..::Mismar::..
aze
29 Okt 2013 / 02:49
Pis xasiyyətli bir gənci tərbiyə
etmək məqsədilə atası ona
mismarlarla dolu bir torba verərək
“dostlarınla hər dəfə mübahisə
edəndə taxtaya bu mismarlardan
birini vur” deyir.
Günlər keçir, gənc dostlarının
xətrinə dəydiyi hər dəfə taxtaya
bir mismar vurur. Mismarların sayı
artdıqca oğlan səhvini başa
düşməyə başlayır və yavaş-yavaş
dostları ilə mübahisə etməkdən
çəkinir.
Taxtada 37 mismar vurulmuş olur.
Gənc heç bir dostunun xətrinə
dəyməyəcəyinə söz verir. 37
mismar sayının artmadığını görən
ata sevinərək ona bu dəfə
dostlarını incitmədiyi hər gün
mismarlardan birini taxtadan
çıxartmağı tapşırır. Oğlu atasının
dediyi kimi edir və bir gün
taxtadan bütün mismarların
çıxdığını atasına xəbər verir. Ata
oğluna deyir:
“Afərin oğul! Hərəkətin
təqdirəlayiqdir , lakin bu taxtaya
baxsan, görərsən ki, mismarları
çıxartsan da, onların deşikləri
taxtada qalır və heç vaxt da bu
deşiklər itməyəcək. Bil ki,
dostlarınla mübahisə edib onları
incitdiyin an onların qəlblərinə bir
mismar vurmuş olursan. Üzr
istəyərək bu mismarı oradan
çıxara bilərsən, lakin izi daim
qəlbində qalacaq. Dostlarının
qədrini bil, onları incitmə. Çünki
həqiqi dostlar Allahın insanlara
verdiyi nemətlərdir”.
[cavab]
*Duyqu*
29 Okt 2013 / 02:55
aze,
[cavab]
aziz15
29 Okt 2013 / 02:56
aze, allah razi olsun teqdirelayiqdi exi
red. aziz15 (29.10 /02:57)
[cavab]
1ce2miz3un
29 Okt 2013 / 02:57
[cavab]
aze
29 Okt 2013 / 02:59
*Duyqu*, Allah razı olsun
[cavab]
aze
29 Okt 2013 / 02:59
1ce2miz3un, Allah razı olsun
[cavab]
aze
29 Okt 2013 / 02:59
aziz15, Allah razı olsun
[cavab]
zamka
29 Okt 2013 / 03:34
maraqlidir, te$ekkur
[cavab]
aze
29 Okt 2013 / 03:35
zamka, Allah razı olsun
[cavab]
O(e)GELECEK
29 Okt 2013 / 04:02
Dost sozu hecaya bolunmez qalar Allah hecbir dostlari ayirmasin amin inwallah
ehsen exim
[cavab]
Bölmeye qayıt
0.1505 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az