..::Hanı?::..
aze
26 Okt 2013 / 03:31
Hanı mənim şən əhvalım?
Pərişan olubdur halım
Hanı mənim buludların üzərində
kef eyləyən xəyallarım?
Hanı mənim şirin dilim?
Çəkdirdiyin acılardan itkin düşmüş
ilim-ilim...
Həyatımı məhf eylədin,
Guruldadın, çaxdın, yıxdın
İldırım tək!
İllərimi hədər etdin,
Sevincimi kədər etdin,
Gəncliyimi məndən aldın
Varlığımı bir heç kimi yerə saldın!
Arzularım darmadağın...
İldırım düşmüş qayada,
Kömürləşmiş sıldırım tək...
***
Hanı mənim gülən üzüm?
Rəvadırmı damla-damla yaş
axıtsın gülən gözüm?
Susdum artıq, mənası yox
danışmağın
Bir qiyməti yox kəlməmin, boşdur
sözüm!
Dilimi həbs edəm gərək,
Necə ki, həbs eyləmişəm içimdəki
xoşbəxtliyi...
Kilid vurub qapısına,
Açarını tərk etmişəm göy sularda...
Artıq gecdir tapa bilməm,
SEVƏ BİLMƏM!
Əsər qalmayıbdır qəlbdən,
SƏNİ SEVƏN!
Tuta bilməm əllərindən...
O əllər ki, bir zamanlar
Tərk eylədi əllərimi
Səni mənsiz yola saldım,
Tənha qaldım...
Sıldırımın baş ucunda
Hər an uçmaq təhlükəsi gözləyən
bir aşırım tək...
Unutmadım xatirəni,
Yaddaşımda iz buraxdın,
damğalanmış bir şırım tək!...
[cavab]
PRINCE
26 Okt 2013 / 03:34
aze, oo super ardi gelsin
[cavab]
Ayla
26 Okt 2013 / 03:49
hayda o nikden duwdu yazim
[cavab]
aze
26 Okt 2013 / 06:04
PRINCE, Allah razı olsun
[cavab]
aze
26 Okt 2013 / 06:04
Ayla, anlamadım
[cavab]
Bölmeye qayıt
0.171 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az