..::Insanlar::..
aze
24 Okt 2013 / 02:02
Qurani-kərimdə insanların üç
qismə - mömin, münafiq və kafir
təbəqələrinə bölündüyünü bilirik.
O da məlumdur ki, Allaha həqiqi
iman gətirənlər mömin, Allahın
varlığını inkar edənlər isə, kafir
adlanır. Bəs münafiq kimdir?
«Münafiq» sözü riyakar, ikiüzlü
mənalarını verir. Quran ayələrində
bu təbəqə haqqında belə
buyurulur: «Allah münafiqlərin
xalis yalançı olduqlarına şəhadət
verir», «Onlar dildə iman gətirdilər,
qəlblərində isə kafir oldular».
Bütün dövr və cəmiyyətlərdə
münafiqlər olmuşdur. Onlar
həmişə insanlar arasında nifaq
salmış, öz gizli düşmənçilikləri ilə
İslam dininə kafirlərin vura
bilməyəcəkləri zərbələri vurmuşlar.
Bəs onları necə tanımalı? Ayə və
hədislərə əsaslanaraq, münafiqlərə
məxsus beş sifəti qeyd etmək
olar:
1. Böyük iddialarda olar, çox
danışıb, az əməl edərlər
2. Bir mühitə düşdükdə o mühitin
rəngini alar, həmin cəmiyyətin
xoşladığı sözləri danışar,
möminlərə «biz iman gətirdik»,
müxaliflərə «biz sizinləyik»
deyərlər
3. Özlərini xalqdan ayırar, gizli
məclis və cəmiyyətlər təşkil edərlər
4. Hiyləgərlik edər, yalan danışar,
yağlı dilini işə salar, xəyanət
edərlər;
5. Özünü elmli, xalqı cahil, özünü
ağıllı, xalqı isə, axmaq hesab edər.
Cəhənnəmin qatlarına nəzər alsaq
gorərik ki 7-ci qatında
munafiqlərin yeridir.
Cəhənnəmin qapıları və ya
qatları:7 qatdan ibarətdir-
1.CƏHƏNNƏM- Peyğəmbər (s.ə.v.s)
umməti olacaq orda, ancaq
ALLAHın izni,Peyğəmbər (s.ə.v.s)
şəfaəti ilə onlar bağışlanacaq. 2.
LƏ`Zİ - yəhudilər olacaq (Huməzə
surəsi) 3. HUTƏMƏ - məsihi-
nəsranil ər-xristianlar 4. SƏİR -
ulduza sitayiş edənlər 5. SƏQR -
atəşpərəstlər -oda sitayiş edənlər
6. CƏHİM- muşriklər 7. HAVİYƏ -
munafiqlər (fitnə-fəsad,ik
iuzluluk, ara vurmaq) ALLAHIM
CƏHƏNNƏM ƏZABINDAN SƏNƏ
SIĞINIRIQ!!!!
[cavab]
tutu
24 Okt 2013 / 04:04
aze, Allah razi olsun twk
[cavab]
aze
24 Okt 2013 / 17:07
tutu, Allah kömeyin olsun
[cavab]
Bölmeye qayıt
0.2688 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az