..::Xəstəyə Qulluq::..
aze
23 Okt 2013 / 19:45
Xəstənin istəklərini yerinə
yetirmək üçün çalışan,
günahlardan azad olar
Hər kim xəstəyə baş çəkərsə, İlahi
rəhmət onu əhatə edər. Hədisləri
araşdıran zaman görmək olur ki,
xəstələrə baş çəkmək dostluq
əlaqələrini möhkəmləndirmək lə,
kin və küdurətin aradan getməsi
ilə yanaşı, axirətdə çox sayda
mükafata layiq görülür. (Tebyan)
1. İlahi rəhmət.
Peyğəmbəri-Əkrə m (s) buyurur:
“Hər kim xəstəyə baş çəkərsə, İlahi
rəhmətinə daxil olar”. Həzrət (s) bu
zaman ətrafına işarə etmişdi. (Ona
işarə etmişdir ki, necə ki, məni fəza
əhatə edir, onu da İlahi rəhmət
əhatə edəcəkdir). O zaman ki,
xəstəyə baş çəkməyə gələn,
xəstənin yanında əyləşər, onu İlahi
rəhmət əhatə edər.
2. Qəbirdə mələklərin onun
yanında olması.
İmam Baqir (ə) buyurur: “Həzrət
Musanın (ə) Allahla etdiyi
münacatlardan biri də budur:
“Pərvərdigara! Xəstəyə baş çəkənə
düşən mükafatı mənə təlim ver!”.
Allah Təala buyurur: “Qəbirdə ona
mələklər göndərərəm ki, məhşər
gününə qədər ona baş çəkərlər”.
3. Mələklərin bağışlanma istəməsi.
Allahın Rəsulu (s) buyurur: “Hər
kim xəstəyə baş çəkərsə, səmadan
bir nida edən onu adı ilə çağırar:
“Ey filankəs! Xoş ol! Behiştin
mükafatına tərəf addım atmağın
mübarək olsun!”.
4. Sədəqənin bir növü.
İslam dinində bir çox şeylər
sədəqə kimi tanıdılmışdır.
Onlardan biri də xəstəyə baş
çəkməkdir. Allahın Rəsulu (s)
buyurur: “Xəstəyə baş çəkmək -
bir növ sədəqədir”.
5. Xəstənin ona baş çəkənə etdiyi
duasının qəbul olması.
Allahın Rəsulu (ə) buyurmuşdur ki,
xəstədən istəyin ki, sizə dua etsin.
Belə ki, buyurur: “Hər kəs Allaha
xatir xəstəyə baş çəkərsə, xəstə
Allahdan ona baş çəkməyə gələn
üçün nə istəsə, Allah onu yerinə
yetirər”. Ona görə də Məsumlar (ə)
tövsiyə edirdilər ki, xəstədən
xahiş edin ki, sizin üçün dua etsin.
Xəstəyə qulluq etmək.
İnsan xəstə olan zaman çox sayda
əziyyətlərə və məşəqqətlərə
dözür. Xəstəyə qulluq etmək və
onun istəklərini yerinə yetirmək
çətin işdir. Ona görə də bizim
dinimizdə xəstəyə qulluq edən
insan tərifə layiq hesab edilmişdir.
Xəstəyə qulluq etmək ənənəsi
Həzrət Fatimənin (s.ə) zamanına
təsadüf edir. O, Ühüd döyüşündə
atasına qulluq etmişdi.
İslam dinində xəstəyə qulluq
etmək o qədər əhəmiyyətlidir ki,
Həzrət Peyğəmbər (s) buyurur:
“Hər kəs xəstənin istəklərini yerinə
yetirmək üçün çalışarsa, istər onu
yerinə yetirsin və istərsə də
yetirməsin - günahlarından azad
olar. Sanki anadan təzə
doğulmuşdur”.
O Həzrət (s) xəstəyə bir gecə-
gündüz qulluq etmək haqqında
buyurmuşdur: “Hər kəs xəstəyə
bir gecə-gündüz qulluq edərsə,
Allah onu İbrahim Xəlil (ə) ilə
ruhlandırar və işıq kimi Siratdan
keçər”.
Belə bir əhvalat vardır ki, iki nəfər
uzaq diyardan həcc əməlini yerinə
yetirmək üçün Məkkəyə yola
düşür. O zaman ki, Peyğəmbərin
(s) hərəmini ziyarət etmək üçün
Mədinəyə gəlirlər, onlardan biri
xəstələnir və yatağa düşür.
Yoldaşı ona qulluq edir. Bir gün
yoldaşı xəstəyə deyir: “Çox
istəyirəm ki, Həzrət Peyğəmbərin
(s) hərəmini ziyarət edəm. İcazə
ver gedim ziyarət edib, qayıdım”.
Xəstə deyir: “Sən mənim
munisimsən. Məni tək qoyma.
Halım pisdir və məndən ayrılma”.
Yoldaşı deyir: “Qardaş! Biz uzaq
yoldan gəlmişik. Qəlbim ziyarət
üçün çırpınır. İcazə ver tez gedib,
gəlim”. Ancaq xəstə onu buraxmır.
Yoldaşı xəstəyə qulaq asmır və
ziyarət etməyə gedir. Qayıdan
zaman İmam Sadiqin (ə)
xodmətinə gedir. Başına gələnləri
Həzrətə (ə) danışır və Həzrət (ə)
buyurur: “Əgər yol yoldaşının
yanında qalsan və ona qulluq
etsən və onun munisi olsan, Böyük
Allah dərgahında Rəsullahın (s)
hərəmini ziyarət etməkdən daha
yaxşıdır”.
Sonda iki məsələni qeyd etmək
yerinə düşərdi:
1. Ata və anaya qulluq etmək və
xəstə qohumlara baş çəkmək - bu
deyilən savablarla yanaşı, sileyi-
rəhmin savabına da malikdir.
Həmçinin ahıl insanlara qulluq
etməyin də savabı böyükdür.
Həzrət Peyğəmbər (s) buyurur: “O
kəs ki, qoca müsəlmana hörmət
edər, Allah ona Qiyamət günü
aman verər”.
2. Xəstəlik, ağrı, əziyyət elə
şeylərdir ki, insan əsəbinə təsir
edər. Bu da səbəb olar ki, xəstə
əsəbləşib, hay-küy salsın. İslam
dini bu çətinliklərdən çıxmaq üçün
yol göstərmişdir. Xəstəyə baş
çəkmək gərək az müddətli olsun
və bu ziyarətlər arasında fasilə
olsun. İslam xəstənin
ətarfındakılara xəbərdarlıq edir
ki, xəstənin pis əxlaqına diqqət
etməsinlər. Onu adi və təbii bir hal
kimi qəbul etməlidirlər.
Allahın Rəsulu (s) buyurur: “Üç
nəfər pis əxlaqına görə məzəmmət
olunmaz: xəstə, iftar zamanına
qədər oruc tutan, adil imam”.
[cavab]
Bölmeye qayıt
0.1704 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az