..::Qədir-Xum Hadisəsi::..

pol aze 22 Okt 2013 / 18:43
OXUYUN !!! (BİLMƏYƏNLƏR ÜÇÜN )
QӘDIRI-XUM HADISӘSI Həzrət
Peyğəmbər (s)
hicrətin onuncu ilində həcc
mərasiminin
təntənəli bir şəkildə yerinə
yetirilməsi üçün
Allah evinə getmişdi. Çünki bu,
Həzrət
Peyğəmbərin (s) sonuncu həcci idi.
Mərasimlər
nizam-intizamla yerinə
yetirildikdən sonra,
Peyğəmbər (s) ilə əshabı Mədinəyə
qayıdırdılar. Yol boyu Həzrət
Peyğəmbər (s)
ümməti üçün vəfatından sonra
baş verəcək
hadislərədən ötrü çox nigaranlıq
keçirirdi.
Xalq arasında münafiqlər və onun
ölümünü
gözləyənlər xilafət və rəhbərliyi
əsl yolundan
azdırmaq üçün qabaqcadan planlar
hazırlamışdılar . O, dost paltarına
bürünüb
ona hörmət edən münafiqləri
görür, amma
müşriklərin «Məhəmməd öz
adamlarını
öldürür» demələrinin qabağını
almaq üçün
səsini çıxarmırdı. O, bir tərəfdən
gələcəkdəki
hadisələri görür, digər tərəfdən isə
Allahın Әli
(ə) haqqında əmr etdiyi borcunu
yerinə
yetirmək məcburiyyətində
qaldığını hiss
edirdi. Həmin borc Әli əleyhissalamı
xəlifə
təyin etmək idi. Onu özünə xəlifə
və canişin
seçməklə «peyğəmbər bizi
xəlifəliyə seçdi» -
deməklə xalqın arasında şək-şübhə
yaradanların planlarını puça
çıxarmaq
niyyətində idi. Vəhy mələyinin
Həzrət
Peyğəmbərin (s) ruh və qəlbinə
nazil etdiyi
vəhyin səsi qulaqlarında əks-səda
verir:
«Böyük bir borcun var. Әgər bu
borcu yerinə
yetirməsən, elə bir risalətini təlbiğ
etməyibsən.
Bil ki, Allah səni düşmənlərin hiylə
və
tələlərindən qoruyacaqdır.» Belə
bir risalət
günəşinin vəkaləti, vilayət günəşi
olmalı idi ki,
Peyğəmbərin (s) bütün kamal və
dəyərlərinə
sahib idi. Bu şəxsiyyət Әli ibni Әbu
Talibdən
başqa kim ola bilərdi? O Әli ki,
Peyğəmbər
dəfələrlə onu xalqın arasında
tərifləyib
buyurmuşdu: «Әli ümmətimin ən
bilicisidir.
Mən elmin şəhəriyəm, Әli də onun
qapısıdır.
Hər kəs mənim elmimi öyrənmək
istəyirsə,
Әliyə müraciət etsin». Elə buna
görə də həzrət
Әli əleyhissalam minbərdə həmişə
belə
deyərdi: «Ey camaat! Məni əldən
verməmişdən
əvvəl, istədiyinizi soruşun!»
Allahın əmrinə
görə həzrət Peyğəmbər (s) Allahın
buyurduğu
şəkildə islam dinini
təkmilləşdirmək üçün Әli
əleyhisslamı xəlifəliyə seçmək
qərarına gəldi.
Və qədir günü Allahın öz
Peyğəmbərini təbrik
edib müjdə verərək «Bu gün islam
dinini
mükəmməl edib sizlərə nemətimi
tamamladım» - dediyi gün olaraq
tarix
səhifələrinə yazıldı. Demək, bu
müqəddəs bir
qayıdış eləcə də bərəkətli bir həcc
idi. Yüz
iyirmi mindən çox insan
Peyğəmbərlə birlikdə
idilər. Onların hamısı Zil-həccə
ayının 18-də
Cöhfə deyilən yerdə Qədiri-xum
adlı
məntəqəyə çatdıqları vaxt Həzrət
Peyğəmbər
(s) karvanların dayanmasını əmr
etdi.
Peyğəmbərin (s) əmri ilə hamı o
isti havada
dayanıb öz-özlərinə fikirləşirdilər
ki, mütləq
əhəmiyyətli bir məsələ vardır ki,
Peyğəmbər
bizi bu istidə saxlayıbdır. Onların
düşündükləri
kimi həqiqətən də bu mövzu çox
əhəmiyyətli
idi. Peyğəmbər üçün dəvələrin
cihazından
ibarət bir minbər düzəltdilər. Bir
neçə nəfəri
də camaatın arasında
Peyğəmbərin sözlərini
təkrar etmələri üçün yerləşdirdilər.
Həzrət
Peyğəmbər (s) ətrafındakı əshabı
ilə gəlib
minbərə çıxdı və belə buyurdu:
«Ey camaat!
Mən peyğəmbərlik vəzifəmi yerinə
yetirib var
qüvvəmlə çalışdım. Bilin ki,
özümdən
sonrakılar üçün iki dəyərli şeyi
(əmanəti)
qoyub gedirəm. Bu ikisi bir-
birindən heç vaxt
ayrılmazlar: Allahın kitabı. Әhli-
beytim. Daha
sonra hamının görə bilməsi üçün
həzrət Әli
əleyhissalamın əlini uca bir bayraq
kimi
qaldırıb buyurdu: «Mən hər kəsin
mövlasıyamsa, bilsin ki, Әli də onun
mövlasıdır.
Allahım! Әli ilə dost olanla dost,
düşmən olanla
isə düşmən ol. Ona yardım edənə
yardım et.
Onunla müharibə edənlə düşmən
ol. Ey
burada olan müsəlmanlar, burada
olmayanlara sözlərimi yetirin.
Inşaallah ki,
eşidib qəbul edərlər».

[cavab]

pol Golf 23 Okt 2013 / 04:19
Twk aze oxumamwdm oxudum.

[cavab]

pol aze 23 Okt 2013 / 04:54
Golf, Allah razı olsun)

[cavab]

pol zamka 23 Okt 2013 / 04:56
tesekkurler cox maraqlidir bu cur yazilar

[cavab]

pol aze 23 Okt 2013 / 05:01
zamka, Allah razı olsun

[cavab]

pol O(e)GELECEK 23 Okt 2013 / 05:51
LEBBEYK YA ELI
YA ELI XOW SENIN WIELERIVUN HALINA

COX SAGOL EXIM ALLAH SENE O QEDER MUVEFFEQIYYET ETA ETSINKI HARDA OLSUN XEYIR SENLE OLSUN AMIN INWALLAH

[cavab]

pol aze 23 Okt 2013 / 05:56
O(e)GELECEK, exim bahemm:)Allah seni özü hifz etsin,Allah üreyine göre versin:)ALLAH ÖZÜ BIZI IMAM ZAMAN(E.F)YOLUNDA ŞEHID ETSIN...AMIN YA REBBEL ALEMIN

[cavab]

pol O(e)GELECEK 23 Okt 2013 / 11:00
aze, bahem yarebbel alemin

[cavab]

pol prostodost 23 Okt 2013 / 13:38
aze, cox gozel ela super mohtesem qirgin

[cavab]

pol Golf 23 Okt 2013 / 14:03
aze, Amin.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1883 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az