..::Mələk::..
aze
16 Okt 2013 / 02:12
Böyük arif Abdullah ibn Mübarək
həcc ziyarətinə getmək məqsədilə
səfərə çıxır. Yolda görür ki, bir
qadın ölü quş cəmdəyini yuyub
pak etməklə məşğuldur. Abdullah
qadına yaxınlaşıb, nə etdiyini
soruşur. Qadın cavab verir:«Həyat
yoldaşım vəfat edib, dörd qız
uşağı ilə qalmışam. Artıq dörd
gündür ki, dilimizə yemək
dəyməyib. Ona görə məcbur olub
bu ölü quşu yuyuram ki, bişirib
balalarıma yedirdim». Abdullah
qadının sözlərini eşitcək, həcc
ziyarəti üçün topladığı pulları ona
verib evə dönür.Həcc mövsümü
başa çatır və hacılar öz vətənlərinə
qayıdırlar Abdullahın yaşadığı
şəhərdən Məkkəyə gedənlər də
geri dönürlər. Onların hər biri
Abdullahla elə danışır ki, sanki
Abdullah da onlarla birlikdə
ziyarətdə olubmuş. Hacılar iddia
edirlər ki, onu həcc zamanı
görüblər.Gecə Abdullah ibn
Mübarək Həzrət Mühəmməd
Peyğəmbəri (s) yuxuda görür.
Peyğəmbər ona xitabən buyurur:
«Ey Abdullah, sən mənim
övladlarımdan bir neçəsini (yəni
bir neçə nəfər seyyidi) acından
ölməkdən xilas etdin. Əvəzində
mən sənin qiyafəndə bir mələk
xəlq etməsini və hər il sənin
əvəzinə həcc ziyarətini yerinə
yetirməsini Allahdan xahiş etdim.
Həmin mələyin ziyarətinin savabı
sənə yazılacaq».
[cavab]
Elikram
16 Okt 2013 / 02:31
aze, sagol qardas. cox gozel.
[cavab]
aze
16 Okt 2013 / 02:36
Elikram, Allah razı olsun
[cavab]
SenSizem*
16 Okt 2013 / 02:44
aze,çox gözel qaqa. Allah getmey isteyen cemi müselmanlara hecci ziyaret etmeyi nesib etsin.
[cavab]
aze
16 Okt 2013 / 02:47
SenSizem*, Allah razı olsun,amin
[cavab]
O(e)GELECEK
16 Okt 2013 / 03:13
ehsen exi
[cavab]
aze
16 Okt 2013 / 22:35
O(e)GELECEK, Allah razi olsun
[cavab]
Bölmeye qayıt
0.1812 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az