Menim sevgilim var deyenlere...
NaiT_LifE
28 Okt 2013 / 01:47
Cox tesirli ve
dusundurucu hekaye
Qiz: Alo
Oğlan: Bəli,
Qiz: Salam.
Oglan: Salam.
Qiz: Necəsən...?
Oglan: Sağ olun,
yaxşıyam, tanımadım.
Mənle, danışan kimdir
ki...?
Qiz: Allah bəndəsi.
Oglan: Mən xatırlamadım
axı bu səsi, Həm də
səsinizdə qüsur var...?
Qiz: Bəli, bir il qabaq
batıb səsim,
Oglan: Deməli, bu öz
səsinizdir, bagışlayın.
Qiz: Yox, xətrimə
dəymədin, bilirəm ki çox,
maraqlıdır sənə, kiməm
görəsən.
Oglan: Bəli, maraqlıdır,
gizli nömrədən, zəng
eləmisiniz, kimsiniz,
deyin.
Qiz: Məni tanımazsan...
Bəzən hər şeyin, mənasız
olduğun dərk edən
zaman,
kimləsə dərdləşmək
istəyir insan. Nömrəni
yığmışam təsadüfən,
Oglan: Hə, elə düz
nömrəni yığmısız belkə,
məni də tənhalıq
bezdirib tamam.
Qiz: Təkliklə barışa bilmir
hər adam. Sual vermək
olar...?
Oglan: Buyurun.
Qiz: Əgər, sirr deyilsə,
yoxdur sevgilin məgər...?
Niyə tək qalmısan, tərk
edib səni...?
Oglan: Yox, mən onu
atdım.
Qiz: incidib səni...?
Oglan: O məni sevirdi,
mən də sevirdim, taa ki,
qəza oldu, maşın
çevirdim. O gündən
ayrılıq küləyi əsdi. Bildim
onu sevmək daha
əbəsdi...
Qiz: Niyə...? Birdən-birə
nə oldu...? Danış, dərdini
bölüşdükcə azalar.
Oglan: O qış, bir qəza
keçirtdim...
Qiz: Bilirəm...
Oglan: Necə...?
Qiz: Yəni ağrını hiss
etdim sadəcə...
Oglan: Nə isə, deməli, o
qəza vaxtı, mənim
bədənimdən xeyli qan
axdı. Çox qan itirmişdim,
halım pis idi. Həkimlər
qanımdan tapılmır dedi.
Bu zaman həmin qız
çatdı dadıma. Dəqiq
gəlməsə də mənim
yadıma, Deyəsən,
qanımız uyğun gəlirdi. O
qız da yəqin ki, bunu
bilirdi. O mənə qan verdi,
sağ olsun, sonra, mən
təmiz sağaldım,
görmədim amma, uzun
müddət həmin qızı
nədənsə...
Bir gün gördüm... Gəl o
mənzərədənsə, Kaş heç
görməyəydim ömürlük
onu.. Onu gördüyüm an,
hər şeyin sonu, gözlərim
önündə canlandı bir an.
Qiz: Yəqin özgəsiylə
görmüsən...?
Oglan: Dayan, yox, elə
deyildi, belədir ardı:
Əlil arabası altında vardı...
Dəhşətdir, gördüm ki,
yox bir ayağı,
Sanki qurumuşdu dili-
dodağı,
Solğun baxışlarla mənə
baxırdı,
Gördüyüm vəziyyət məni
sıxırdı.
Dedi ki,mən də bir qəza
keçirdim,
Bir ayağımı da onda
itirdim...
Düzü,çox
üzüldüm,pərişanoldum,
İndi neyləyəcəm,xeyala
daldım.
Onu o halıyla sevə
bilməzdim...
Qiz: Təəssüf, mən səni
belə bilməzdim,
Necə də vicdansız adam
imişsən,
Gör kimi
sevmişəm,istəmişəm
Mən...
Oglan: Nə...? Yoxsa sən...
Qiz: Bəli, mən həmin
qızam.
İllərdir atılmış, tənha,
yalqızam.
Oglan: Ola bilmez axı...
Bəs səsin...
Qiz: Aha...
