ƏN QƏMLİ 1
alfa
13 Okt 2013 / 19:42
SALAMLAR MƏNİM ADİM BƏHLULDUR HƏKİMLƏR AZDAN GƏLMİŞƏM GƏLMİŞƏMKİ SİZNƏN BİLDİKLƏRİMİ PAYLAŞAM
[cavab]
1ce2miz3un
13 Okt 2013 / 19:43
Paylawda
[cavab]
alfa
13 Okt 2013 / 19:44
6Hər cümə axşamı olduğu kimi Günay bu gün də yuxudan tez oyanmışdı.Axı bu gün görüşü vardı.Gülsatan oğlana hələ axşamdan sifariş vermişdi.Al qızılgüllərdən bir neçəsini ayırmasını xahiş etmişdi.
Hava tutqun ,soyuq, küləkli idi.Axşamdan yağan yağış hələ də kəsmək bilmirdi.”Bəlkə bir az gözləyim, yağış kəssin, sonra gedərəm.”-Öz-özünə dedi.”Yox!Mən həmişə bu saatda getmişəm.Görüşə gecikməz olmaz.Bu soyuq havada onu gözlətsəm xəstələnə bilər.Mütləq getməliyəm..”-fikrini tez dəyişdi.Yerindən qalxdı.Şkafdan dünəndən hazırladığı qara donunu çıxarıb geyindi.Nazik qara şərfini də başına örtüb evdən çıxdı.Yaxşı ki, gül mağazası evlərinin lap yaxınlığında idi.Pulu da elə sifariş edəndə vermişdi.Gülləri götürüb taksi saxlatdı.
Mənzil başına çatanda sürücüyə onu bir qədər gözləməsini xahiş edib maşından düşdü.Bu gün ilk görüş günlərindən düz on il keçirdi..Həmin gün də cümə axşamı idi.Həmişə türk müğənnisi Kayahanın “Bir aşk hikayesi” mahnısına qulaq asanda istər-istəməz o günü xatırlayırdı.Xüsusən də mahnıdakı bu sözləri eşidəndə-“...Perşembe günüydü...Saat ikiyi dörd geçiyordu...”Onlar da eynən həmin gün və həmin saatda tanış olmuşdular.Ehh.Onsuz da ətrafında hər şey,hər kəs, sevgi haqqında bütün mahnılar onu xatırlatmırdımı?
Nəhayət ki, görüş yerinə gəlib çatdı..Bura qəbiristanlıq idi...
Onun qəbrinə çatmağa on metr qalmış üzərində şəkli olan məzar daşını uzaqdan görən kimi həmişəki kimi öz-özünə danışmağa başladı:
-Bu gün bilirsən hansı gündü?
-...
-Yox?Hə də, onsuz da həmişə unutqan olmusan.Bu gün ilk görüş günümüzdən düz on il keçir, əzizim.Yadındadır, o gün də indiki kimi bərk külək əsir, yağış yağırdı.Amma biz o havada görüşüb yağışı, küləyi hiss etmədən parkda yenicə oturmuşduq ki, qəfil külək, yağış dayandı.Bəs indi niyə elə olmadı?Niyə külək, yağış hələ də kəsmək bilmir?
Qəbrin qarşısında dayanıb şəkillə danışırdı.Başdaşında qarayanız, gülərüz, qıvrımsaçlı, gözləri azca qıyıq, yaraşıqlı gənc bir kişinin rəsmi əks olunmuşdu.
-Bəs indi niyə külək dayanmır, yağış kəsmir, hə?-sualını təkrar etdı.
-Çünki sən artıq yoxsan.Yoxsan!Yoxsann!!!-deyib hönkürtüylə başdaşını qucaqlayıb ağlamağa başladı.
Günay artıq iki il idi ki, hər həftənin cümə axşamı yorulmadan, bezmədən bura gəlir.İlk və son sevgisinin qəbrini beləcə ziyarət edir.
Ağlayıb-ağlayıb yorulandan sonra məzarın tozunu silməyə başladı.Sanki ondan başqa bura gələn yox idi.Hər dəfə gələndə buranı özü təmizləyər, keçən həftə özü gətirdiyi, artıq qurumuş gülləri götürüb yerinə indi gətirdiyi təzə-tər çiçəkləri qoyardı.
