..::Sual-cavab::..
aze
19 Okt 2013 / 02:46
Sual: Nə üçün şiələr “Ya
Rəsuləllah”(s), və ya “ya Əli”(ə)
deyərkən sünnə əhli e’tiraz edir və
bildirir ki, dünyadan getmiş adamı
çağırmaq şirkdir və təkcə “ya
Allah” demək olar?
Cavab: Bu e’tirazları doğuran İbn
Teymiyyə və İbn Bazın “ölüləri
çağırmaq şirk və küfrdür” kimi
sözləridir. Əvvəla müsəlmanlığın
me’yarı şəhadət kəlmələri
deməkdir. Həmin kəlmələri deyən
şəxsin canı və malı möhtərəmdir,
həm də insan belə sözlər deməklə
dindən çıxmaz.
“Səhihe Buxari”də ömər ibn
Xəttabdan nəql olunur ki,
Peyğəmbər (s) buyurdu: “Mən xalq
“la ilahə illəllah” deyənədək onlarla
vuruşmağa mə’muram. Kim “la
ilahə illəllah” desə malı və canı
amandadır...” Bu rəvayət “Səhihe
Müslim”də də nəql olunmuşdur.
“Səhihe-Buxari” də belə bir
rəvayət də nəql olunmuşdur:
“Allahın Rəsulu (s) Bədr
döyüşündə öldürülmüş iyirmi dörd
nəfərin cəsədini Bədr
quyularından birinə atmağı əmr
etdi. Üç gündən sonra səhabələri
ilə buradan keçərkən quyuya
yaxınlaşıb onları adbaad çağırdı və
buyurdu: “ Əgər Allaha və onun
rəsuluna itaət etsəydiniz, şad
olmazdınızmı? Həqiqətən də, biz
Allahın və’d etdiyini tapdıq. Siz də
Onun və’d etdiyini tapdınızmı?”
Ömər Peyğəmbərdən soruşdu ki,
cansız cəsədlərləmi danışır? Həzrət
(s) buyurdu ki, and olsun o kəsə ki,
Məhəmmədin canı onun əlindədir,
dediyim sözləri onlar sizdən daha
yaxşı eşidir.” Başqa bir rəvayətdə
nəql olunur ki, Allahın Rəsulu (s)
qəbir ziyarətində ölülərə xitabla
buyururdu: “Salam olsun sizə, ey
qəbir əhli...”
Digər bir rəvayətdə nəql olunur ki,
Ömərin oğlu Əbdullah Peyğəmbəri
(s), əbu bəkri və öməri ziyarət
edərkən dedi: “Əssəlamu ələykə ya
rəsulallah, əssəlamu ələykə ya əbu
bəkr, əssəlamu ələykə ya əbəta”
Qeyd edək ki, dünyanın bütün
müsəlmanları namazın
təşəhhüdündə deyirlər: “Əssəlamu
ələykə əyyuhənnəbiyy”, yə’ni
“salam olsun sənə, ey Allahın
rəsulu.”
İbn Teymiyyə və İbn Bazın
sözlərindən belə çıxır ki, hər gün
namazda Peyğəmbərə (s) salam
göndərən müsəlmanlar müşrik və
kafirdirlər.
[cavab]
O(e)GELECEK
19 Okt 2013 / 14:34
exi men bu sunnileri bawa duwmedimki duwmedim deyirler sunni wie qardawdi men bele qardawligi qebul elemirem tanimiram wie dise gozum uste yeri var
[cavab]
prafsanal
19 Okt 2013 / 16:12
yazan eller var olsun
[cavab]
aze
19 Okt 2013 / 18:51
O(e)GELECEK, Allah razı olsun
[cavab]
aze
19 Okt 2013 / 18:52
prafsanal, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1477 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az