..::Nəfs::..

pol aze 22 Okt 2013 / 01:25
Tarix boyu müşahidə olunmuşdur
ki, bir çox fəlsəfə və məntiq
alimləri öz elm və fəlsəfələri ilə
Allahın varlığını sübut etmişlər.
Lakin onların daxilində nəfsani
qüvvələr və vəzifəpərəstlik hissi
tüğyan edən zaman onların elm və
fəlsəfə yolu ilə ələ gətirdikləri
iman onları hidayət edə
bilməmişdir.
Tarixlərdə yazmışlar ki, Rum
müharibəsində bir nəfər cavan
sərkərdə öz qoşunu ilə düşmənə
hücum çəkib onları məğlub
etdikdən sonra öz xeyməsinə
qayıdıb əyləşdi və Allaha belə bir
dua etməyə başladı. “İlahi, mən
Sənin köməyinlə düşməni məğlub
etməyi bacardım. Lakin öz
daxilimdə olan nəfsi əmmarəni
(nəfsani qüvvələri) məğlub edə
bilmədim. Ey mənim Rəbbim!
Nəfsani istəklərimi məğlub
etməkdə mənə kömək et!”
Əgər insanın öz nəfsani istəklərini
məğlub etmək üçün imanı (qəlbi
imanı) olarsa, belə bir iman onu
hər bir halda hidayət edər. İnsanın
daxilində onu şəhvətə, günaha
tərəf çəkən bir nəfs vardır ki,
onun adına nəfsi əmmarə deyilir.
Əgər insanın qəlbində Allaha imanı
olmasa bu nəfs onu çəkib günaha
tərəf aparacaq.
Vəlid ibn Müğəyrə Məkkədə
tanınmış fəsahətli və bəlağətli bir
şəxs idi. O, Qüreyş tayfasının
içində ərəb ədəbiyyatını çox gözəl
bilirdi. Və camaat onu
“Reyhanətül-ədə b” “Ədəbiyyatın
gülü” deyə çağırırdılar.
Məscidül-həramd a Səcdə surəsi
nazil olarkən Həzrət Peyğəmbər o
surəni camaata oxuyandan sonra,
Vəlid ibn Müqəyrə öz qövmünün
arasına gəlib dedi: And olsun
Allaha ki, Mühəmmədin buyurduğu
bu sözlər nə insanların, nə də
cinnlərin sözünə oxşamır. Onun
sözlərinin xüsusi şirinliyi və
gözəlliyi vardır. Onun sözlərinin
meyvəli budaqları və möhkəm
kökü vardır. Onun sözləri bütün
insanların sözlərindən üstün və
dəyərlidir.
Vəlid bu sözləri deyəndən sonra öz
evinə qayıtdı. Onun tayfası bir-
birinin üzünə baxıb dedilər:
Deyəsən Məhəmmədin sözləri
Vəlidin qəlbində təsir qoyub. Əgər
Vəlid ona tabe olarsa, biz məğlub
olacağıq. Əbu Cəhl Vəlidin qardaşı
oğlu idi. O Vəlidi yola gətirməyi
boynuna aldı və dedi: Mən buna
bir əlac edərəm. Əbu Cəhl Vəlidin
evinə gəlib özünü ona çox narahat
göstərdi. Vəlid ondan niyə narahat
olmasının səbəbini soruşdu. Əbu
Cəhl dedi: Mənim narahatlığım
budur ki, camaat sənin barəndə
bəzi sözlər deyirlər. Biz də
camaatın sənin barəndə dediyi
sözlərdən çox narahat oluruq.
Vəlid soruşdu: Camaat mənim
barəmdə hansı sözləri danışırlar.
Əbu Cəhl dedi: Camaat arasında söz
gəzir ki, Vəlid qoca bir adamdır və
Məhəmməd ona bir vəzifə, şan-
şöhrət versin deyə İslamı qəbul
etmək istəyir.
Əbu Cəhl bu sözləri deyəndən
sonra Vəlidin daxilində nəfsani
qüvvələr baş qaldırıb tüğyan etdi.