Məzarda uyuyan cavan kişi Günayın ilk məhəbbəti olsa da ona yox, başqasına aid olub sağlığında.Xəstə anasının son istəyinə qarşı çıxa bilməyən sevgilisi sevmədiyi biriylə evlənməyə məcbur olmuşdu.Evlənəndən beş il sonra o qəza baş verdi.Ağır avtomobil qəzasında dünyasını dəyişdi.Bura gəldiyi ilk günü xatırlamaq belə istəmir.Ağlını itirmək üzrəydi.O vaxtdan iki il keçib.İndi bir az sakitləşib.Qəbristanlığa həmişə səhər tezdən gələrdi ki, Onun ailəsiylə burda rastlaşmasın.Qəbrin ətrafını da təmizləyib getməyə hazırlaşırdı ki, həmin qəbrin lap yanındakı yeni qəbri ziyarətə gələn bir nəfəri gördü.25-26 yaşlarında sarışın bir gənc idi.O da eynən Günay kimi məzar daşındakı şəkillə “söhbət edirdi”.Günay öz dərdini bir anlıq unudub oğlana tamaşa etməyə başladı.O da qırmızı qızılgüllər gətirmişdi.Günay o məzarda uyuyan gəncin bu dünyadan nakam getdiyini qəbrin üstündəki xonçalardan, qırmızı lentdən başa düşdü.Gözləri yaşardı.Gözünün önünə həmin gəncin anasını,bacısını,sevgilisini gətirdi.Demək ondan da dərdliləri varmış.Görəsən bəs bu ziyarətə gələn oğlan kimdi?Yadına düşdü ki,keçən həftə də bu adamı burda görmüşdü.Bəlkə o da Günay kimi hər həftə gəlir bura?Ola bilər.Onsuz da şəkillə “söhbət edəndə” heç kimi görmür,öz dünyasında olur.İndi getməyə hazırlaşdığı üçün diqqətini cəlb etdi.Çox dayana bilməzdi.Sürücü onu gözləyirdi bayaqdan.Yol boyu fikri o oğlanda qaldı.Həyatı boyu çox az hallarda kişinin ağladığını görmüşdü.Görəndəsə buna dayana bilmirdi.Hətta televizorda, heç tanımadığı bir kişinin göz yaşlarını görəndə o da özündən asılı olmadan ağlayardı.
...Bir həftə keçdi.Bu dəfə Günayı qəbiristanlığa çəkən həm də maraq hissi idi.Görəsən həmin oğlan yenə gələcəkdimi?Bu gün hava mülayim idi.Taksiylə gəlməmişdi.Tez qayıtmağa da ehtiyac yox idi.Gizli maraq hissi oyanmışdı onda..Gəlib çatdı.Hə,budur,həmin adam da gəlib,burdadır.Görəsən bu oğlan məzardakı gəncin nəyidir?
Həmin oğlanın adı Teymur idi.Məzarda yatan gəncsə ona qardaş əvəzi olan ən yaxın dostu idi.26 illik ömrünün 20 ilini hər gün birlikdə keçirmişdilər.Birinci sinifdən ölüm onları ayıranadək.Dostu faciəli şəkildə dünyasını dəyişmişdi.Teymurun həyatında dost sevgisindən başqa bir sevgi olmamışdı
[cavab]
alfa
13 Okt 2013 / 19:45
indiyədək.Görüşdüyü qız da yox idi.Qəlbindəki bütün sevgisini dostuna ayırmışdı.Son günlərdə isə onda da Günaya qarşı maraq yaranmışdı..
...Bir neçə həftədən sonra Günayla Teymur artıq dərd ortağna çevrilmişdilər.Ziyarət bitəndən sonra qəristanlıqdan dayanacağadək birlikdə söhbət edə-edə gedərdilər.Söhbətlərinin mövzusu isə gah Günayın sevgilisi, gah da Teymurun dostu olurdu.
Beləliklə onların bu münasibəti yavaş-yavaş dostluğa çevrilməyə başladı.Hər gün saatlarla çəkən telefon söhbətləri onları bir-birinə daha çox bağlayırdı.
...Gecə uzun telefon söhbətindən sonra Günayın gözünə uzun müddət yuxu getmədi.Öz-özünə çox düşündü:-“Mən nə edirəm?Heç onu yaxşı tanımıram da.Həm də axı mən özümə söz vermişdim ,and içmişdim ki, daha qəlbimi kimsəyə verməyəcəm.Heç bir oğlanı özümə yaxın buraxmayacam.Yoxsa?Yoxsa bu sevgidir?”-Bu qarışıq fikirlərlə xeyli vaxt keçdi.Səhərə yaxın yuxuya getdi.
...Qapının zənginə oyandı.Saata baxdı.Artıq günorta idi.Gələn əmisi qızı Dilarə idi.
-Sənə nə olub,Günay,hər şey yaxşıdı?
-Hə.Nə olmalıydı ki?
-İş yerinə zəng etmişdim.Dedilər bu gün işə çıxmamısan.Əl telefonuna zəng etdim,sönülüydü.Ev telefonu da cavab vermirdi.Narahat olub gəldim.Düzünü de,nə məsələdi?
-Heç...
Günayın valideynləri rayonda yaşayırdı.Özü isə şəhərdə kirayədə tək qalırdı.Şəhərdə qohumu ancaq əmisigil idi.Dilarə burda anadan olsa da uşaqlıq illəri rayonda Günayla birlikdə keçmişdi.Bir-birindən sirr saxlamazdılar.
