..::Hicab geyinməmək::..

pol aze 1 Noy 2013 / 02:24
Hicab geyinməmək bəhanələri və
cavablar:
1. Başımı örtmək istəyirəm, amma
qabaqcadan buna əmin olmalıyam.
«Quranda bu haqda qəti əmr var,
məgər bu, səni qane etmir?»
2. Örtünməli olduğumu bilirəm,
ancaq gələcəyimi də
düşünməliyəm.
«Gələcək ölümdür, heç onu
düşündünmü?»
3. Allah məni başıaçıq olsam belə,
yenə sevəcək.
«Səni sevsə də, sənə „günahkar
qulum“ deyəcək və sən Onun
yanında günahkar bir bəndə
olaraq qalacaqsan»
4. Başıörtülüyəm, ancaq ailəm
məktəbə getməyim üçün başımı
açmağımı istəyir.
«Unutma! Ailən səni cəhənnəm
atəşindən xilas edə bilməyəcək.»
5. Heç gənc yaşda da insan başını
örtərmi? Yaşlananda örtərəm.
«Sabah ölməyəcəyinə dair əlində
bir sənədin varmı?»
6. Yenidən başımı açacağımdan
qorxduğum üçün örtünmürəm.
"Əvvəl örtün, sonra bu haqda
fikirləşərsən."
7. Sərbəstliyimin əlimdən
alınacağından qorxduğum üçün
başımı örtmək istəmirəm.
«Allahın hüzurunda sərbəst ola
biləcəksənmi?»
8. Əsas olan qəlbin təmizliyidir, baş
bağlamaq əsas deyil.
«Qəlbin təmizliyi təkbaşına
günahın qarşısını ala bilməz.»
9. Evləndikdən sonra mütləq hicab
geyəcəyəm.
«Evlənəcəyindən əminsənmi?»
10. Gözəlliyimi hamı görsün deyə,
örtünmək istəməmişdim.
«Kaş ki, bu gözəlliyini öz həyat
yoldaşına nümayiş etdirəydin!»
11. Əgər başımı bağlasam, gərək
dinimizin əmr etdiyi başqa
ibadətləri də yerinə yetirim.
"Çox gözəl! Onsuz da bir vaxt
başlamaq məcburiyyətində
qalacaqsan."
12. Başımın açıq olması məni
dindən çıxartmır.
«Dindən çıxmasan da,
günahkarsan. Üzərində israr edilən
günah isə sahibini daha da
uçuruma yuvarlayar.»
13. Hicab geymək üçün hələ hazır
deyiləm.
«Qəribədir! Öldükdən sonramı
hazır olacaqsan?»
14. Hansı zamanda yaşayırıq, indi
heç hicablanmaq zəmanəsidirmi?!
«Günahın dünəni-bugünü yoxdur.
Quranın göstərişləri bütün dövrlər
üçündür»
15. Qismət! Bir gün görərsən, biz
də başımızı bağlamışıq.
"İnşallah! Amma tələs. Unutma
ki,ölüm gözləmədiyin bir anda səni
yaxalayacaq."
16. Əsas odur ki, bədənin başqa
əzaları görünməsin.
«Deməli, düşünürsən ki, günah
sadəcə bədənin başqa əzalarının
açılmasına görə qazanılır.»
17. Nə qədər yoxladım alınmır.
Başımı bağladığım zaman sanki
boğuluram.
"Əlbəttə, bunun üçün güclü iman
tələb olunur."
18. Başımı bağlasam, heç zaman
ərə gedə bilməyəcəyəm.
«Açıq-saçıq geyindiyinə görə,
səninlə evlənmək istəyən kişidən
bəs, nə gözləyirsən?»
19. Məktəb və unuversitetdə
tələbə yoldaşlarıma dini təbliğ
etməli olduğum üçün başımı
açmalıyam. Bununla da dinimə
xidmət edəcəyəm (Bu hal hicaba
vurulan zərbələrin ən
təhlükəsidir!).
«Deməli, özünə xidmət etmək
istəmirsən»
20. Hicab geymək içimdən gəlmir.
«Ancaq günah işləməyə çox
həvəslisən.»
21. Başıörtülü qızlar istənilən
səviyyədə başqalarına nümunə ola
bilmirlər.
«Sən örtün və onlara nümunə ol!»

[cavab]

pol Qizil_Eli 1 Noy 2013 / 02:29
düzdü

[cavab]

pol aze 1 Noy 2013 / 02:32
Qizil_Eli, Allah razı olsun

[cavab]

pol GARABAGI 1 Noy 2013 / 02:45
duzdu qaqa

[cavab]

pol O(e)GELECEK 1 Noy 2013 / 02:50
ehsen exi

[cavab]

pol aze 1 Noy 2013 / 02:52
GARABAGI, Allah razı olsun

[cavab]

pol aze 1 Noy 2013 / 02:52
O(e)GELECEK, Allah razı olsun

[cavab]

pol SeV_AmA_UnUTmA 1 Noy 2013 / 02:53
aze, cox gözel mövzudu.yazan elerin var olsun.

[cavab]

pol L_SimuS 1 Noy 2013 / 02:57
axırıncı super idi.

[cavab]

pol aze 1 Noy 2013 / 03:00
L_SimuS, Allah razı olsun

[cavab]

[1] 2 3 4 →

 
Bölmeye qayıt
19.04.13 22:00
3.5847 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az