Bextiyar Vahabzade
*BratvA*
18 Okt 2013 / 00:50
aglama ha
DARIXMA HA...
Məktubunu oxuyuram...
Dönə-dönə,
Qayıdıram hər cümlənə, hər sözünə.
Oxuyuram,
Düşünürəm.
Düşünəndə gözlərimi yumuram ki,
Səni görəm.
Oxuyuram, düşünürəm. Fikrim ötən günlərimi
varaqlayır,
Oxuyanda gülümsəyən sətirlərin,
Düşünəndə qan ağlayır.
Bir məktubda nə deməkdir
Bu ağ, qara?
Rənglərə bax,
Hardan-hara?
Kim deyir ki,
Hər kəlmənin
Bir mənası bir yükü var?
Yox! Ürəkdə dilə gələn yaşıl sözlər,
Budaqlardır,
Yüz budağın bir kökü var. Kök ürəkdir.
Yarpaqlarda rəngi yaşıl,
Səsi, sözü pıçıltılar.
Pıçıltının səsi birsə,
Min mətləbi, min sözü var.
Mən sözün öz mənasını istəmirəm.
Bir məzmuna o, qul olur,
O, duyğudan məhrum olur,
Yoxsul olur.
Mən vurğunam hər kəlmənin
Çalarına.
Nida kimi dik dayanıb
Hökm verən halına yox,
Sual kimi boyun büküb
Düşüncəyə dalanına.
Düşüncənin min rəngi var.
Göydəki ay, yalnız aydır,
Suya düşsə,
Qırçınlanan dalğalarda
Neçə rəngdən çələngi var.
Sənin əlvan duyğuların
Sözün məna sərhədindən
O taydadır.
Sözlər yatır quzu kimi,
Çalarları haraydadır.
Çalarların alovuna alışıram.
Günlər keçir...
Səsləndikcə qulağımda cümlələrin,
Ətrafıma lal kəsilib
Mən səninlə danışıram:
Yazırsan ki: - Darıxma, ha...
Burda sözün qəsdi geniş,
Yuvası dar.
Burda sözün cövhərindən
Neçə-neçə söz sıçrayar.
Sözdən fikir.
Fikirdən də
Neçə-neçə mətləb çıxır.
"Darıxma"nın o tayında
Söz darıxır,
Söz karıxır.
Sən "yox"dakı o "var"a bax.
Sözün əksi-çalara bax.
Sən "darıxma" deyən zaman,
İstəyirsən ömrüm boyu
Mən darıxım sənin üçün.
Rənginə bax, qəlibindən çıxan sözün!
Darıxıram, aya, günə sığışmıram.
Darıxıram,
Dünyamızm
Qaydasına ölçüsünə
Sığışmıram.
Darıxıram,
İstəyimə çatmaq üçün.
İstəyimiz fövqündədir sözümüzün.
Darıxıram,
Doğmalarım sağ-solumda.
Darıxıram,
Baxışların
Yanıb sönür xəyalımda.
Gözlərimin önündəki baxışlara
Yad olmuşam.
Xəyaldakı baxışların işığında
Udulmuşam.
Təqvimdəki varaqların
Bir ayını birdən cırın!
Yayı ötüm,
Göz yaşı tək kirpiyimdən,
Qopub düşüm payıza mən.
İyul, 1975, Şəki
[cavab]
SoN_BaHaR
18 Okt 2013 / 01:16
Twkr superdi
[cavab]
(=AyaN=)
18 Okt 2013 / 01:56
Coox gozeldim tewekkurler
[cavab]
nino
18 Okt 2013 / 02:40
Axra qeder oxumadim ama məncə
di
[cavab]
Bölmeye qayıt
0.1599 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az