Nədir, tanımadın...?
Deyim, bil daha, məni pis
günümdə tərk etdiyin
üçün,
Aylarla qəm
çəkdim,ağladım hər gün,
Hönkür-hönkür elə
ağladım,axır,
İndi nə halım var,nə
səsim çıxır.
Ağlamaq batırdı səsimi
mənim,
Öz sevgim özümə oldusa
qənim,
Daha yox inamım heç bir
insana, Günah
olmasaydı,qıyardım
cana...
Oglan: Elə şey eləmə,
bağışla məni...
Qiz: O uca Allaha
tapşırdım səni...
Oglan: Axı sən yeriyə
bilmirdin...
Qiz: Utan,
Danışma,yatmısan
qəflətdə,oyan. Söhbət
açılıbsa,deyim hər şeyi,
Mənim yaşadığım acı
taleyi,
Bir həyat dərsi tək qəbul
edərsən...
Bundan sonra doğru
yolla
gedərsən, Danışım qoy,
bəlkə ibrət götürdün...
Sən o vaxt qəzada çox
qan itirdin,
Dözmədim,sənin o halını
gördüm,
Sənə öz qanımı könüllü
verdim. Amma ki sənə
çox qan lazım idi,
Sən ölərkən mənə can
lazım idi...?
Nə qədər
gərəkdir,verirəm,dedim,
Səni yenə sağlam
görmək
istədim... Həkimlər o
qədər qan aldı məndən,
Az qaldı ki, canım çıxsın
bədəndən.
Verdiyim qan sənin
köməyin oldu,
Mənimsə o gündən
bədənim soldu. Qanazlığı
məni yatağa saldı,
Amma yenə fikrim
yanında qaldı.
Axır,bir ayağım tutuldu
tamam,
Daha belə edə bilməzdi
davam.
Məcburən kəsdilər bir
ayağımı, Sənsə
eşitmədin heç sorağımı.
Baxma şikəstliklə ömrüm
əridi,
Sənin sağ qalmağın
təsəllim idi.
Elə bilirdim ki,atmazsan
məni,
Tanımamışam heç
zərrəcə səni...
Oglan: Nə deyəcəyimi
bilmirəm...
Qiz: Heç nə,
danışma,söyləməbir
dənə kəlmə.
Bu son zəngim idi...
Oglan: başa düş məni,
Mən belə fədakar
bilməzdim səni.
Qiz: Sus...! Yaxşı dinlə bu
son sözlərimi, vicdansız
qəlbindən sil izlərimi...!
Məni məhv elədin,eybi
yox, ancaq, daha bir
kimsəyə çəkmə bu cür
dağ.
Səni vicdanınla qoyub
baş-başa,
Dəstəyi asıram,get
düzgün yaşa,
Əlvida...
Oglan: Qulaq as, mən nə
edim bəs...?
-Artıq çox gec idi,
kəsilmişdi səs...
[cavab]
BerryBlack
28 Okt 2013 / 02:13
4ox tesirlidi=/pff bu da "sevgi"( dogurdan da qizlar oglanlardan daha 4ox sevirmiw
[cavab]
NaiT_LifE
28 Okt 2013 / 02:18
BerryBlack, hemen hemen eledı
[cavab]
(Ya_Je_Ne_Baby)
28 Okt 2013 / 02:30
Supper)) Twk cox tesirli idi
[cavab]
rowa
28 Okt 2013 / 02:30
Sevendede deyerini bileni sevmek lazımdı...
[cavab]
1ce2miz3un
28 Okt 2013 / 02:32
twk
[cavab]
NaiT_LifE
28 Okt 2013 / 02:37
(Ya_Je_Ne_Baby), twk.xosdu
[cavab]
NaiT_LifE
28 Okt 2013 / 02:38
rowa, ahaa eynen
[cavab]
NaiT_LifE
28 Okt 2013 / 02:39
1ce2miz3un, deymez. Xowdu
[cavab]
*BratvA*
28 Okt 2013 / 02:48
Eh eh siz qemli hekayeleri oxuyursu mense coxunu yasamisam
[cavab]
Bölmeye qayıt