B..Vahabzadə
L_SimuS
31 Okt 2013 / 02:49
Bir soyuq baxışın odu, həniri,
Körpülər yandırdı, külü qaraldı.
Bir an baxıb ötdün...
Baxışın yeri
Çapılan könlümdə ömürlük qaldı.
Anın zərbəsini bir ömür yedi,
Nələr etdiyini an heç bilmədi.
Yoxdur ikincisi tək ömrümüzün,
Niyə zəhərlədin bir ömrü, niyə?
İsti bir baxışa möhtackən özün
Bəs niyə qıymadın onu özgəyə?..
Yaddaşdan bir yolluq silinib itər
Hər ömrün, hər günün min macərası.
Güllə yarasına nə var? tez gedər,
Getməz söz yarası, eyham yarası.
Niyə danışmadın, niyə ürəklə?
Xoş sözə hamının ehtiyacı var.
İnsan yaşamamış yalnız çörəklə,
Sınan ürəklərin öz əlacı var.
Gözümüz önündə arzular, kamlar,
Narahat dünyada dinclik olarmı?
Ürək sındırmaym siz, ey adamlar,
Bülbül yuvasına daş atılarmı?!
Sınan bir könülə necə deyək:
"Döz!" Yamasaq bilinər sınığın izi.
Bəzən xoş bir baxış, xeyirxah bir söz,
Günlərlə, aylarla yaşadır bizi.
Dağsansa, sən danma təpəni, düzü,
Bu darkönüllülük nə verər bizə?
Xoş bir təbəssümü, gözəl bir sözü
Bəzən biz qıymırıq bir-birimizə?
Ürək də qocalır, axı, ilbəil,
O bizə həmdəmdir, biz ona sirdaş.
İnfarktdan qorxursan?
Ürək daş deyil,
Özgənin qəlbini sındırma, qardaş!
Mən səndən intiqam, sən məndən qisas?..
Alır verdiyini onsuz da zaman.
Adamlar, adamlar,
düşünsək bir az,
Hamıya yer çatar, genişdir cahan.
Əcəl başımıza kölgə salmamış
Sizdən "can" eşidim, sizə "can" deyim.
Adamlar, adamlar,
yalnız xoş baxış,
Bir də təbəssümdür sizdən istəyim.
[cavab]
_neftchi_
31 Okt 2013 / 10:40
[cavab]
Bölmeye qayıt
0.1586 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az