..::Xəyal::..
aze
31 Okt 2013 / 19:09
Dalıram xəyala fikirlərimlə
Xəyallarımda hey anıram mən.
Xatirəm qalıbdır, məhəbbət köçüb.
O gözəl günləri qısqanıram mən.
Qəlbimdə salmışdın bir sevgi bağı
Sən bir ağac idin, mənsə budağı
Bu imiş sevginin sönməz ocağı?
Məhv olub, bu yolda aldanıram
mən.
Yalandan deyirdin bizimdir zəfər.
Əlinlə içirdin sevginə zəhər.
Verdiyim sevgidən görmədim
bəhər.
Sevgim yalan idi, bil, danıram mən.
Məhəbbət var idi qəlbimdə sənə.
Gizlidə saxlasam olacaq yenə
Ölüm şərbətini içirtdin mənə
Başqa bir dünyaya yollanıram
mən.
Bu acı, qəlbimi doğrayır əzir.
Allahım, sevənə yetir sən səbir.
O sevgim- ölüdür, ürəyim � qəbir.
Dəfn etdim sevgimi, ah, yanıram
mən..
[cavab]
zamka
31 Okt 2013 / 19:22
aze, cox gozeldi
[cavab]
aze
31 Okt 2013 / 19:25
zamka, Allah razı olsun
[cavab]
aziz15
31 Okt 2013 / 20:43
qesengdi haci
[cavab]
aze
31 Okt 2013 / 21:02
aziz15, Allah razı olsun,amma men hacı deyilem
[cavab]
Bölmeye qayıt
0.2055 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az