Maraqli.,.
(=KraL=)
29 Okt 2013 / 23:03
Bir gün uzun və çətin yolla bir nəfər
öz iti ilə gedir. Birdən qarşılarında
böyük bir saray görürlər. Güllər,
musiqi, gözəllik... bir sözlə, hər şey
möhtəşəmdir.
Kişi sarayın qapısında dayanan
şəxsdən soruşur:
- Bura haradır?
- Bura cənnətdir, sən ölmüsən və
bura daxil olub əsl istirahət edə
bilərsən.
- Su var içəridə?
- İstədiyin qədər. Həm də təmiz
fəvvarələr, sərin hovuzlar var.
- Bəs yeməyə nəyiniz var?
- Nə qədər istəsən yeyə bilərsən.
- Bəs mənim yanımdakı it necə
olsun?
- Təəssüf ki, içəri itlə girmək olmaz.
Onu bayırda saxlamalısınız.
Yolçu buna təəssüflənir və yoluna
davam edir. Bir az getdikdən sonra
yaxınlıqda bir ferma görür. Fermanın
qarşısında oturmuş kişidən soruşur:
- Susamışam, su var sizdə?
- Əlbəttə, orada balaca quyu var.
- Bəs mənim itim?
- Quyunun yanında itin su içməyi
üçün də qab var.
- Bəs yeməyə nəyiniz var?
- Sənə axşam yeməyi verərəm.
- Bəs itim ac qalmaz?
- Xeyr, ona da bir sümük taparıq.
- Bəs buranın adı nədir?
- Cənnət.
- Elə şey olar? O tərəfdəki sarayda
dedilər ki, cənnət oradır axı.
- Yalan deyiblər, ora cəhənnəmdir.
- Bəs siz cənnətdəkilər buna necə
dözürsünüz ki, bura gəlmək
istəyənləri aldadıb ora aparırlar?
- Onların belə etməyi bizə sərf edir.
Cənnətə qədər yalnız o adamlar gəlib
çatır ki, öz dostlarını yarı yolda
qoymurlar...
[cavab]
aziz15
29 Okt 2013 / 23:05
qesengdi
[cavab]
rusik57
29 Okt 2013 / 23:10
Qaqaş bu nağılı hansısa kitabdan oxumuşam.Amma çox maraqlıdı.
[cavab]
Vasili
29 Okt 2013 / 23:10
cox gozel
[cavab]
DeSiRaBLe
29 Okt 2013 / 23:21
dost sozu hecaya bolunmez
[cavab]
Bölmeye qayıt
0.2625 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az