsən(ə) və
Hüseynin(ə) adlarından ibarətdir".
Allahın şahidliyi ilə,Əli(ə),həya t
yoldaşı və onların hər bir övladları
çirkinliklərdən pak və təmizdirlər.
Əhzab surəsinin 33-cü ayəsində
buyurur:
"Siz ey (Peyğəmbərin) ev əhli!Allah
sizdən çirkinliyi yox etmək və sizi
tər-təmiz(pak)e tmək istər"
Burada Əhli-beyt dedikdə Əli(ə)
,Fatimə(s .ə),Həsən(ə),Hü seyn(ə)
nəzərdə tutulmuşdur.(Si
yuti,Durərud-dü rrül-mənsur,c.5
,s.199 və Fəxr Razi,Təfafe-Kub
ra,c.6,s.783)
2)İmam Əlinin(ə) nəfsi
Peyğəmbərin(s) nəfsi
məqamındadır.
Ali-İmran surəsinin 61-ci ayəsində
buyurur:
"(İsanın(ə) Allahın qulu və
Peyğəmbəri(s) olması barədə)
sənə göndərilən bilikdən sonra
buna(İsanın əhvalatına) dair
səninlə mübahisə edənlər
olsa,onlara de: "Gəlin,biz də
oğlanlarımızı,s iz də
oğlanlarınızı;b iz də
qadınlarımızı,s iz də
qadınlarınızı;b iz də özümüzü,siz
də özünüzü(bura) çağıraq.Sonra
(Allaha) yalvarıb yalançılara Allahın
lənət etməsini diləyək".
Bu əhvalatda Peyğəmbəri-Əkrə m
(s) öz nəfsini Əmirəlmöminin Əlinin
(ə) nəfsinə bərabər tutmuşdur.
13 mənbə bu məsələni qeyd edir
ki,mən onları sadalamıram.(Ba
x:Məhəmməd Təqi Cəfərinin
"Nəhcül-Bəlağə" yə yazdığı
şərh,c.1.,s.197 )
3).İmam Əli(ə) vəliyullahdır.
Maidə surəsinin 55-ci ayəsi
buyurur:
"Sizin haminiz ancaq Allah,Onun
Peyğəmbəri(s) və iman
gətirənlərdir.O kəslər ki,(Allaha)
boyu n əyərək namaz qılır və
zəkat verirlər".
Bu ayə Həzrət Əli(ə) barədə nazil
olmuşdur,çünki namaz qılan vaxt
zəkat vermiş şəxs Həzrət Əlidir(ə)
.Bu barədə müfəssəl bir əhvalat
var ki,o barədə burada danışmaq
imkanımız yoxdur.
Bu dörd ayənin şərhində
Məhəmməd Təqi Cəfərinin "Nəhcül-
Bəlağə" yə yazdığı şərhindən
istifadə etmişik.
4)İmam Əlinin(ə) imaməti Allah
tərəfindən verilmişdir.
Maidə surəsinin 67-ci ayəsi
buyurur:
"Ya Peyğəmbər(s)!Rə bbin
tərəfindən sənə endirilmiş olanı
təbliğ et!Əgər (bunu) etməsən,
(Allahı n) risalətini yerinə yetirmiş
olmazsan".
Bu ayə Əli(ə) barədə nazil olmuşdu
ki,Peyğəmbəri-Ə krəm(s) Əlinin(ə)
əlindən tutdu və buyurdu:
"Mən kimin mövlasıyam,Əli( ə) də
onun mövlasıdır".Bu, dediyimizə
sübutdur.Bu ayə İmam Əlinin(ə)
imamlığının Allah tərəfindən
verildiyini təsdiq edir.
5)Allah Quranda Əlini(ə) sevməyi
əmr edir.
Şura surəsinin 23-cü ayəsində
buyurur:
(Ya Peyğəmbər!) De: "Mən bunun
(risaləti təbliğ etməyimin)
müqabilində yaxınlarımı (Əhli-
Beytimi) sevməkdən başqa heç bir
şey istəmirəm".