Onun nəfsani qüvvələri coşub
daşdıqdan sonra o öz yolundan və
fikrindən dönərək Əbu Cəhllə
birlikdə öz tayfasının arasına gəldi
və dedi: Siz Məhəmmədin dəli
olmasını güman edirsiniz?! Dedilər:
Xeyr. Vəlid dedi: Siz güman
edirsiniz ki, Mühəmməd kahindir?!
Dedilər: Xeyr. Vəlid dedi: Siz
Mühəmmədin şair olduğunu
güman edirsiniz?! Dedilər: Xeyr.
Vəlid dedi: Siz elə bilirsiniz ki,
Mühəmməd yalançıdır?! Dedilər:
Xeyr. Əgər belədirsə onda sən
onun barəsində nə fikirləşirsən?
Vəlid bir az fikirləşdikdən sonra,
üzünü turşudaraq qəzəblə dedi:
Məhəmməd yalnız cadugərdir.
Çünki o bütün ailələr arasında
ayrılıq salıb.
Bu hadisədən sonra Allah-təala
onun barəsində Müddəssir
surəsinin 11-ci ayəsindən 26-cı
ayəsinə qədər olan ayələri nazil
etdi.
ﺫَﺭْﻧِﻲ ﻭَﻣَﻦْ ﺧَﻠَﻘْﺖُ ﻭَﺣِﻴﺪًﺍ .11 ﻭَﺟَﻌَﻠْﺖُ ﻟَﻪُ
ﻣَﺎﻟًﺎ ﻣَّﻤْﺪُﻭﺩًﺍ .12 ﻭَﺑَﻨِﻴﻦَ ﺷُﻬُﻮﺩًﺍ .13
ﻭَﻣَﻬَّﺪﺕُّ ﻟَﻪُ ﺗَﻤْﻬِﻴﺪًﺍ .14 ﺛُﻢَّ ﻳَﻄْﻤَﻊُ ﺃَﻥْ ﺃَﺯِﻳﺪَ
.15 ﻛَﻠَّﺎ ﺇِﻧَّﻪُ ﻛَﺎﻥَ ﻟِﺂﻳَﺎﺗِﻨَﺎ ﻋَﻨِﻴﺪًﺍ .16
ﺳَﺄُﺭْﻫِﻘُﻪُ ﺻَﻌُﻮﺩًﺍ .17 ﺇِﻧَّﻪُ ﻓَﻜَّﺮَ ﻭَﻗَﺪَّﺭَ .18
ﻓَﻘُﺘِﻞَ ﻛَﻴْﻒَ ﻗَﺪَّﺭَ .19 ﺛُﻢَّ ﻗُﺘِﻞَ ﻛَﻴْﻒَ ﻗَﺪَّﺭَ
.20 ﺛُﻢَّ ﻧَﻈَﺮَ .21 ﺛُﻢَّ ﻋَﺒَﺲَ ﻭَﺑَﺴَﺮَ .22 ﺛُﻢَّ
ﺃَﺩْﺑَﺮَ ﻭَﺍﺳْﺘَﻜْﺒَﺮَ .23 ﻓَﻘَﺎﻝَ ﺇِﻥْ ﻫَﺬَﺍ ﺇِﻟَّﺎ ﺳِﺤْﺮٌ
ﻳُﺆْﺛَﺮُ .24 ﺇِﻥْ ﻫَﺬَﺍ ﺇِﻟَّﺎ ﻗَﻮْﻝُ ﺍﻟْﺒَﺸَﺮِ .25
ﺳَﺄُﺻْﻠِﻴﻪِ ﺳَﻘَﺮَ 26.

[cavab]

pol aze 22 Okt 2013 / 01:26
11. “(Ya Peyğəmbər!) Məni Öz
yaratdığım kimsə ilə tək burax!
(Vəlid ibn Müqəyrə kimi kafirin
cəzası yalnız Mənim öhdəmdədir!)
12. Mən ona bolluca mal-dövlət əta
etdim;
13. Yanında hazır duran oğullar
(verdim);
14. Ona hər şeyi artıqlaması ilə
müyəssər etdim (sərvət və
mənsəbi ayağının altına döşədim).
