..::Həzrət əbülfəz::..
aze
30 Okt 2013 / 14:31
Həzrət Əbülfəzl Abbasın (ə)
ləqəbləri
Qəməri-Bəni-Haş im
Həzrət Əbülfəzlin (ə) zahiri siması o
qədər gözəl idi ki, Bəni Haşimin Ayı
adı ilə məşhur olmuşdu. O,
həqiqətən Əhli-beyt (ə) ailəsi üçün
bir ay idi. İslam dünyasında da ay
kimi parladı. Şəhadət yoluna
qədəm basanların yolunu da ay
kimi işıqlandırdı.
Səqqa..
Bu ləqəb Həzrətin (ə) məşhur
ləqəblərindəndi r. O, özü də bu
ləqəbi çox sevirdi. Bu ləqəbin
səbəbi isə Ali-Muhəmmədin (ə)
susuzlarını sirab etməsinə görə idi.
O zaman ki, İbni Mərcanə su
yolunu Əhli-beytə (ə) bağlayır,
İslam pəhləvanı dəfələrlə Fərata
hücum edərək, oradan su
gətirmişdi.
Bətəlul-Əlqəmə. .
Mənası “Əlqəmə Pəhləvanı”
deməkdir. Əlqəmə çayın adıdır,
Həzrət (ə) o çayın sahilində şəhid
olur. Aşura günü bu çayı İbni
Mərcanənin ordusu qoruyurdu.
Onlar suyu Əhli-beytin (ə) üzünə
bağlamışdılar. Ancaq Əbülfəzl-
Abbas (ə) dəfələrlə bu çayı
qoruyan düşmənlərə hücum
edərək, oradan su gətirməyi
bacarmışdı. Sonuncu dəfə Həzrət
(ə) oradan su götürən zaman onu
burada şəhid etmişdilər. Ona görə
də ona “Əlqəmə Pəhləvanı”
deyirdilər.
Ələmdar..
Məşhur ləqəblərindən biri də
Ələmdardır. Əbülfəzl Abbas (ə)
İmam Hüseynin (ə) bayrağını
Mədinədən çıxandan Kərbəlaya
çatana qədər öz dəmir əllərində
bayraqlandırmış dı. O zamana
qədər ki, onu şəhid etdilər, bu
bayraq onun əlindən düşmədi.
Kəbəşəl-kətibə. .
Mənası “Ordunun qəlbi” deməkdir.
Bu ləqəbi bütün ordunun
rəhbərinə verirdilər. Bu ləqəbi ona
görə ona vermişdilər ki, Aşura
günü İmam Hüseyn (ə)
ordusundan hər cür təhlükəni dəf
etmiş və onu qorumuşdu. Bu
yolda güclü bir ələ bənzəyirdi ki,
sayəsi və nuru düşməni məhv
edirdi.
Əmid..
Ordunun sərdarı, rəhbəri
deməkdir. Ali rütbəli bir ordu
rəhbərinə verilən ünvandır.
Hamiyə zəyinə..
“Ailəsinin dirəyi” mənasındadır. O,
hərəmin qızlarından və
qadınlarından Mədinədən
Kərbəlaya qədər müğayət
olmuşdu. Bu qadınlara xidmət
etməkdə çox böyük səylər
göstərmişdi. O, hərəmin qadınlarını
kəcavəyə mindirmiş və
düşürtmüşdür.
Babül-havayic..
Bu ləqəb də insanlar arasında
məşhur olan ləqəblərdəndir.
İnsanlar arasında belə bir əqidə
vardır ki, əgər hacətlərini
xaliscəsinə onu vasitə verərək,
Allahdan istəsələr, Allah onu yerinə
yetirəcəkdir. Həqiqətən, Həzrət
Abbas (ə) İlahi rəhmət
qapılarından biri və Allah qürbünə
çatmağın vasitələrindən biridir. O,
bu məqama Allah yolunda etdiyi
cihadlara, İslam dininə yardımına,
onu hifz etməsinə və nəhayət
şəhadətinə görə nail omuşdur.
Bu deyilən ləqəblər Həzrətin
ləqəblərinin bir hissəsidir. Çünki
Həzrətin ləqəbləri çoxdur...
[cavab]
aziz15
30 Okt 2013 / 15:07
aze, qaqa allah razi olsun!
[cavab]
aze
30 Okt 2013 / 15:09
aziz15, Allah sene yar olsun
[cavab]
O(e)GELECEK
30 Okt 2013 / 17:00
Oldu derdim cetin allah ya allah
O oldi bu mehtebim allah ya allah
Fatime oz payin opdi doyunca
Gelsun ummul beni allah ya allah
chox sagol exim
[cavab]
aze
30 Okt 2013 / 18:04
O(e)GELECEK, Allah razı olsun exim
[cavab]
20122
31 Okt 2013 / 03:00
Allah razi olsun
[cavab]
zamka
31 Okt 2013 / 03:45
aze, Allah razi olsun
[cavab]
aze
31 Okt 2013 / 12:15
20122, Allah size yar olsun
[cavab]
aze
31 Okt 2013 / 12:15
zamka, Allah size yar olsun
[cavab]
Bölmeye qayıt
0.1595 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az