DUNYANIN 7 MOCUZESI
VuSaL_AnD_Me
24 Okt 2013 / 17:48
SALAM HERKESE SIZCE DUNYANIN 7 MOCUZESI NELERDIR?
[cavab]
nino
24 Okt 2013 / 17:54
Biri misir pramidaları
[cavab]
*Romantic*
24 Okt 2013 / 17:54
Xeops
Ehramı Giza, Misir
Babilin Asma
Bağları Al Hillah,İraq
Olimpdə
Zevsin
Heykəli Olympia,Yunanıs
Artemida
Məbədi Efes, Türkiyə
Rodos
Heykəli Rodos,Yunanısta
İsgəndəriyyə
Mayakı İsgəndəriyyə, Mi
Halikarnas
Mavzoleyi Bodrum, Türkiyə
[cavab]
4e4en))
24 Okt 2013 / 17:54
Semeni
[cavab]
*Romantic*
24 Okt 2013 / 17:56
Dünyanın 7 möcüzesinden biri
daşdan düzeldilmiş bu neheng
tikililer - Misir fironlarının
sərdabelerı təqriben 5 min il
evvel Qedim Misirde
yaradılmışdır. Bu zaman
fironların hakimiyyeti hedsiz
hüdudsuz idi, onları allahlara
beraber tuturdular. Möhteşem
serdabelar fironların
ölümünden sonra da onların
hakimiyyetinin ezemetini
xatırlatmalı idi. Ehramlardan ən
böyüyü firon Xeopsun hökmü ile
ucaldılmışdır. Onun hündürlüyü
146.6 metr olub, təqribən
eramızdan evvel 28-ci əsrdə
tikilmişdir. Misirin qızmar
güneşi altında minlerle qul daş
alətlərlə (dəmir və tunc o
dövrdə məlum deyildi) nəhəng
qayaları sındırırdı. Sonra onlar
bu qaya parçalarını kəndirlərlə
dartıb tikinti yerinə aparırdılar.
Ehramlar ucaldıqca onları daha
yuxarı qaldırmaq lazım gəlirdi.
Adları tarixdə qalmış ehram
inşaatçıları aclıqdan və
dözülməz zəhmətdən məhv
olurdular. Firon Xefrenin ehramı
ondan 2 metr alçaqdır.
Bu fironu dağ boyda serdabe
qane etmemiş ve o, serdabenın
yanına bütöv qayadan
yonulmuş daş "keşikçi"
qoymağı emr etmişdir. "Keşikçi"
insanbaşlı ve aslanbdenlidir. O,
Sfinks adlanır.
[cavab]
*Romantic*
24 Okt 2013 / 17:57
Semiramidanın Asma Bağları
Dünyanın ikinci "möcüzəsi" -
Semiramidanın asma bağları -
Qədim Şərqin böyük və zəngin
şəheri olan Babildə yerləşmişdi.
Əfsanəyə görə bu bağlar
Assuriya malikəsi
Semiramidanin əmri ilə
yaradılmışdı. Əslində isə bu
bağlar eramızdan əvvəl 7-ci
əsrdə padşah
Navuxodonosorun əmri ilə
salınmışdı. Bu padşah öz
sarayını yerdən altımərtəbəli ev
hündürlüyündə qaldırılmış süni
meydançada tikilmişdi. Bu
meydançada 6 cərgə pilləvari
terras (səki) qalxirdi. Kərpicd?n
tikilən sıra tağlar üzərində
qurulmuş bu terraslardan her
birinin ustune torpaq tikilmisj
ve burada bag salinmishdi.
Pillevari baglari emele getiren
bu terraslar yuxaridaki sarayla
birlikde neheng bir daga
benzeyirdi.Yuzlerle qul gece-
gunduz deri tuluqlar asilmish
neheng charxlari firladaraq,
Ferat chayindan asma baglara
su qaldirirdi.
[cavab]
*Romantic*
24 Okt 2013 / 17:57
Artemidanın Efes şəhərindəki
məbədi
Qədim yunan ilahəsi
Artemidanın Kiçik Asiyanın Efes
şəhərindəki məbədi dünyanın
üçüncü "möcüzəsi" sayılırdı. Bu
məbəd təxminən 120 ilə
tikilmiş və eramızdan əvvəl
təqribən 550-ci ildə hazır
olmuşdu. Məbəd özünün gözəl
naxışları və çoxlu qiymətli
əşyaları ilə məşhur idi.
