..::Bir kişi::..

pol aze 28 Okt 2013 / 02:16
Bir zamanlar bir kişi yaşayırdı bu
dünyada, məzlumların dayağıydı,
zalimlərin qənimi!
...Bir zamanlar bir kişi yaşayırdı bu
dünyada, kasıbların qonağıydı,
yetimlərin atası, dərdlilərin
dərmanı, dərdlərinin məlhəmi!
...Bir zamanlar bir kişi yaşayırdı bu
dünyada, ibadətinin mayası sevgi
eşq-məhəbbətdi, həyatının
mənası azadlıqdı, hürriyyətdi… O,
o qədər təvazökardı adına “torpaq
atası” deyirdilər, o qədər elmli idi
əsrinin elm sahibləri qarşısında
səcdə edir, önündə baş əyirdilər…
...Bir zamanlar bir kişi yaşayırdı bu
dünyada, mərd bir kişi! Dostlarının
yanında daim mehriban, sevgi
dolu, düşmənlə döyüşlərdə isə
yenilməz aslan kimi sərt bir kişi! O,
heç vaxt yenilmədi, yenilmək nədir
bilmədi… O,hər zaman zəiflərə
kömək oldu, ədalətiylə ad aldı,
əminliyi ilə ucaldı, hətta bir
qarışqaya da zülm etmədi, heç
kimə borclu qalmadı…
...Bir zamanlar bir kişi yaşayırdı bu
dünyada, doğulduğu yer Kəbəydi.
Allah-rəsulunun yanında böyüdü,
ona daim kömək oldu, uğrunda
can fəda qıldı, onu qoruyan
kölgəydi…
...Bir zamanlar bir kişi yaşayırdı bu
dünyada, adına Əli deyirdilər,
doğurdan da əli idi, o Allahın
danışan dili, haqqı qoruyan əli idi…
Altmış üç il ömür sürdü. Bu altmış
üç illik ömürdə bir adəm oğlu
ondan nə bir haqsızlıq eşitdi, nə
bir yalan duydu, nə də ki bir pislik
gördü…
…Və bir gün, ramazan ayının on
doqquzu, birinci Qədr gecəsində
onu ədalətinin çoxluğundan
ibadət mehrabında pak qanına
buladılar… O gün, Allah evində
doğulan kişini, Allah evində də
vurdular… O gün, Allahın ən
sevdiyi bəndələrindən birinin
canına qıydılar…
O gün göydə ağlayırdı, o gün yer
də ağlayırdı, bütün hər yer
ağlayırdı, bütün hər kəs ağlayırdı,
mələklər də ağlayırdı…
Amma o gün hamıdan çox
ağlayan, onun hər gecə çörək
apardığı və həmin gecə də onun
yolunu gözləyən yetimlər idi ...

[cavab]

pol BerryBlack 28 Okt 2013 / 02:18
Eli eleyhissalamdan yazilib?

[cavab]

pol aze 28 Okt 2013 / 02:21
BerryBlack, beli :)onu oxuyanlar,sevenler anlar

[cavab]

pol BerryBlack 28 Okt 2013 / 02:23
aze, ne yalan diyime ilk burda oxudum 4ox sagol)

[cavab]

pol aze 28 Okt 2013 / 02:24
BerryBlack, Allah razı olsun :)

[cavab]

pol O(e)GELECEK 28 Okt 2013 / 02:39
beh beh allah seni eli eleyhissalamla mehwur etsin ehsen ehsen ehsen exim
Lebbeyk Ya Eli

[cavab]

pol aze 28 Okt 2013 / 02:41
O(e)GELECEK, Allah razı olsun exim

[cavab]

pol zamka 28 Okt 2013 / 05:00
aze, Cox gozeldi, allah razi olsun

[cavab]

pol aze 28 Okt 2013 / 17:01
zamka, Allah size yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1955 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az