<<<<<ibretamiz hekaye >>>>>>

pol tutu 24 Okt 2013 / 03:12
Balaca Leyla 7 yaşında idi. Onun kiçik qardaşı, 5 yaşlı Fuad çox ağır xəstə idi. Valideynləri Fuadı sağaltmaq üçün əllərindən gələni etmişdilər. Yalnız çox bahalı bir əməliyyatdan sonra onun sağalmaq şansı var idi. Amma bu qədər pulları yox idi. Leyla atasının ümidsiz halda anasına dediyi sözləri eşidir: “Fuadı ancaq bir möcüzə sagalda bilər”.

Bunu eşidən kimi Leyla öz otağına getdi. Pul yığdığı qutusunu gizlətdiyi yerdən çıxardıb, qəpiklərinin hamısını cibinə qoydu və yaxınlıqdakı aptekə getdi. Aptekde satıcının diqqətini cəlb etmək uçun səbrlə gözlədi...Satıcı çox məşğul idi və bir kişiyə dərmanlardan necə istifadə etməli olduğunu izah edirdi.

Çox məşğul olduğu üçün 7 yaşındakı bir uşaqla maraqlanmağa istəyi olmasa da, Leylanın gözlədiyini görüb “Sənə nə lazimdı?” dedi. Və "Bir az cəld ol, görürsən başqa müştəri ilə məşğulam” deyib yanındakı bahalı geyimli bir kişini göstərdi.

Leyla: “Qardaşım… “ dedi. Udqunub davam etdi: “Qardaşım agır xəstədi, bir möcüzə almaq istəyirəm”.... Satıcı Leylaya baxıb: “Başa düşmədim” dedi.

Leyla: “mmm...atam dedi ki, onu bir möcüzə sagalda bilər...Bir möcüzə neçəyədir?” Satıcı Leylaya sevgi ve urək yanğısı ilə baxıb: “Heyf balaca… biz burda möcüzə satmırıq. Sənə kömək edə bilməyəcəm”... Leyla satıcının gözlərinin içinə baxıb dedi: “Neçəyə olsa alacam. Təkcə qiymətini deməyiniz bəsdi. Bunun üçün mənim pulum var”…

Bu vaxt, Leyla ve satıcının yanında gözləyən bahalı geyimli kişi Leyladan soruşdu: “Nə cür möcüzə lazımdı qardaşına?”.... Leyla: “bilmirəm” dedi və gözündən süzülən yaşlara fikir vermədən: “Təkce onu bilirem ki qardaşım çox xəstədi və anam, əməliyyat olmasa sagalmayacaq dedi. Ailəmin isə əməliyyat üçün pulu yoxdu... Ancaq atam dedi ki, onu təkcə bir möcüzə xilas edə bilər...”

Həmin bahalı geyimli kishi Leyladan, nə qədər pulu olduğunu soruşdu... Leyla topladığı qəpiklərini çıxardı. Kişi pulları sayaraq dedi: “Sənin 2 manat qırx qəpik pulun var… Bu pul balaca qardaşını sağaltmaq üçün lazım olan möcüzəni almağa bəsdir…"

Kishi Leylanın pulunu əlinə yığdı və digər əli ilə onun əlindən tutaraq: “Xahiş etsəm, məni yaşadıgın evə apara bilərsen?... Ailəni və balaca qardaşını tanımaq istəyirəm” dedi…

Həmin bahalı geyimli kişi imkanlı bir iş adamı idi. O, bu balaca uşağın qardaşına olan sevgisindən çox təsirlənmişdi. O, Fuadın əməliyyat xərclərini tam olaraq öz üzərinə götürdü. Əməliyyat uğurlu keçdi və Fuad xəstəlikdən qurtuldu…

Butun ailə xəstəxanadan sevinclə evlərinə qayıdan vaxt, hələ də yaşadıqları son hadisələrin təsirindən çıxmamışdılar.... Ana: “Hələ də inana bilmirəm. Bu əməliyyat bir möcüzə oldu… Allah o kişinin köməyi olsun! Görəsən nə qədər xərci çıxdı?...”

Leyla öz-özünə gülümsədi. Çünki o, bir möcüzənin neçəyə olduğunu bilirdi: 2 manat qırx qəpik…

[cavab]

pol bad-boy1 24 Okt 2013 / 03:17
cox tesirlendim. Twk

[cavab]

pol GARDINER 24 Okt 2013 / 03:18
Cox tesirlendim twk

[cavab]

pol Turkye 24 Okt 2013 / 03:22
cox tesirlendim tak

[cavab]

pol L_SimuS 24 Okt 2013 / 05:10
5ci sinifin dərsliyindədi.və o şəxs imkanlı iş adamı yox məhşur həkim neyrocərrah fyodrov olur.bu hadisə həqiqətən də olub

[cavab]

pol (=AyaN=) 24 Okt 2013 / 16:35
Ay da pis oldum(((twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1636 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az