Eramızdan əvvəl 356-cı ildə
Herostrat adlı bir nəfər
şöhrətlənmək istəyərək,
məbədi yandırmışdı. Bundan
sonra Herostratın adı mənasız
barbarlıq rəmzi olmuşdur.
[cavab]
*Romantic*
24 Okt 2013 / 17:57
Olimpiyadakı məbəddə Zevsin
heykəli
Yunanıstanın cənubunda,
Olimpiya oyunlarının vətəni
olan Olimpiyadakı məbəddə
qədim yunanların baş allahı
Zevsin heykəli vardı. Böyük
heykəltəraş Fidi tərəfindən
təxminən 2500 il bundan
qabaq, eramızdan əvvəl 5-ci
əsrdə yaradılmış bu heykəl
dördüncü "möcüzə" idi.
Qızıldan, fil sümüyündən və
qarağacdan düzəldilib qiymətli
daş-qaşlarla bəzədilmiş 14
metrlik nəhəng heykəl Zevsi
taxtda oturmuş vəziyyətdə
təsvir edirdi. Onun başında
qızıldan düzəldilən zeytun
budaqlarından hörülmüş çələng
(bu, zəhmli allahın sülhsevər
olmasına işarə idi) vardı. Zevsin
başı, çiyinləri, qolları, sinəsi fil
sümüyündən yonulmuşdu. Sol
çiyninə saldığı bürüncəyi (plaşı),
saçları və saqqalı isə qızıldan
idi. Fidi Zevsə nəcib insan
görkəmi vermişdi. Zevsin
saqqalı və qıvrım saçlarla
haşiyələnmiş sifəti təkcə ciddilik
yox, həm də xeyirxahlıq təsiri
bağışlayırdı.
[cavab]
*Romantic*
24 Okt 2013 / 17:58
Halikarnasda Mavsolun
məqbərəsi
Halikarnasda Mavsolun
məqbərəsiBeşinci "möcüzə"
Kiçik Asiyada Kariya
padşahlığının paytaxtı
Halikarnasda (Türkiyənin indiki
Bodrum şəhəri) olmuşdur. Bu,
Kariya padşahı Mavsol üçün
onun dul arvadı Artemisiyanın
eramızdan əvvəl 4-cü əsrin
ortalarında tikdirdiyi əzəmətli
məqbərə idi. Üçyaruslu
məqbərənin birinci yarusu ağ
mərmərdən relyef zolağı əhatə
edirdi, ikinci yarus yaraşıqlı
mərmər sütunlardan, üçüncü
yarus isə ehram şəkilli mərmər
damdan ibarət idi. Ikinci Mavsol
və Artemisiyanın mərmər
heykəlləri olan dördatlı araba
Halikarnas məqbərəsini
tamamlayırdı (Mavsolun və
Artemisiyanın heykəlləri,
həmçinin məqbərənin digər
bəzək şeyləri Londondakı
Britaniya muzeyində saxlanılır).
Mavsolun adından "mavzoley"
sözü yaranmışdı.
[cavab]
*Romantic*
24 Okt 2013 / 17:58
Rodos Nəhəngi
Eramızdan əvvəl 3-cü əsrdə
sərkərdə Demetri Rodos
adasına hücum edir. Lakin
Demetri azadlıqsevər
rodosluları məğlub edə bilmədi.
Adanın uğurlu müdafiəsi
şərəfinə rodoslular adada
dünyanın ən böyük heykəlinin
qoymağa qərara
aldılar.Heykəltəraş Xarosun
yaratdığı və "Rodos nəhəngi"
adlanan bu heykəl altıncı
"möcüzə" idi. Dənizdə şəhər
darvazaları arasındakı bazar
meydanında qoyulmuş 36
metrlik tünc heykəldə gənc
oğlan təsvir olunmuşdu. Onun
möhkəm ayaqları azacıq
aralanmış, sağ əli gözlərinin
üstünə qaldırılmışdı. Başında
günəş şüalarının rəmzi olan tac
vardır. Bu, günəş allahı Heliosun
təsviri idi. Ada sakinləri onu öz
himayəçisi sayırdılar.
[cavab]
Bölmeye qayıt
0.254 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az