..::Yağma yağış::..
aze
27 Okt 2013 / 22:37
Yağma yağış,
Sən yağanda xatirilər düşür yada,
Sən yağanda sənlə birgə ürəyimə
yağır o, da.
Yağma yağış,
Gəl ağlama için-için,
Mən dərdimi sənə deyim,
Sən də danış,
Ağlayırsan axı neyçin?!
Yoxsa sən də dərd çəkirsən mənim
kimi,
Sənindəmi ürəyinin qırılıbdır sarı
simi?!
Mən yağmıram səndən də çox,
Dərd yükünü çəkə-çəkə.
Mən yağmıram bu dərd ilə,
Hər gün biraz çökə-çökə.
Yağmıram ki, yar bilməsin,
Yağmıram ki, gülməsin,
Nə allara salıb deyə,
Mənim boyda bir adamı,
Yağsam çatacaq dadamı?!
Yağma yağış, yağma yağış!
Qulaqlarım kar olacaq,
Guruldama yavaş danış.
Qismətini Tanrı yazıb,
Talehinlə daha barış,
Yağma yağış!
Hə… Bax belə…
Yağmayanda daha gözəl
görünürsən,
Yağmayanda başqa qəmə
bürünürsən.
Yağmayanda sirr qalırsan,
Insanları düşündürüb,
Min marağa salırsan.
Qoy elə bu gündən belə,
Yar ağlasın, yar yağsın.
Məndən ötrü, səndən ötrü, ondan
ötrü,
Ağ gəlinlik dondan ötrü,
Xoş sevincli sondan ötrü,
Yar aglasın, yar yağsın!
Köz basaraq sinəsini dağlasın.
Yağma yağış, yağma yağış,
Daha yağmamağa çalış.
[cavab]
1ce2miz3un
27 Okt 2013 / 22:39
[cavab]
aze
27 Okt 2013 / 22:43
1ce2miz3un, Allah razı olsun
[cavab]
Golf
27 Okt 2013 / 22:50
Bu gun hava yagmurlu
[cavab]
aze
27 Okt 2013 / 22:55
Golf, bizde bilirik )))
[cavab]
Bölmeye qayıt
0.1485 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az