Kicik cumlelerde derin menalar

pol Edik__ 29 Okt 2013 / 12:35
Xəyallarımı arzulayaraq
yaşamaq, səndən nifrət
edirəm deyərkən səni
sevmək,
var olmayan ömürümün
hamısını sənə həsr etmək,
sonra sənə söykənib səni
arzulamaq və sevmək
istərdim... ürəyindəkilərin
sonunu bilmədən... Sadəcə
sevmək...
Üşüyürdüm..Sarılacaq bir
şeylər axtararkən
bugünlərdə səni tapdım..
Toxundum..Yanırdın əlimi
çəkmək məcburiyyətində
qaldım..Sənə toxunsam
yanaram..
Əlimi çəksəm donaram ..İndi
düşünürəm səninlə olub
yanmaqmı çətin..
Yoxsa Sənsiz qalıb
donmaqmı ?
Bəzi insanlar xəyallarıyla,
bəziləri sevgiləriylə
yaşayarlar..
Sevgiləriylə ayaqda qala
bilənlər isə ümidləriylə
xəyallarına çatar..
Bu yalnızlıq bitərmi,
bilmirəm..
Bir daha bu ürək sevərmi
bilmirəm.. Xəyanətini
gördüm..
Mənim buna ömrüm yetərmi,
bilmirəm ..
İnsan bir silahdır, amma
unutmayın ki, heç bir silah
digər insan olmadan heç kimi
yaralaya bilməz…
Mən Onu...
Bir silahın içində 2 güllə kimi,
eyni bədənə tuşlanan 2 ox
kimi, qatillə qurbanın
arasındakı bir neçə saniyəlik
təlaş kimi sevmişdim...
Amma yetmədi,çəkib getdi...
Əslində biz təkcə kənardan
görünən bir "cütlük"
deyildik, biz suallarin cavabi,
imkansizliqlarin sübutu,
çarəsizliklərin ümidi, hər
nöqsanin,hər səhvin tutarli
bəraəti idik...
Biz yaşanilmiş və yaşanilmasi
gərəkən həyatin tək doğru
insanlari idik...
Amma indi.....heçnə...
Yenidən sevməyimçün
yenidənmi doğulacam?
Bilmirəm necə
olacaq...bilmirem....
Ya yaşayacam,ya da
yaşayirmiş kimi edəcəm...
Amma sevməyəcəm!
Soyuq və acı çay kimisən...Nə
içimi isidirsən, nə də gözəl
dadın gəlmir...Sadəcə
yuxumu qaçırırsan...
Onu o qədər xəyal etdim ki,
gerçəkliyini itirdim,
sonunda...
"O" getdiyindən bəri hamını
"Ona" bənzədirəm..”Görəsən
bu da onun kimi
şərəfsizdirmi?” deyərək...
Nə qədər qalmaq istəsək də
bəzən getmək
məcburiyyətində qalarıq. Və
nə qədər getmək
məcburiyyətində olsaq da,
qalmaqdan tərəfdir sol
yanımız..
Bir insan dediyi sözlər qədər
demədiyi sözlər ilə də
insanlaşır...
Getsin gedə bildiyi yerə
qədər..Bu limanda itirdiyim
ilk gəmi deyilki.. O bilir,
fırtına sahildəkini yox, üzüb
gedəni vurur...
Kişi olmaq bir alın yazısı olsa
da, adam olmaq hər kişiyə
nəsib olmur...
Diqqət et əzizim...
Yoldaşlıq bəzən bir çiçəyin
böyüdüyü qədər
uzun,bəzəndə qısadır..
amma əhəmiyyətli olan
yenisini tapmaq deyil var
olanı yaşatmaqdır..
İki insanın yaxşı dolanması
heç qüsursuz olmalarıyla
deyil, bir-birlərinin
qüsurlarını xoş görmələriylə
təmin edilir..
Hər kəs həyatında səhv edir,
ancaq bu o demək deyildir ki,
o kəs həyatının sonunadək
səhvinin cəzasını çəkməlidir.
Bəzən YAXŞI insanlar PİS
seçimlər edir.Bu onların pis
insan olduğu anlamına
gəlmir... Bu onların İNSAN
olduğu anlamına gəlir!
Sən uzatdığın əlini tutmayan
ələ mi küskünsən?
Yoxsa tutmayacaq bir ələ
uzatdığın üçün "Özünəmi"
hirslisən?
İnsaın ÖZÜ nədirsə, GÖZÜ də
onu görür...
Əslində insanlar bizə xəyal
qırıqlığı yaşatmır,
Sadəcə biz səhv insanlar
üzərində xəyal qururuq...
Hər dəfə canını ağrıtsa
belə..Heç kim 'O' ola
bilmirsə..
Və canının yanacağını bildiyin
halda yenə də Sevirsənsə..
Bax 'eşq' budur..

[cavab]

pol aziz15 29 Okt 2013 / 13:05
yaxsidi brat

[cavab]

pol isguzar 29 Okt 2013 / 13:37
güzellll

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2382 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az