..::Imamlarımız::..
aze
19 Okt 2013 / 02:49
İmamların sayını sübut edən
dəlillər
Həzrət Muhəmməd (s) özündən
sonra Qureyşdən on iki imam və
ya xəlifənin olmasını xəbər
vermişdir. Buxari "Səhih" kitabında
öz sənədilə Cabir-ibn-Səmrədən
rəvayət edərək deyir: - Eşitdim ki,
Peyğəmbər (s) deyir: "On iki əmir
olacaq: Daha başqa bir söz də dedi
ki, eşitmədim. Atam dedi ki, o,
deyir: "Onların hamısı
Qureyşdəndir". { Səhihi-Buxari. Cild
9. Səh 250. "Əl-əhkam" kitabı.
"Səyəkunu isney aşara əmirən"
babı. "Məktəbətur riyaz"
mətbəəsi }
Müslim öz səhihində rəvayət
edərək dedi: "Qiyamət günündən
din qalacaq və ya sizin üçün on iki
xəlifə gələçək ki, onların hamısı
qureyşdəndir.” { Səhihi-Müslim. "Əl-
imarət" kitabı. "Ən-nasutəbi'ə li
qureyş" babı. Cild 4. Səh 482.
"Darduş-şə'b bişərhin-nəcəbi"
mətbəəsi. }
Həmçinin Müslim "Səhih" kitabında
başqa bir hədis rəvayət edərək
deyir: "İnsanların işi, onlara on iki
imam rəhbərlik etməyənədək
rəvan olmaz". { Səhih-Müslim "Əl-
imarət" kitabı. "Ən-nasu təbiə
liqureyş" babı. Cild 4. Səh 482.
"Daruş-hə'b bişərhin-nəvəvi"
mətbəəsi. }
Əhməd "Müsnəd" kitabında öz
sənədilə Abdullah-ibn-Məs'uddan
rəvayət edərək deyir: -
Peyğəmbərdən (s) xəlifələr barədə
soruşduqda dedi: - Onların sayı
Bəni-İsrail rəhbərləri kimi on iki
nəfərdir". { Müsnədi-Əhməd. Cild 1,
səh 389. }
Əhli-kitabın "Tövrat"ında da bu
barədə söz açılır: - Allah-təala
İbrahimi İsmaillə müjdələdi, və
onun da nəslini çoxaldaraq on iki
əmir və əzəmətli ümmət qərar
verdi. { Səfrit-təkbin. 20:17 }
Əzəmətli ümmətdən məqsəd,
İsmailın (ə) nəslindən qaynaqlanan
Həzrəti Muhəmmədin (s) ümməti
və o Həzrətdən (s) sonra xəlifə və
ya imam olan on iki əmirdir.
Onlarda Həzrət Muhəmmədin (s)
nəslindən qaynaqlanır. Əvvəldə
deyilən səhih hədislərdən məqsəd
də onlardır.
Ola bilsin ki, sünni alimlərinin
heyrətdə qaldıqları məsələlərdən
biridir. Hansı ki, adı çəkilən on iki
xəlifənin kimliyini eyni mə'nalı və
qənaətbəxş şəkildə açıqlaya
bilməmişlər. Halbu ki, onların
barəsində çoxlu səhih hədislərdə
söhbət açılır. Hətta bu məsələ onlar
üçün çaşdırıcı tapmacaya çevrilib.
Onların bu məsələ ətrafında olan
açıqlamaları anlaşılmazlıqla
doludur. Əksər hallarda bu
anlaşılmazlıq on iki nəfərin sayını
istənilən xəlifələr toplumu ilə
uyğunsuz olmaqla, aparıb qaranlıq
yollara çatdırır. Bu xəlifələrin sayı
əvvəl dörd xəlifədən başlayıb,
Əməvi, Abbasi, və Osmani
xəlifələrində qurtarır. Məgər adı
çəkilən on iki nəfər bu
xəlifələrdəndirmi?
[cavab]
aze
19 Okt 2013 / 02:50
Onların çaşqınlıqları, misal
gətirəcəyimiz bu hədisdə üzə çıxır;
Süyuti deyir: "Dörd xəlifə Həsən,
Müaviyə, İbn-Zübeyr və Ömər ibn-
Əbdül-Əziz on iki nəfərdəndir.
Bunların sayı səkkiz nəfər oldu.
