..::Namaz Haqqında::..

pol aze 14 Okt 2013 / 22:05
Namaz – mələkuti bir tərkib, ilahi
bir məcundur ki, onun hər
hissəsində bir sirr gizlənmişdir.
Namaz – Allahla birbaşa əlaqə
vasitəsi, Onunla raz – niyaz edib
ünsiyyət yaratamaq və aləmlərin
Rəbbini xatırlamaqdır. O , mənəvi
təkamülün, mələkut aləminə doğru
seyri – sülukun və Allah dərgahına
yaxınlaşacağın ən yaxşı
vasitəsidir.
Namaz möminin meracı, insanı
pisliklərdən, yaramaz işlərdən
çəkindirən bir əməldir. O,
nuraniyyət və mərifətin zülal
çeşməsidir; belə ki, hər kəs gecə -
gündüz ərzində beş dəfə ona
varid olarsa, bütün nəfsani –
ruhani çirkinliklərdən paklanar.
Namaz böyük ilahi əmanət,
əməllərin qəbul oluması meyarıdır.
O , belə asimanı sirlərdən əşkil
olunmuşdur, lakin bu şərtlə ki,
ruhlu, canlı olsun. Namazın ruhu
onu hüzuri – qəlblə qalıb, Allaha
diqqət yetirmək, Onun qarşısında
xüzu – xuşu izhar etməkdir. Zikrlər,
qiraətlər, ruku, səcdə, təşəhhüd və
salam namazın zahiri formasını
təşkil edir, hüzuri – qəlb və Allaha
diqqət yetirmək isə onun ruhu
misalındadır. Ruhsuz bədən ölü və
təsirsiz olduğu kimi, hüzuri – qəlb
olmadan qılınan namaz da, təklifin
götürməsinə baxmayaraq, namaz
qılan şəxsi ali – məqmlara
qaldırmaz. Allah – Təala
Peyğəmbərə (s.ə.v.v) buyurur:
“Məni yad etmək üçün namaz qıl.”
Namazın qəbul olunma meyarı
hüzuri – qəlbin miqdarı ilə ölçülür;
hüzuri – qəlb nə qədər çox olarsa,
namaz da bir o qədər yaxşı şəkildə
qəbul olunur. Buna görə də
hədislərdə hüzuri – qəlblə əlaqədar
çoxlu təkidli göstərişlər gözə dəyir.
O cümlədən, Peyğəmbəri – Əkrəm
(s.ə.v.v) buyurur: “Bəzən namazın
yarısı qəbul olunur, bəzən üçdə
biri, bəzən dörddə biri, bəzən
beşdə biri, bəzən də onda biri. Bəzi
namazlar köhnəlmiş paltar kimi
bükülüb sahibinin başına çırpılır.
Həqiqətən sənin namazından
Allaha qəlbən diqqət yetirmiş
olduğun miqdarı qəbul olunar.”

[cavab]

pol aze 14 Okt 2013 / 22:06
Iman Cəfər Sadiq (ə) buyurur:
“Bəndə namaz qılmağa başlayan
zaman Mütəal Allah ona diqqət
yetirir. O, Allahdan üç dəfə qafil
olana qədər Allah Öz nəzərini
ondan kəsmir. Üçüncü dəfədə
Allah ondan üz döndərir.”
Əmirəl – Möminin Əliyyibni Əbitalib
(ə) buyurur: “Mürgüləyən, halsız
halda namaz qılmayın. Namaz
halında özünüz barədə
fikirləşməyin, çünki Allahın
hüzurunda dayanmısınız.
Həqiqətən bəndəninn namazının o
miqdarı qəbul olunur ki, qəlbən
Allaha diqqət yetirmiş olsun.”
İmam Məhəmməd Baqir (ə) və
imam Cəfər Sadiq (ə) barəsində
demişlər ki, namaz vaxtı mübarək
üzlərinin rəngi saralardı. Namaz
halında elə vəziyyətət düşürdülər
ki, sanki gördüyü bir şəxslə
üzbəüz dayanıb münacat edir!
Imam Səccad (ə) barəsində yazırlar
ki, o, namaza dayananda üzünün
rəngi dəyişər. Allahın qarşısında
zəlil bir bəndə kimi dayanar, bədən
üzvləri qorxudan titrəyərdi.
Namazı həmişə vida namazı idi,
sanki ondan sonra (əcəli gəlib
çatacaq və) heç bir namaz
qılmayacaqdı.
Həzrət Fatimeyi Zəhra (ə.s)
barəsində qeyd olunur ki, namaz
halında nəfəsi Allahın
qorxusundan təngiyərdi.
Peyğəmbəri - Əkrəmin (s.ə.v.v)
barəsində yazırlar ki, namaz vaxtı
mübarək üzünün rəngi qaçar,
sinəsinədən qazanın qaynamasına
oxşayan bir səs eşidilərdi. Namaza
dayananda yerin üstünə atılmış
paltar kimi hərəkətsiz olardı.
Allah hamınızın namazını qəbul
etsin.AMİN!

[cavab]

pol (=AyaN=) 14 Okt 2013 / 23:03
Cox saol Allah razi olsun '.aze.'
red. (=AyaN=) (14.10 /23:03)

[cavab]

pol aze 14 Okt 2013 / 23:08
(=AyaN=), Allah razı olsun

[cavab]

pol (=AnaR=) 14 Okt 2013 / 23:30
Allah razi olsun hami ALLAH "A" emanet

[cavab]

pol aze 14 Okt 2013 / 23:31
(=AnaR=), Allah razi olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1623 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az