[cavab]

pol aze 1 Noy 2013 / 17:41
5)Allah Quranda Əlini(ə) sevməyi
əmr edir.
Şura surəsinin 23-cü ayəsində
buyurur:
(Ya Peyğəmbər!) De: "Mən bunun
(risaləti təbliğ etməyimin)
müqabilində yaxınlarımı (Əhli-
Beytimi) sevməkdən başqa heç bir
şey istəmirəm".
Zəməxşəri "Təfsiri-Kəffaş
"ında,Gənci Şafei "Kifatətüt-Tali
b"ində və s.
yazırlar ki,bu ayə nazil olan kimi
Peyğəmbərdən(s) soruşdular:
"Sizin, sevməyimiz vacib sayılan
yaxınlarınız kimlərdir?"Peyğ
əmbər(s) buyurdu: "Əli,Fatimə və
oğulları."
6)İmam Əli(ə) Quran elminin
sahibidir.
Rəd surəsinin 43-cü ayəsində
buyurur:
"De: (Mənim öz risalətim üçün iki
ilahi şahid vardır:biri)All ahdır
ki,mənim və sizin aranızda şahidlik
etməyə kifayətdir və
ikincisi,Quran elminin sahibi olan
şəxsdir."
Əbu Səid Xodri deyir:
"Rəsulallahdan( s) xəbər aldım:
"Quran elminin sahibi olan şəxs
kimdir?"Buyurdu : "O şəxs
qardaşım Əli ibn Əbutalibdir."
7)İmam Əli(ə) Peyğəmbərin
özünün dəlilidir.
Hud surəsinin 17-ci ayəsi buyurur:
"Məgər Rəbbinin açıq-aydın bir
dəlilə istinad edən,ardınca
Allahdan bir şahid gələn..."
Bütün tarixçilər yazırlar ki,bu
ayədə "dəlil" və "şahid"
ifadələrində Həzrət Əli(ə) nəzərdə
tutulmuşdur.
8)İlahi mükafat İmam Əli(ə)
üçündür.
Bəqərə surəsinin 274-cü ayəsi
buyurur:
"Mallarını gecə və gündüz,gizli və
aşkar (yoxsullara) sərf edənlərin
Rəbbi yanında böyük mükafatları
vardır.Onların( axirətdə) heç bir
qorxusu yoxdur."
Xarəzmi,Səalibi ,Maliki,Əbu Nəim və
b. İbn Abbasdan nəql etmişlər
ki,Əlinin(ə) hər gün yanında 4
dirhəmi olardı;onlardan birini
gecə(Allah yolunda),birini
gündüz,birini gizli və birini də
aşkar surətdə sədəqə verərdi.Ona
görə bu ayə Əli(ə) barədə nazil
oldu.
9)İmam Əli(ə) Allah rizası üçün
canını fəda edər.
Bəqərə surəsinin 207-ci ayəsində
buyurur:
"İnsanların elələri də vardır
ki,Allahın razılığını qazanmaq
yolunda(Allah rizası üçün) canını
fəda edər."
Səalibi öz təfsirində İbn Abbasdan
rəvayət edir ki,Peyğəmbərin( s)
hicrət gecəsi Əli(ə) onun yatağında
yatdı ki,Peyğəmbəri(s )
təhlükədən xilas etsin.Bu ayə də o
Həzrətin(ə) şəninə nazil oldu.
(Yənəbiül- müvəddət,s.92,K
ifayətüt-talib, s.239)
10)İmam Əli(ə) yaradılmışların ən
yaxşısıdır.
Bəyyinə surəsinin 7-ci ayəsi
buyurur:
"İman gətirib yaxşı əməllər edənlər
isə yaradılmışların ən yaxşısıdır."
Müqatil ibn Səlman Məhakdan,o da
İbn Abbasdan nəql etmişdir ki,bu
ayə Əlinin(ə) və onun Əhli-Beytinin
şəninə nazil olmuşdur.

[cavab]

