Senli gunler
Edik__
28 Okt 2013 / 13:24
Sənə təsvir etmək istəmirəm
heç
Üç gündür gəlmirsən,
darıxdım necə
Bəlkə günahkaram,
günahımdan keç
... Mənə uzun gəldi üç səhər,
gecə
Pərişan göründün bugün
gözümə
Bəlkə ürəyinə dəyən olubdur
Belə məlul-məlul baxma
üzümə
Bir söylə, gözlərin niyə
dolubdur?
Sənin qəribə bir baxışların
var
İnsanın qəlbinə nüfuzu dərin
Kədəri bir anda ürəkdən
qovar
Baxışın qəlblərə su səpər
sərin
Könül dostum, baxma belə
qəmli mənə
Bu baxışın qəlbimi didər
dağıdar
Həsrətdən görürsən əyilib
qəddim
Gözlərim gözündə min sevinc
arar
Sənin yollarında bitib
qalmışdım
Sən isə görmürdün məni o
zaman
Bir eşqin ağrısın səndən
almışdım
Şam idim yolunda yanırdım
inan
Sənli günlərimi yadıma salıb
Unuda bilmirəm səni
nədəndir?
Kövrək baxışların üzümdə
qalıb
İllər quş qanadlı olub
keçəndir.
Yenə səni gördüm, bu gecə
yenə...
Oyanıb yuxuya həsrət
qalmışam
Bir qulam sinəmdə ürək
deyənə
Mən sənsiz qalmışam, sənsiz
qalmışam
Söylə görüm nədir mənim
günahım?
Əldən gedir, dinim, eşqim,
imanım
Özü suçlu, məni suçlu
sananın
Qulaq as gör nə deyirəm mən
sənə,
Bircə dəfə öz suçunu
görsənə!
Mən səni sevirəm, leyli tək
gülüm
Boş boşuna gedir bu gözəl
ömrüm
Səni hər görəndə ağrayır
könlüm
Səni həmişəlik sevməkçün
söndüm
Sənli günlərimi xatırlayarkən
Lənət edirəm mən o gözəl
günə
Başıma yastığa vurub
ağlarkən
Yaşlı gözlərim dözməyir
dərdə..
Baxışın üzümdə donub
qalıbdır
Niyə dayanıbsan sən heykəl
kimi?
Gedişin sinəmdə çığır salıbdır
Unutmaq çətindir ağır itkini
Yamyaşıl ağaclar geyinib
qara
Göydə ulduzları kim salıb
tora?
Bu xəyal gör məni gətirdi
hara
Düşmüsən yadıma bilsəydin
necə
Heyif ki, düşündüm səni bu
gecə
Mən yağan yağışam, dolan
buludam
Gözümün yaşını saxlayım
necə
Gülüzlüm, mən səni çətin
unudam
Ağlaram sinəmdə hər gün
hər gecə..
Bir gözəl görəndə əridin,
axdın
Yandırıb könlümü, odlara
yaxdın
Dünəndə üzümə hiddətlə
baxdım
Əhdini unudan sən
olmadınmı?
[cavab]
aziz15
28 Okt 2013 / 13:27
gesengdi brat
[cavab]
Edik__
28 Okt 2013 / 14:08
aziz15, twk qaqaw
[cavab]
Feminist
28 Okt 2013 / 14:25
[cavab]
reshid11
28 Okt 2013 / 14:45
superdi qaqa superrrrrrrrrrrrrrrr
[cavab]
kiwi
28 Okt 2013 / 16:31
Özün yazmisansa lap bomba superrr
Tapmisqnsa seiri tebrik
[cavab]
ilkin_555
28 Okt 2013 / 17:47
diiiii
[cavab]
arazaraz
28 Okt 2013 / 18:02
Komek edin
[cavab]
ceka*boy2
28 Okt 2013 / 18:06
yehu.moon.azdan qeyd olunda bidene e catdann sonra cixarsiz xahis ediremm lazimdii
[cavab]
ceka*boy2
28 Okt 2013 / 18:12
yehu.moon.azdan qeyd olunda bidene e catdann sonra cixarsiz xahis ediremm lazimdii
[cavab]
Bölmeye qayıt
0.2239 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az