wkim bu senincin

pol sevgisiz-heyat 21 Okt 2013 / 01:20
Çoxdur sənə sözlərim, ağlıma gəldikcə söyləyirəm, bu fani dünyada gülüm mən sənsiz neyləyim?

[cavab]

pol ViP_HacKer 21 Okt 2013 / 01:21
Cox gozel twk

[cavab]

pol sevgisiz-heyat 21 Okt 2013 / 01:21
. Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.

[cavab]

pol sevgisiz-heyat 21 Okt 2013 / 01:21
tewekkur

[cavab]

pol ViP_HacKer 21 Okt 2013 / 01:24
Bunlari ozun yazirsan?

[cavab]

pol sevgisiz-heyat 21 Okt 2013 / 01:25
Sən yoxsan işıqlı dünyam qaralıb,
Sən yoxsan qara saçım ağarıb.
Fikrim xeyalım sanki dağılıb,
Ey fikrim xəyalım söylə hardasan?.

Ağlama deməkdən gecələr bezdi,
Sanki gecələrdə eşq dərdindədir.
Dağlara danışdım dağlar diz çökdü,
Deməli bu ürək gör nə gündədir.

Eşqinlə danışdım gözlər qan tökdü,
Qəddimi bir tək o vefasız bükdü.
Həyatda bu mənə ən ağır yükdür,
Qaldıra bilmədim qəlbim də çökdü.

Həsrətində gözlər birdə mən qaldım,
Sevgidən həyatda dərsimi aldım.
Elə vurdun ki sən yıxılıb qaldım,
Səni isə bəxtsizlər yanına atdım



Ağlama Ürəyim

Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim ağlama daha.

Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim ağlama daha.

Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına.
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim ağlama daha.

Həyatdan ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim ağlama daha.

Yoxsa peşmansanmı sən sevdiyinə,
Təkcə özün inan öz bildiyinə.
Ağlamaqdan qurtar get sevdiyinə,
Ağlama ürəyim ağlama daha.

Satlar tez ötdü dəyqələr bitdi,
Bu da bir taledi tez gəldi keçdi.
Göz yaşı faydasız ağlamaq gecdir,
Ağlama ürəyim ağlama daha.



Sevirəm ilk eşqim sevirəm səni

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.

[cavab]

pol sevgisiz-heyat 21 Okt 2013 / 01:25
yooo ureyim yazir

[cavab]

pol ViP_HacKer 21 Okt 2013 / 01:26
sevgisiz-heyat, ureyiniz cox gozeldi. Orda menim ucunde yer var?

[cavab]

pol sevgisiz-heyat 21 Okt 2013 / 01:27
zehmet deyilse heddini bil!!

[cavab]

pol sevgisiz-heyat 21 Okt 2013 / 01:28
Dəlicəsinə sevirəm səni..

Sənə elə bağlanmışam ki..
Heç kəs heç bir zaman sənə olan sevgimi anlamayacaq..
Darıxıram.. o gözlərinçün darıxıram..
Mənə baxdığın zaman ürəyim tir-tir əsir..
Sənə olan sevgimi heç bir zaman heç kimə anlata bilməyəcəm..
Elə bir hekayədir ki,sənə olan sevgim..
Saatlar,günlər,həftələr,aylar,illər belə yetməz sevgimi anlatmağçün...
Bir saniyə belə səndən ayrı qalmağı gözə ala bilmərəm,sevgilim..
Elə bağlıyam ki,sənə..
Hekayələr,romanlar yetməz sevgimi yazıb,yaratmağa..
Yorulmadım səni sevməkdən,bezmədim..






Sadəcə sevirəm səni..

Sarılınca sənə hər şeyi unutdum,nə kədərlər yaşadım heç birini bilmədim..
Mən səni, sadəcə sevirəm..
Səni necə sevdiyimi bilmədin,bilməyəcəksən..
Bəlkə də,düşünürsən ki,səni heç də sevmirəm..
Amma yox..Sadəcə sənə olan sevgimi göstərsəm,bəlkə səndə gedərsən..
Tərk edərsən məni..
Bacarmıram.. Sənə baxdıqca ürəyim tir-tir əsir..
Darıxıram hər gün,hər gecə..
Kədərləndiyimdə sadəcə üstünə sarılmaq istəyirəm saatlarla..
Hər kəs gedər..Eşqlər bitər..
Amma sən fərqli ol!..Getmə..Tərk etmə məni..
Bir an belə sənsiz qalmağım mümkün deyil..
Təsəvvürü etmək belə qorxunc gəlir mənə..
Getmə..
Ürəyim o qədər söz var,sənə aid,eşqimizə dair..
Getmə..
Qal yanımda hər zaman,tərk etmə məni..
Fərqli ol,qoy sonsuz olsun sevgimiz..
Bir ömür boyu olsun,sevgimiz..

Hər zaman mənimlə ol

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1926 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az