..::əhli-beyt(ə)::..
aze
24 Okt 2013 / 01:07
Əhli-beytə (ə) məhəbbət bəsləmək
- İslamın zəruriyyətindən dir
Həzrət Peyğəmbərə (s) və Əhli-
beytə (ə) məhəbbət göstərmək -
hər bir müsəlman üçün vacib və
lazımlıdır. Necə ki, Quran buyurur:
“De: “Mən risalətimin çatdırılması
üçün heç bir mükafat istəmirəm,
yaxınlarımı sevməkdən başqa””.
Bu ayədən göründüyü kimi, hər
bir müsəlman Peyğəmbəri (s) və
onun yaxınlarını sevməlidir.
Əhli-beytə (ə) məhəbbət bəsləmək
- İslamın zəruriyyətindən dir. Bu
məsələ təkcə Əhli-beyt (ə)
davamçılarına aid deyildir.
O kəsin ki, qəlbində Əhli-beytin (ə)
məhəbbəti olmaz, xüsusilə də
İmam Əlinin (ə), sanki
Peyğəmbərin (s) nübuvvətini
inkar etmişdir. Bu düşmənçilik və
ədavət nifaqın nişanələrindənd ir.
Quran-Kərim buyurur: “Ey o kəslər
ki, iman gətirmisiniz! Təqvalı olun,
Allaha yaxınlaşmaq üçün vasitə
seçin”. Bu ayədən görünür ki,
insan hər bir sahədə imanlı və
təqvalı olmalıdır. Əgər insan Əhli-
beyti (ə) sevərsə və Allahın
əmrlərini yerinə yetirərsə,
Mehriban Allahın qurbuna
yaxınlaşar.
Həzrət İmam Baqir (ə) buyurur:
“Vilayət - namaz, oruc və həccin
açarıdır. Rəhbərlikdən üstün və
başqa məsələləri hidayət edəndir”.
Ona görə də Həzrət Əlini (ə) və
Əhli-beyti (ə) sevmək, bütün yaxşı
əməlləri sevmək deməkdir. O kəs
ki, onlarla düşmən olar, küfr edər
və nifaq əhli olar. Necə ki,
Peyğəmbər (s) buyurmuşdur: “Ey
Əli! Səni sevənlər mömin, düşmən
olanlar isə kafirdir”. (İslami
saytlara istinadən)
[cavab]
O(e)GELECEK
24 Okt 2013 / 01:14
ehsen exim
[cavab]
aze
24 Okt 2013 / 01:19
O(e)GELECEK, Allah kömeyimiz olsun exim
[cavab]
O(e)GELECEK
24 Okt 2013 / 01:31
amin exi amin
[cavab]
aze
24 Okt 2013 / 01:34
O(e)GELECEK, amin
[cavab]
Bölmeye qayıt
0.271 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az