..::Bu Gün::..
aze
23 Okt 2013 / 15:34
Qədir-Xum bayramı münasibətilə
tövsiyə edilən əməlləri sizlərə
təqdim edirik:
Bayram gününün də məxsusi
əməlləri var:
1) Oruc tutmaq (bu günün orucu
60 ilin günahının kəffarəsinə
bərabərdir; bəzi hədislərə görə, bu
gün oruc tutan şəxsin savabı
ömrü boyu tutduğu orucun
savabına, və həmçinin 100 həcc və
100 ümrə ziyarətinə bərabərdir);
2) Bayram gününün qüslünü
almaq;
3) «Nüdbə» duasını oxumaq;
4) Məsumları (ə) ziyarət etmək və
ya Məsumların (ə)
ziyarətnaməsini oxumaq;
5) Həzrət Əlini (ə) ziyarət etmək
üçün məşhur olan “Əmin Allah”
ziyarətnaməsini oxumaq;
6) Zöhrdən yarım saat qabaq 2
rükətli namaz qılmaq. Birincü
rükətdə «Həmd»dən sonra “Qədr
surəsini, ikinci rükətdə “Həmd”dən
sonra «İxlas» surəsini oxumaq.
Yaxşıdır ki, bu namaz günorta
azanına yaxın vaxtda qılınsın.
Namazı qurtardıqdan sonra
səcdəyə gedib, 100 dəfə Allaha
şükür edib, səcdədən durub
“Məfatihul-cina n”da göstərilən
məxsusi duanı oxumaq. Sonra
səcdəyə gedib, 100 dəfə
“əlhəmdulilləh” , 100 dəfə də
“şukranlillah” desin.
7) Möminlərlə görüşəndə aşağıdakı
zikri demək: ﺍﻟﺤﻤﺪ ﻟﻠﻪ ﺍﻟﺬﻱ ﺟﻌﻠﻨﺎ
ﻣﻦ ﺍﻟﻤﺘﻤﺴﮑﯿﻦ ﺑﻮﻻﯾﺖ ﺍﻣﻴﺮﺍﻟﻤﻮﻣﻨﻴﻦ
ﻭ ﺍﻻﺋﻤﻪ ﻋﻠﻴﻬﻢ ﺍﻟﺴﻼﻡ 6 ) Sədəqə
vermək;
(Sileyi-rəhim) Qohum-əqrəbaya
baş çəkmək; Yeni libas geyinmək;
9) Möminlərlə bu günün yad
edilməsi ilə bağlı yığışmaq;
10) 2 rükətli namaz qılmaq. Hər
rükətdə «Həmd»dən sonra 10
dəfə «İxlas» surəsi, 10 dəfə
«Ayətəl-Kürsi», 10 dəfə «Qədr»
surəsi oxumaq, namazdan sonra
bu duanı demək: «Rabbənə innənə
səmi’nə munadiən əd-dua
bitəvlihi». Hədislərdə qeyd olunur
ki, bu namazın 100 min həcc və
100 min ümrə savabı var, eləcə də,
dünya və axirət hacətlərinin Allah
tərəfindən asanlıqla qəbul
edilməsinə səbəb olur və insana
salamatlıq nəsib olur;
11) Məsumlara (s) salavat
göndərmək.
[cavab]
rowa
23 Okt 2013 / 17:11
Bu Bayram her il bugün olur yoxsa değişir orucluq kimi?esitmemisdim bunu indi öğrendim twk melumata göre...
[cavab]
aze
23 Okt 2013 / 18:36
rowa, bizim teqvimle..Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1505 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az