..::Həzrəti Xədicə(ə)::..

pol aze 26 Okt 2013 / 00:05
Bismillahir-Rəh manir-Rəhim
Həzrəti Xədicə (ə)-ın həyatı
Böyük İslam Peyğəmbəri (s)-in
həyat yoldaşı həzrəti Xədicə (ə)
hicrətdən 68-il əvvəl Məkkə
şəhərində dünyaya göz açmışdır.
Atasının adı Xuvəylid ibn Əsəd,
anasının adı isə Fatimə binti Zaidət
ibn Asim idi. O islamı qəbul edən ilk
qadın idi. Həzrəti Əli (ə) “Qasiə”
xütbəsində onun fədakarlığını
xatırladaraq buyurur:
“İslamın əvvəlindəki çətin
anlarda, İslam dini Rəsulullah (s)-in,
Xədicənin evindən başqa heç bir
evə daxil olmamışdı. Mən də
onların üçüncüsü idim.”
“Nəhcül-bəlağə” , 192-ci xütbə.
O, Həzrəti Peyğəmbər (s) ilə
evlənməzdən qabaq iki dəfə, Əbu
Halət ibn Zurarə Təmimi və Ətiq ibn
Aiz Məxzumi adlı şəxislər ilə ailə
həyatı qurmuş və ərlərinin hər
ikisi dünyadan getmişdilər. Müasir
tədqiqatçıların nəzərincə isə
Həzrəti Xədicə (ə) Rəsuli Əkrəm (s)
ilə evlənməzdən öncə heç vaxt evli
olmayıb.
Xanim Xədicə (ə)-ın əmisi Vərəqə,
ərəblər arasından savadlı bir şəxs
kimi tanınmışdır. O Tövrat və İncili
çoxlu mütailə etdiyi üçün gözəl
bilirdi. O, tez-tez deyərdi “Qureyş
tayfasından bir nəfər insanları
hidayət etmək üçün Allah
tərəfindən peyğəmbərliyə
seçiləçək və sərvətli bir qadınla ailə
həyatı quraçaq.” Həzrəti Xədicə (ə)
bir gün yuxuda gördü ki, günəş
Məkkənin üzərində dövrə vurub
yavaş-yavaş aşağı enərək onun
evinə daxil oldu. Xanim Xədicə (ə)
öz yuxusunu əmisi Vərəqəyə
danışdı. Vərəqə dedi:
-Şöhrəti aləmi bürüyəcək bir kişi ilə
ailə həyatı quracaqsan.
“Biharul-ənvar” , 6-cı cild, səh: 104
Həzrəti Xədicə (ə) 40 yaşında ikən
Rəsuli Əkrəm (s) ilə (o zaman
Peyğəmbər ömrünün 25-ci
baharını yaşayırdı) ailə həyatı
qurdu. Bu ailədən onun Qasim,
Abdullah, Rüqəyyə, Zeynəb, Ummu
Külsum və Fatimeyi Zəhra (s) adlı
altı övladı oldu. İki oğlu Qasim və
Abdullah uşaq yaşlarında ikən
dünyalarını dəyişdilər.
O həzrət çox iffətli və ismətli
olduğu üçün cahiliyyət zamanında
ona “Tahirə” (ismətli xanim) ləqəbi
vermişdilər.
Həzrəti Xədicə (ə) sərvəti ilə Məkkə
əhli arasında adla idi. Məkkə xalqı
onun sərvətiylə müzaribə yolu ilə
alver edərdi. O xanım İslam
Peyğəmbəri (s) ilə evləndikdən
sonra bütün var-dövlətinin o
həzrətin ixtiyarına verdi. Rəsuli
Əkrəm (s) də onların hamısını
İslamın inkişaf və yoxsul camaatın
yolunda xərclədi. Bununla da islam
dininin iqtisadiyyatı möhkəmləndi.
Həzrəti Xədicə (ə) “Şəbi Əbi Talib”
mühasirəsi zamanı həyatının ən
çətin dövrünü yaşadı. Şəbin
mühasirəsindən çıxdıqdan bir il
sonra (besətin doqquzuncü, ya
onuncu ili) Peyğəmbər (s)-in vəfalı
sirdaşı Əbu Talibin vəfatından bir
neçə gün keçməmişdi ki, dünyasını
dəyişdi. İslam Peyğəmbəri (s)
həmin ili “Hüzn və qəm-qüssə” ili
adlandırdı.
Peyğəmbəri Əkrəm (s) Xədicə (ə)-
ın ona göstərdiyi mehribanlıqları
və fədakarlıqları heç vaxt
unutmurdu. Həmişə onu xatırlayar
və salam deyərdi. Həzrət onun
haqqda buyurardı:
“Hamı məni təkzib edəndə Xədicə
məni təsdiq edərdi. Hamı məndən
uzaqlaşanda, o mənə iman gətirdi.
Məni tək-tənha qoymadı və
müdafiə etdi. Allah ona rəhmət
etsin...”
“Üsdul-qabə”, 8-ci cild, səh: 438.
Hacı Zakir Babayev
İlahiyyatçı

[cavab]

pol zamka 26 Okt 2013 / 00:15
aze, cox sag ol maraqli melumatlardi, Allah butun imanli kisilere bu cur heyat yoldasi qismet etsin, hemcinin de xanimlara

[cavab]

pol L_SimuS 26 Okt 2013 / 00:19
Allahın üstün tutduğu 4 qadından biri.

[cavab]

pol aze 26 Okt 2013 / 00:37
zamka, Allah razı olsun..Allah üreyinize göre versin...amin

[cavab]

pol aze 26 Okt 2013 / 00:37
L_SimuS, Allah razı olsun

[cavab]

pol ErRoR_MEDVED 26 Okt 2013 / 01:00
Allah razi olsun

[cavab]

pol aze 26 Okt 2013 / 02:09
ErRoR_MEDVED, Allah sene yar olsun

[cavab]

pol Golf 26 Okt 2013 / 02:10
Tsk yazdigincun)

[cavab]

pol Golf 26 Okt 2013 / 02:22
hmm duwmencilik?ext movzularindan o zaman.

[cavab]

pol aze 26 Okt 2013 / 02:44
Golf, Allah razı olsun..ne düşmençilik??anlamadım

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2223 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az