15. (Bütün bunlardan) sonra yenə
də (var-dövlətini) artırmağımı
istəyir.
16. Xeyr (bu ola bilməz). Çünki o,
ayələrimizə qarşı inadkar oldu.
17. Mən onu məşəqqətli bir əzaba
düçar edəcəyəm!
18. O (Quran barəsində) fikirləşdi
və (orada deyilənləri öz ürəyində)
ölçdü-biçdi.
19. Ölüm olsun ona! Necə ölçdü-
biçdi?
20. Birdə ölüm olsun! Necə ölçdü-
biçdi?
21. Sonra (qövmünün üzünə)
baxdı.
22. Sonra üz-gözünü turşutdu,
qaş-qabağını tökdü.
23. Sonra da (imandan) üz çevirdi.
(Peyğəmbərə tabe olmağa)
təkəbbür göstərdi.
24. Və dedi: Bu (sehrbazlardan)
öyrənilən sehrdən başqa bir şey
deyildir!
25. Bu yalnız bəşər sözüdür!
26. Biz onu Səqərə atacağıq.
(Orada yandıracağıq).
Buradan da məlum olur ki, Vəlid
Allah-təalanı elm və fəsahət
cəhətdən qəbul etmişdir. Lakin
onun qəlbində iman olmadığı üçün
şeytan onu haqq yoldan azdırdı.
Belə insanlar tarixdə çox
olmuşdur. Məsələn Harun ər-
Rəşidin tarixinə nəzər saldıqda
görürük ki, o da Allahı tanıyırdı
lakin qəlbən Ona iman gətirmədiyi
üçün dünyapərəstik və vəzifə onu
haqqdan uzaqlaşdırmışdı .
Məmun Harun ər-Rəşidin oğlu idi.
O deyirdi ki, mən Musa ibn Cəfər
kimi imama hörmət etməyi atam
Harundan öyrənmişəm. Bir gün
gördüm ki, İmam Musa ibn Cəfər
(ə) bizə gəldi. Atam ona çox böyük
hörmət bəsləyərək o həzrəti
gətirib yuxarı başda əyləşdirdi və
onun qarşısında çox ədəblə
əyləşdi. İmam gedəndə yenə də
atam onu çox böyük hörmət və
ehtiramla yola saldı və qardaşım
Əminə dedi ki, get, İmamı
qapılarına qədər yola sal. Bu
hadisənin üstündən bir müddət
keçəndən sonra atamdan
soruşdum: “Ata, sənin əyləşdiyin
bu xilafət məqamı kimindir?”
Atam dedi: “Bütün bu səltənət və
xilafətin hamısı Musa ibn
Cəfərindir(ə).” Dedim: “Ata, onda
bəs niyə görə bu xilafəti öz
sahibinə vermirsən?” Atam dedi:
“Oğul, mal-dövlət və
vəzifəpərəstlik çox şirin olur. Mən
bilirəm ki, Musa ibn Cəfər(ə) Allahın
höccəti və insanların imamıdır.
Lakin bu mal-dölvətdən və
səltənətdən əl çəkmərəm. Əgər
bilsəm ki, sənin də mənim səltənət
və xilafətimdə gözün var, səni də
öldürərəm.”
Harun bilirdi ki, İmam Musa ibn
Cəfər(ə) yer üzündə Allahın
höccətidir. Onun əqli imanı var idi,
lakin vəzifəpərəstlik və mal-
dövlət ehtirası onun qəlbində yer
tutduğu üçün bu iman onu idarə
və islah edə bilmədi. Çünki Harun
ər-Rəşidin qəlbinə iman daxil
olmamışdı.
Buna görə də insanın Allaha
qəlbən imanı olmazsa, heç bir şey
onu idarə və islah edə bilməz. Və
əqli iman da insanı adi halda idarə
və islah edər, lakin nəfsani
qüvvələr tüğyan etdiyi zaman əqli
dəlillərlə əldə edilən iman insanı
günahdan saxlaya bilmir.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1849 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az