Ehtimal olunur ki, Əməvilərdən olan
Ömər-ibn Əbdül-Əziz kimi,
Abbasilərdən olan Mehi-əl-Abbasi
də onlardan olsun. Həmçinin Tahir-
əl-Abbasi də ədalətli şəxs olduğu
üçün onlardan hesab olunur. Yerdə
iki gözlənilən şəxs qalır. Onlardan
biri də Əhli-Beytdən olduğu üçün
Mehdidir.” { Tarixi-Süyuti, səh 12 }
"On iki qeyri-mə'lum xəlifənin
açıqlamasında heyran qalmışlar"
deyərək biz, onların alimlərini
nəzərdə tuturuq. Lakin aşağı
təbəqəyə gəldikdə isə, bu
qəbilədən olan hədislər, əksər
hallarda heç onların qulaqları belə
eşitməyib. Hansı ki, bu hədislər
Peyğəmbərin (s) xəlifələrinin
sayını sübuta yetirir və ya həmin
hədislər "Səqəleyn"lə olan bağlılığa
əmr edir. Bundan başqa həmin
hədislərdə Əhli-Beytin (ə)
fəzilətlərinə də işarə olunur.
Bunların hamısı əhli-sünnət
alimlərinin "Səhih" kitablarında
mövcuddur.
Mən, Doktor Əhməd Nofəllə
(İordaniya universitetində "Şəriət"
fakultəsinin müəllimi) dialoqa
girərkən çox təəcübləndim. O "on
iki xəlifə" hədisini mənim
qondarmam olduğunu və bu
hədisin sünnü hədis kitablarında
olmamasını söylədi. Sonra dərhal
məclisi tərk edərək dialoqun
tamamlanmasını rədd etdi. Bu
hadisə Manilada etdiyi mühazirə
və şiə və şiəlik ətrafında olan bə'zi
suallara cavab verdikdən sonra
baş verdi. E'tiqad etdiyim həqiqəti
dəyişdirdiyi üçün, yol verdiyi
səhvlərin əleyhinə e'tiraz etdim.
Şiəliyin, onun iddia etdiyi kimi
"Səbailik" yox, Muhəmmədin (s)
yolu ilə gedən bir məzhəb
olduğunu sübut edən bə'zi
hədisləri ona göstərdim. Bu
hadisəni qeyd etməkdə
məqsədimiz həmin fəzilətli ustadı
(Allah onu bağışlasın) gözdən
salmaq deyil. Məqsəd yalnız üzə
çıxması gərəkli olan həqiqətə bir
işarədir. Həqiqətəndə təəsübkeşlik
bə'zi insanları bundan artıq işlərə
də sövq edir. Qəribədir, necə ola
bilər ki, bir insan, həqiqətini
bilmədiyi hər hansı mövzu
ətrafında olan suallara cavab
verməyə can atır? Ələlxüsus bu
mövzular dini işlərlə əlaqədar
olmuş ola? Görəsən elmsiz fətva
verməyin hökmü nədir? Və lə
həvla və lə quvvətə illa billah!
Beləliklə, sünnülərin "on iki qeyri
müəyyən xəlifə"-nin həllində
heyrətdə qaldıqları və onlara
(həmin xəlifələrə) dəlalət edən gün
kimi aydın səhih hədisləri bir
çoxunun dandığı bir vaxtda
görürük ki, "on iki imamçı" şiə
məzhəbi Peyğəmbərin (s) ailəsinin
yolu ilə gedirlər. Bununlada onlar
bu məsələnin üzərinə işıq salmışlar.
Keçən hədislərdən məqsəd
Peyğəmbərin (s) ailəsindən olan
on iki imamın olmasını bəyan
etdilər. Həmin məsələnin həlli üçün
öz hədis kitablarında mövcud olan
və Peyğəmbərin (s) pak ailəsinin
vasitəsilə rəvayət olunan hədisləri
dəlil gətirmişlər. Onları tanımaq
üçün heç bir şəkkə yer
qalmayacağı bir şəkildə adları
bəyan olmuşdur. Onların adları
budur:
1. Əli ibn Əbu-Talib (əmirəl-
mö'minin)
2. Həsən ibn Əli (Sibt)
3. Hüseyn ibn Əli (Seyyiduş-
şühəda)
4. Əli ibn Hüseyn (Zeynül abidin)
5. Muhəmməd ibn Əli (Baqir)
6. Cə'fər ibn Muhəmməd (Sadiq)
7. Musa ibn Cə'fər (Kazım)
8. Əli ibn Musa (Rza)
9. Muhəmməd ibn Əli (Cavad)
10. Əli ibn Muhəmməd (Hadi)
11. Həsən ibn Əli (Əsgəri)
12. Muhəmməd ibn Həsən (Mehdi-
əl-Muntəzər-əccələllahu fərəcəhuş-
şərif).
[cavab]
qassa123
19 Okt 2013 / 03:22
Allah razı olsun Amin
[cavab]
aze
19 Okt 2013 / 03:25
qassa123, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1407 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az