..::Göz Dəyməsin::..

pol aze 13 Okt 2013 / 23:17
TAXILANLARDAN ÇOXU ŞİRKDİR
Yəqin ki, bəzi evlərin girəcəyində,
mağazalarda, avtomobillərin
qabaq şüşələrində adətən
rənbərəng saplardan üzərrik
dənələrindən və ya başqa
əşyalardan düzəldilmış asılıları
görmüsünüz. Bu əşyalar sayəsində
bədnəzərdən və başqa
təhlükələrdən qoruduqlarını
düşünürlər! Görəsən, bunların
həqiqəti varmı, yoxsa
xürafafatdır?!
Əgər «Əsrimizdəki insanın
rəftarları, cahiliyyət əsrinin
rəftarlarının təkrarıdır» deyilsə,
heç də təəccüb etməyin!
İslamdan öncə cahiliyyət əsrində
olan əqidələrin necəliyi haqqında
tarixdən oxuyuruq: Onlardan
birində dəlilik əlaməti görünsəydi,
şər ruhları qovmaq üçün ölülərin
sümüklərinə və çirkin parçalara
pənah aparırdılar. Onları xəstənin
boynundan asırdılar. Ana bətnində
olan uşağı və (azyaşlı) uşaqları
dəlilikdən qorumaq üçün pişiyin
və ya tülkünün dişini sapa
bağlayıb onların boynuna
salardılar.
Onların əqidəsinə görə, əgər
özündə mis tikəsi daşıyan bir şəxsi
ilan və əqrəb vurub öldürsəydi,
onun sağalması üçün boynundan
qızıl və gümüş boyunbağı
asardılar.
Çöl ərəblərindən bir qrupu cadu
asmaqla, daşların və sümüklərin
bağlandığı boyunbağılarla öz
xəstələrini müalicə edirdilər.
Rəsulallahın (s) bu növ mövhumat
və xurafatla mübarizəsi təkcə
onun peyğəmbərliyi dövrilə
məhdudlanmır. Həzrət dörd yaşı
olanda, – səhrada süd anası
Həlimənin himayəsində yaşayırdı –
anasından, süd qardaşları ilə
birlikdə səhraya getməsini istədi.
Həlimə deyir: «Cahiliyyət
əqidələrinə uyğun olaraq, səhra
cinlərinin ona zərər yetirməməsi
üçün sapa bağlanmış bir Yəmən
möhürünü onu qoruması üçün
boynuna saldım. Məhəmməd (s)
möhrü boynundan çıxarıb belə
dedi:
ﻣﻬﻼ ﯾﺎ ﺍﻣﺎ ﻩ ﻓﺎﻥ ﻣﻌﯽ ﻣﻦ ﯾﺤﻔﻈﻨﯽ
«Anacan, aram ol, məni qoruyanım
(Allahım) həmişə mənimlədir.»
«Səfinətul-biha r» kitabında imam
Sadiqin (ə) belə buyurduğu nəql
olunub:
ﺍﻥ ﮐﺴﯿﺮﺍ ﻣﻦ ﺍﻟﺘﻤﺎﺋﻢ ﺷﺮﮎ
«Qolbağlardan və taxmalılardan
çoxu şirkdir!»
İndi isə öz əməlimizə baxaq! Hansı
səviyyədə onun tərəfdarıyıq və
onların saf göstərişlərinə əməl
edirik?! Mövləvi deyir:
Şirin balaları yaraşır şirə,
Sən heç yaraşdınmı o
Peyğəmbərə?!
Diqqət! Bu rəvayətləri deməkdə
məqsədimiz, özümüzlə
gəzdirməklə, yaxud oxumaqla
pənahına sığındığımız ilahi duaları,
tilsimləri və Quranın məxsus
ayələrini inkar və rədd etmək
deyil. Çünki bunlardan bir çoxu
rəvayətlərdə deyilib. İlahi
“hirzlərə” (qorunmaq üçün
dualara) pənah aparmaq, duanı,
Quran ayələrini oxumaq və
özündə saxlamaq, təhlükələrdən
amanda qalmaq üçün asılan cadu
boyunbağı və taxmasından çox
fərqlidir.
«Biharul-ənvar» da Ənəsdən nəql
olunub ki, Rəsulallah (s) imam
Həsən (ə) və imam Hüseyni (ə) iki
surə – «Fələq» və «Nas» surələri ilə
qoruyardı.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1964 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az