pol aze 1 Noy 2013 / 17:42
11)Qiyamət günü Əlinin(ə) vilayəti
barəsində soruşacaqlar.
Saffat surəsinin 24-cü ayəsi
buyurur:
"Onları yubadıb saxlayın,çünki
sorğu-sual olunacaqlar."
Əbu Səid Xodri Peyğəmbərdən(s)
nəql edir ki,sorğu-sual olunacaq
şey Əlinin(ə) vilayətidir.(Şə
vahidüt-tənzil, c.1,səh.107,Səv
ayeqül-məhqərə, s.89)
12)İmam Əli(ə) "Allahın ipi"dir.
Ali-İmran surəsinin 103-cü ayəsi
buyurur:
"Hamınız bir yerdə Allahın ipinə
möhkəm sarılın və ayrılmayın!"
"Mənaqibül-faxi rət" kitabının
müəllifi Abdullah, ibn Abbasdan
rəvayət edir ki,bir ərəb
Peyğəmbərdən(s) : "Allahın ipi
kimdir?" deyə soruşdu.Peyğəmb
ər(s) üzünü Əliyə(ə) tutub
buyurdu: "Bu şəxsdən yapışın
ki,o,möhkəm ipdir."(Kifayət ül-
xisan,s.343)
13)İmam Əli(ə) hər tayfanın yol
göstərənidir.
Rəd surəsinin 17-ci ayəsi buyurur:
("Sən ancaq insanları Allahın əzabı
ilə)qorxudansan .Hər tayfanın
(doğru yol göstərən) bir rəhbəri
vardır".
Sünni əhli tərəfindən 7 hədis nəql
olunmuşdur ki,bu ayədə "munzir"
sözü ilə Peyğəmbər(s) və "hadi"
sözü ilə Əli(ə) nəzərdə
tutulmuşdur.Mal iki də "Füsulül-
mühimm ə"də yazır ki,bu ayə nazil
olan kimi,Peyğəmbər( s) buyurdu:
"Mən qorxudanam və Əli(ə) doğru
yol göstərəndir:Ya Əli(ə),sənin
vasitənlə doğru yol tapanlar
hidayət olunurlar."(s.1 22)
14)İmam Əli(ə) möminlərin salehi
və Peyğəmbərin(s) yavəridir.
Təhrim surəsinin 4-cü ayəsi
buyurur:
"Onun mövlası Allah,yardım
göstərənləri isə Cəbrail(ə),əməl
isaleh möminlər və bundan sonra
da bütün mələklərdir."
Müfəssirlər və sünni əhlinin böyük
alimləri yazmışlar ki,Peyğəmbər(s)
buyurmuşdur: "Bu ayədə
"əməlisaleh möminlər" ifadəsi Əlini
(ə) nəzərdə tutur.
Bu ayənin izahında Fəzlullah
Kompaninin "Əli(ə) kimdir?"
kitabından istifadə
olunmuşdur.Bunl ardan başqa
digər ayələr də vardır ki,onlar
haqqında danışmaq imkanımız
yoxdur.Biz burada onların yalnız
bir neçəsinə ötəri işarə edəcəyik:
1.Bəqərə surəsi,ayə 43;
"Rüku edənlərlə birlikdə rüku
edin."
Bu ayə Peyğəmbər(s) və Əli(ə)
haqqıda nazil olmuşdur.Onlar
namaz qılan və rüku edən ilk
müsəlmanlar idilər.(Müvəffə q ibn
Əhməd və Əbu Nəim ibn Abbasdan
nəqlən)
2.İnsan surəsi,ayə 1;
"İnsanın elə dövrü olub keçmişdir
ki..."
Bu ayə Əli(ə),Fatimə(ə ),Həsən(ə)
,Hüse yn(ə) haqqında nazil
olmuşdur.
3.Vaqiə surəsi,ayə 10;
"Və bir də öndə olanlar,onlar Allaha
yaxındırlar."
Burada Əli(ə) və onu sevənlər
nəzərdə tutulmuşdur.
4.Furqan surəsi,ayə 54;
"İnsanları sudan(nütfədən)
yaradan,onları (bir-biri ilə)
əsl qohum(qan qohumu) və
sonradan qohum edən Odur."
Bu ayədə Əli(ə) və Fatimə(ə)
nəzərdə tutulmuşdur.
5.Zumər surəsi,ayə 33;
"Haqqı gərilənlər və onu təsdiq
edənlər isə əsl müttəqilərdir."
Bu ayədəki "onu təsdiq edənlər"
ifadəsi Əliyə(ə) aiddir.

[cavab]

pol O(e)GELECEK 1 Noy 2013 / 17:43
lebbeyk ya eli
ehsen exim allah seni ehli beytle mehwur etsin

[cavab]

pol yama 1 Noy 2013 / 17:48
allahin salami olsun allahin aslanina!allah sendenrazi olsun exi

[cavab]

pol aze 1 Noy 2013 / 18:26
yama, Allah razi olsun

[cavab]

pol aze 1 Noy 2013 / 18:27
O(e)GELECEK, Allah razi olsun

[cavab]

pol NARDARANLI 1 Noy 2013 / 18:47
Yazan ellerine quvvet

[cavab]

pol aze 1 Noy 2013 / 18:57
NARDARANLI, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1748 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az