..::Muxtar::..

pol aze 30 Okt 2013 / 00:48
İmam Əlinin (ə) Muxtar Səqəfiyə
verdiyi ləqəb
İmam Əlinin (ə) şagirdlərindən olan
Əsbəğ ibni Nəbatə nəql edir: “Bir
gün Əmirəl-möminini (ə) gördüm
ki, (kiçik uşaq olan) Muxtarı dizinin
üzərində otuzdurmuş və
(nəvazişlə) başını sığallayır və
buyurur: “Ya Keys! Ya Keys!””.
İslam tarixində bir çox qiyamların
adı çəkilmişdir ki, onlardan biri də
Muxtar Səqəfinin qiyamıdır. O,
İmam Hüseynin (ə) intiqamını
almaq üçün qalxmışdı. Onun
qiyamı 66-cı hicri ilində Rəbiül-
əvvəlin 14-də başlamışdı.
Bu qiyamı İmam Əli (ə) əvvəlcədən
xəbər vermişdi. O, buyurub:
“Tezliklə oğlum Hüseyn (ə)
öldürüləcəkdir, ancaq çox
keçməyəcəkdir ki, Səqəf
qəbiləsindən bir cavan qiyam
edəcəkdir. Bu zalımlardan intiqam
alacaqdır. Onların qətl
edilmişlərinin sayı 383 min nəfər
olacaqdır”.
Muxtar Səqəfinin həyat hekayəsi
Onun adı Muxtar ibni Əbi Ubeyd
ibni Məsuddur. Onun qəbiləsinin
adı Səqifdir. Taif məntəqəsində
yerləşir. Muxtarın künyəsi Əbu
İshaq və ləqəbi Keysandır. Mənası
“zirək” deməkdir.
Belə ehtimal olunur ki, onun
ləqəbini İmam Əli (ə) qoymuşdur.
İslamın böyük alimlərindən olan
Əllamə ibni Nəma və Ayətullah
Huyi bu fikirdə idi.
Onun dostlarından birinin adı da
Keysan idi və o, Muxtarı bu
qiyama həvəsləndirirdi . Keysanın
ləqəbi isə Əbu Umrə idi.
Muxtarın atası
Muxtarın atasının adı Əbu Ubeyd
idi və Məsud Səqəfinin oğlu idi.
Ömərin xəlifə olduğu dövrdə
Taifdən Mədinəyə gəlir. Orada
sakin olur. Ömərin xəlifə
olmasından dörd gün keçmişdi ki,
əmr edir ki, ordu İran və İraq
sərhədinə getsin. İnsanları İslam
dininə dəvət etsin. Muxtarın atası
bu döyüşdə ilk könüllülərdən
olmuşdur. Xəlifə bu orduya layiqli
birini rəhbər qoymaq istəyirdi. Öz
tərəfdaşları ilə məsləhətləşən
zaman onlar deyirlər ki,
mühacirlərin və ya ənsarların
arasından seçsin. Xəlifə onlara
deyir: “Heç bir zaman. Düzdür ki,
mühacirlərin və ənsarların Allaha
iman bəsləməkdə imtiyazları
vardır, ancaq mən bu ordunun
başına ilk könüllü olan kəsi təyin
edəcəyəm”.
O, Əbu Ubeydi çağırır və onu
rəhbər təyin edir. Ona tövsiyə edir
ki, yanında olan Peyğəmbər (s)
səhabələri ilə daima məşvərət
etsin. Onların sözünü qəbul etsin
və onları özü ilə aparsın.
Muxtarın atası Fars diyarında
şücaətlə vuruşur və bu döyüşdə
müsəlmanlardan 4 min nəfər şəhid
olur. Nəhayət o, da Dəclə
üzərindən asılan körpüdə şəhid
edilir. Ona görə də bu döyüşün
adını “Yəvmul-Cəsr” adlandırırlar.

[cavab]

pol *Duyqu* 30 Okt 2013 / 00:49
aze, Allah razi olsun qaqa

[cavab]

pol aze 30 Okt 2013 / 10:53
*Duyqu*, Allah size yar olsun

[cavab]

pol reshid11 30 Okt 2013 / 14:13
ALLAH RAZI OLSUN
red. reshid11 (30.10 /14:14)

[cavab]

pol aze 30 Okt 2013 / 14:31
reshid11, Allah size yar olsun

[cavab]

pol 20122 31 Okt 2013 / 03:06
ALLAH RAZİ Olsun

[cavab]

pol zamka 31 Okt 2013 / 03:37
aze, maraqlidir, tesekkur

[cavab]

pol aze 31 Okt 2013 / 12:17
20122, Allah size yar olsun

[cavab]

pol aze 31 Okt 2013 / 12:17
zamka, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.168 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az