..::Sağ əl::..

pol aze 25 Okt 2013 / 22:04
Peyğəmbərimiz (s) yeməyi sağ əllə
yeməyimizi istəmişdir
Peyğəmbəri-Əkrəm (s) başqa
işlərdə olduğu kimi, yemək
yeyəndə və su içəndə də Allahın
adını çəkərdi. Həzrət (s) buyurur:
“Yeməkdə əgər dörd xasiyyət
olarsa, kamil olar: halal olar, ondan
yeyən əllərin sayı çox olar,
Bismillah kəlməsi ilə başlayar,
həmdlə sonlanar”.
Həzrətin (s) qarşısına yemək
qoyulan zaman buyurardı:
“Bismillah. Allah bunu şükür ediləsi
nemətlərdən qərar ver ki, onun
vasitəsilə behiştə çataq”.
Ya da buyurardı: “Bismillah. Allah
bizə verdiyin ruziyə bərəkət ver
və onu davamlı et”.
Bu hədisdə maraqlı nöqtə odur ki,
Peyğəmbəri-Əkrəm (s) yeməyə
başlamamışdan qabaq əllərini
qaldırar və dua edərdi. Həzrət (s)
hətta su içən zaman belə Allahın
adını çəkər və sonda da həmd
edərdi. Suyu üç nəfəsə içərdi. Ona
görə də üç Bismillah və üç dəfə də
həmd deyərdi. Su içməyə başlayan
zaman belə buyurardı: “Həmd
olsun o Allaha ki, suyu yerə nazil
edər. Allahın adı ilə ki, ən gözəl
addır”.
İmam Əlidən (ə) gələn hədisdə
oxuyuruq: “Dəfələrlə görmüşəm
ki, Peyğəmbər (s) su içən zaman üç
dəfə nəfəs alardı. Başlayanda
Bismilah və qurtaranda həmd
deyərdi”.
Həzrət (s) süd içən zaman
buyurardı: “Allahım, bizim üçün
onda bərəkət əta et. Bundan da
çox ruzi ver”.
Su içən zaman buyurardı: “Həmd
olsun o Allaha ki, rəhməti ilə bizi
zülal su ilə sirab edir.
Günahlarımızın vasitəsilə şor və acı
suyu bizə içizdirməsin”.
Həzrət Peyğəmbərin (s) bizlərə
verdiyi tövsiyələrdən biri də o idi
ki, qabın içindən su içməyək.
Həzrət bir dəfə bir kişinin ağzını
qabın içinə salıb heyvanlar kimi su
içdiyini görür və ona buyurur:
“Əgər qabın yoxdursa, əlinlə su iç
ki, sənin ən pakizə qabın sayılır”.
Bizim dinimizdə sağ əl - bərəkət
simvolu sayılır. Həmçinin Quranda
oxuyuruq ki, möminlərin əməl
dəftəri sağ əlinə veriləcəkdir.
“(Birinci dəstə) sağ tərəf əhli!
Nədir sağ tərəf əhli? (Səadət və
xoşbəxtlik təcəssümü)”. (“Vaqiə”
.
“Amma əgər sağ tərəf əhlindən
olsa” (“Vaqiə” 90).
“Kimin əməl dəftəri sağ əlinə
verilərsə”. (“İnşiqaq” .
Peyğəmbəri-Əkrəm (s) yeməyi də,
suyu da sağ əli ilə yeyər və içərdi.
Təbrisi bu haqda yazır: “Həzrət sağ
əli ilə yeyər və içərdi. Sağ əli ilə alar
və verərdi. Həzrətin sol əli başqa
işlər üçün idi. Həzrət hər bir işi sağ
əli ilə görməyi sevərdi. Paltar və
ayaqqabı geyinən zaman, hərəkət
edən zaman...”.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2759 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az