..::Boyunbaq::..
aze
26 Okt 2013 / 16:16
Həzrət Fatimənin (s.ə.) boyunbağı
Cabir ibni Abdullah Ənsari deyir:
“Bir gün Peyğəmbəri-Əkrə m (ə)
əsr namazından sonra məsciddə
səhabələri ilə bir yerdə əyləşmişdi.
Paltarı çırılmış və gücsüz bir qoca
məscidə daxil oldu. Kişi dedi: ”Mən
aclıqdan gücsüz düşmüşəm, mənə
nicat verin”. Peyğəmbəri-Əkrə m
(s) buyurur ki, “indi mənim
yanımda heç bir şey yoxdur,
ancaq mən səni elə bir yerə
göndərəcəyəm ki, ehtiyaclarını
aradan qaldıracaqdır. Mən səni elə
bir evə göndərəcəyəm ki, Allahın,
Peyğəmbərin (s) aşiqidirlər”.
Peyğəmbər (s) Bilala göstəriş verir
ki, onu Həzrət Fatimənin (s.ə)
evinə tərəf aparsın. Bu yoxsul
insan evin qapısına yaxınlaşıb
salam verir. Ev əhli də soruşur ki,
sən kimsən?
Cavab verir ki, çarəsiz bir insanam
və Peyğəmbərin (s) xidmətindən
gəlirəm. Sonra da hacətini söyləyir.
Bu üçüncü gün idi ki, Həzrət
Fatimə (s.ə) oruc tuturdu və evdə
heç bir yemək yox idi. Həzrət
Fatimə (s.ə) bu kişiyə vermək üçün
evdə bir şey tapmır. Nəhayət, belə
qərara alır ki, Həsənlə (ə) Hüseynin
(ə) üzərində yatdığı qoyun dərisini
bu kişiyə versin. Kişi bu qoyun
dərisini görəndə deyir:
“Peyğəmbərin qızı, mən aclıqdan
taqətsizəm və sən mənə bu qoyun
dərisini verirsən”. Həzrət Fatimə
(s.ə) bu sözləri eşidən zaman
Əbdulmüttəlibin qızının ona
bağışladığı boyunbağını ona verir.
Kişi bu boyunbağını götürür və
məscidə gedir. Peyğəmbərə (s)
deyir ki, Həzrət Fatimə (s.ə)
boyunbağını mənə verdi və dedi
ki, onu satıb, ehtiyaclarımı ödəyim.
Həzrət Peyğəmbər (s) bu sözləri
eşidən zaman ağlayır və buyurur:
“Allah niyə və nə üçün işlərini həll
etməsin ki, keçmişdəkilərin və
gələcəkdəkiləri n xanımı öz
boyunbağını sənə vermişdir”.
Əmmar Yasir deyir: “Ya Rəsullah!
Mənə izn verirsinizmi ki, bu
boyunbağını alım?”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Allah bu boyunbağını alana əzab
verməz”. Əmmar ərəbdən soruşur
ki, bu boyunbağı üçün nə qədər
istəyirsən? Deyir: Tox olmaq üçün
yemək, geyinmək üçün paltar və
vətənimə getmək üçün dinar
istəyirəm. Əmmar deyir: “Sənə 200
dinar verəcəyəm, səni
doyuzduracağam,
geyindirəcəyəm və öz dəvəmlə
məmləkətinə göndərəcəyəm”.
Sonra Əmmar onu evinə aparır və
Xeybərdən gətirdiyi qəniməti ona
verir.
Sonra ərəb Peyğəmbərin (s)
xidmətinə gəlir və Peyğəmbər (s)
soruşur: “Səni doyuzdurdular və
geyindirdilər?” . Dedi: “Bəli, hətta
məni ehtiyacsız etdilər”. Sonra
Peyğəmbər (s) Həzrət Fatimənin
(s.ə) fəzilətləri haqqında
danışmağa başladı. Həzrət
buyurdu: “Qızım Fatiməni qəbrə
qoyanda ondan soruşacaqlar ki,
Allahın kimdir? Deyəcək Allahım
Rəbbdir. Deyəcəklər: Peyğəmbərin
kimdir? Deyəcək: Atamdır.
Deyəcələr ki, İmam və Vəlin
kimdir? Deyəcək ki, o kəs ki,
qəbrimin yanında dayanmışdır.
Əmmar boyunbağını götürür və
Səhəm adlı bir qul ilə bir yerdə
Peyğəmbərin (s) xidmətinə
göndərir. Həzrət Peyğəmbər (s) də
bu boyunbağını qul ilə bir yerdə
Həzrət Fatimənin (s.ə) evinə
göndərdi. Qul boyunbağını Xanıma
verir və Xanım bu qulu azad edir.
Qul Xanımın üzünə gülür və Xanım
soruşur ki, niyə gülürsən? Deyir:
Bu boyunbağının bərəkətinə görə
gülürəm ki, acı doyuzdurdu,
yoxsulu ehtiyacsız etdi, paltarı
olmayanı paltar sahibi etdi və qulu
da azad etdi. Sonra da sahibinə
qayıtdı”.
[cavab]
Bölmeye qayıt
0.1838 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az