men ne dedim ki
SeV_AmA_UnUTmA
30 Okt 2013 / 01:50
dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən
nə dedim ki?!
Məzlumlara qan udduran alçaqları
bir-bir,
Söz udmağa vadar elədim, mən nə
dedim ki?!
Xofdan əyilib bütpərəs olmuşlar
önündə,
Qansız bütü inkar elədim, mən nə
dedim ki?!
Allahı unutmuşlara xatırladan
oldum,
Qafilləri hüşyar elədim, mən nə
dedim ki?!
Tərk eylədi şeytan bu könül
mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən
nə dedim ki?!
Can verdi Xuda, amma ki, eşq
istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə
dedim ki?!
Gördüm ki, pul üstündə bu
dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə
dedim ki?!
Haqqın özün axtardım onun
qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən
nə dedim ki?!
Pünhan, mən əməl dəftərini şerə
çevirdim,
Yəni onu təkrar elədim, mən nə
dedim ki?!
Hörmətli istifad
[cavab]
SeV_AmA_UnUTmA
30 Okt 2013 / 01:58
supeer
[cavab]
dr_luna
30 Okt 2013 / 02:00
basqa sozle ifade etmek olmaz
[cavab]
Bölmeye qayıt
0.1898 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az