..::Asqırmaq::..

pol aze 13 Okt 2013 / 22:33
Yanlış inanclar,Cahill iyət dövrünə
qayıdış
Bəziləri asqırmağı uğursuz əlamət
sayırlar: «Bu, səbir əlamətidir. Əgər
bir yerə getmək, ya bir işi yerinə
yetirmək istəyəndə asqırsan, ya
dayan, ya da bir neçə an yerindən
tərpənmə!» deyirlər
Bu əqidə də xurafat və əsassız
adətlərdəndir. Onun heç bir əqli və
şəri bünövrəsi yoxdur.
Təəccüblüdür ki, bu xurafatın
başlanğıcı İslamdan öncəyə, yəni
cahiliyyət dövrünə aiddir.
Cahiliyyət əsrini əhatə edən tarixi
mənbələrdə yazılıb: «Ərəblər
asqırığı nəhs əlamət olaraq qəbul
edib, onu mütləq baş verəcək
təhlükənin başlanğıcı sayırdılar.
Buna görə də, asqırıq səsi eşidən
zaman: «ﺑﮑﻼﺑﯽ; onun bəlası
itlərimin canına düşsün»-
deyərdilər. Əgər öncədən şəxsi
münasibətləri pozulmuş şəxs
asqırsaydı, « ﺑﮏ ﻻﺑﯽ; mənə yox, öz
canına düşsün»-deyərdi lər.
Yazılanlara görə, ərəb
padşahlarından birinin nağıl-
dastan danışanı var imiş. Bir gecə
nağıl danışan şəxs birdən şiddətlə
asqırır. Padşahın bərk qəzəblənir.
Nağılçı, padşahın əl-ayağına
düşüb: «Mən bu işdə iradə sahibi
deyildim və bu, soyuqladığım üçün
oldu»-deyir. Qəzəb alovunda
yanan padşah deyir: «Əgər
asqırmağının həmişə bu cür
olduğuna sübut gətirməsən,
öldürüləcəksən! » Nağılçı da
sabahı gün onun asqırığının
həmişə şiddətli olduğuna şahidlik
etməsi üçün bir nəfərə çoxlu pul
verib padşahın yanında gətirir.
Şahid təzim-ehtiramda n sonra
deyir: «Mən şahidəm ki, o, bir gün
şiddətli şəkildə asqırdı. Hətta
asqırığının şiddətindən bir dişi də
düşdü!»

[cavab]

pol aze 13 Okt 2013 / 22:35
ASQIRMAĞIN MADDİ VƏ MƏNƏVİ
TƏSİRLƏRİ
Bu xurafatın əksinə olaraq, pak
imamlardan (ə) olan rəvayətlərdə
asqırmaq, afiyət və salamatlığın
amili adlanmış, onun insan cismi
və ruhu üçün bərəkətli olduğu
bildirilmişdir:
ﺍﻟﺘﺜﺎ ﻭﺏ ﻣﻦ ﺍﻟﺸﯿﻄﺎ ﻥ، ﻭ ﺍﻟﻌﻄﺎ ﺱ ﻣﻦ
ﺍﻟﻠﻪ ﻋﺰ ﻭ ﺟﻞ
«Əsnəmək şeytandandır, asqırmaq
isə Allah-Təala tərəfindəndir.»
BIhar ul envar cild 76,seh 80
Əsnəmək süstlüyə, yuxulu olmağa
və bədənin fəaliyyətə hazır
olmamasına işarədir. Amma
asqırmaq Allahın rəhmət və
lütfünün müjdəsi olub, insanı işə
fəaliyyətə şövq edir. İslamın əziz
Peyğəmbəri (s) bir hədisdə
buyurub:
ﺍﻟﻌﻄﺎ ﺱ ﻟﻠﻤﺮﯾﺾ ﺩﻟﯿﻞ ﻋﻠﯽ ﺍﻟﻌﺎﻓﯿﻪ
ﻭﺍﻟﺮﺍﺣﺔ ﺍﻟﺒﺪﻥ
«Xəstənin asqırmağı, onun üçün
salamatlıq nişanəsi, bədən üçün
xeyir və rahatlıqdır.»
İmam Sadiqdən (ə) rəvayət
olunub:
ﻭ ﺻﺎﺣﺐ ﺍﻟﻌﻄﺴﺔ ﯾﺄﻣﻦ ﺍﻟﻤﻮﺕ ﺳﺒﻌﺔ
ﺍﯾّﺎﻡ
«Asqıran şəxs yeddi gün ölümdən
amandadır.»
Asqırmağın mənəvi təsiri
haqqında İmam Rzadan (ə) nəql
olunub: «Allah-Təala, bəndəsinə bir
nemət versə və o, nemətin
şükrünü unudsa, Allah onun
bədənində (ag ciyərdə) bir yel
yaradır ki, bu da asqırmaq
vasitəsilə onun burnundan xaric
olur. O, asqırdıqdan sonra «Əl-
həmdulillah » deyir və Allah da
onu, bəndənin unutduğu şükrü
olaraq qəbul edir.»

[cavab]

pol fidan29 14 Okt 2013 / 07:51

[cavab]

pol aze 14 Okt 2013 / 11:29
fidan29, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1741 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az