-Mənə də yox da.Səni özüm kimi tanıyıram.Deməsən əl çəkən deyiləm.Özün ki, məni yaxşı tanıyırsan.
-Bir həftəlik bülleten götürmüşəm.
-Niyə?
-Fikirlərim çox qarışıb.Özümə gəlmək üçün vaxt lazımdı mənə.
-Özünə gəlməkçün??Yoxsa Teymur xətrinə dəyib sənin?
-Yox..Əksinə.Son günlərdə mənə qarşı çox dəyişib.Dostdan da fərqli davranır.
-Eh.Mən də deyirəm görəsən nə olub.Burda nə var kı?Mən əvvəldən demişəm,indi də deyirəm.Qızla oğlanın dostluğu tutmaz.Axırı sevgidi.Sevir,sevsin də.Lap yaxşı.Sevənlərinin biri də artdı-gülə-gülə dedi.Dilarə Günayın əhvalını açmağa çalışsa da Günay yenə fikirli idi.
-Məsələ onda deyil-dedi.
-Bəs nədədir?
-Ən pisi odur ki, mən özüm də dəyişmişəm ona qarşı.Özümdə ona qarşı NƏ İSƏ hiss edirəm.Bircə qorxduğum başıma gəlməsin.Yenidən sevməkdən, birisinə bağlanmaqdan çox qorxuram.Yenidən sevmək və yenidən itirmək..Buna dözmərəm.Yaxşısı budur heç başlanmamış bitsin...
Günay axırıncı telefon söhbətindən bir gün sonra Teymura sms yazıb heç bir səbəb göstərmədən bir daha onu axtarmamasını xahiş etdi və telefonu söndürdü.Sms-i oxuyub təəccüblənsə də Teymur Günaya zəng etmədi.Cavab da yazmadı.Öz-özünə dedi:-“Onu başa düşürəm.Sevgidən çox əzab çəkib.Ona vaxt lazımdır.Elə mənə də.Heç vaxt kimisə dərindən sevməmişəm.Mən də hisslərimə əmin olmalıyam.”-Dili belə deyirdi.Amma Günaya qəlbən bağlandığına, ona olan hisslərinin sevgi olduğuna adı qədər əmin idi.Buna baxmayaraq onu sevgisinə inandırmağa cəhd göstərmədi.Çox qürurlu idi.Onu rədd edən bir qızın arxasınca düşməyi qəbul etmirdi.Elə onu Günaya sevdirən cəhətlərindən biri də bu qüruru, əsl kişi xarakterli olması idi.Qərara gəldi ki, birinci addımı Günay atanadək susacaq.Həm də qızı niyə bezdirsin ki?Bəlkə həqiqətən ayrılmaları məsləhətdir?Bəlkə həqiqətən varlığıyla onu narahat edir?
Bir həftə keçdi.Günay artıq işə çıxır.Telefonu da açıqdı.O gözləyirdi ki, telefonu açan kimi Teymurun sms-lərinin,zənglərinin arası kəsilməyəcək.Amma düşündyü kimi olmadı.Teymurdan heç bir səs-soraq yox idi.
...Günlərin birində Günayın çoxdan gözlədiyi zəng gəldi.O idi.Tez dəstəyi götürdü.
-Axşamın xeyir,Günay.Narahat etmədim ki?
-Əlbəttə yox.Buyur.
-Xahiş etmişdin ki, sənə bir də zəng etməyim.Bu son zəngimdi.Daha narahat etməyəcəm..Sabah gedirəm.Səninlə vidalaşmadan gedə bilməzdim..
[cavab]
alfa
13 Okt 2013 / 19:45
-Hara gedirsən?
-Hərbi xidmətə.
-Bəs deyirdin səni hərbi xidmətə aparmırlar?
Teymur dostunun ölümündən sonra əsəbləri çox pozulmuşdu.Hətta bir ay ruhi xəstəxanada da müalicə almışdı.Buna görə də bir neçə dəfə hərbi komissarlığa müraciət edib hərbi xidmətə çağırılmasını istəsə də onun istəyini yerinə yetirməmişdilər.Bəs indi?Görünür sağlamlıq haqda arayışları bu dəfə işə yarayıb.
-Nə vaxt qayıdacaqsan?-Günayın səsi titrəyirdi.
-Bilmirəm.Əgər salamat qalsam, yəqin ki,bir ildən sonra.
-Bəs hansı bölgəyə düşmüsən?
-Dəqiq bilmirəm.Amma deyəsən Murova.
-Ora çatan kimi mənə yaz, hərbi hissənin ünvanını bildir, yaxşı?
-Niyə?Nə mənası var?Səni unutmamı özün istəmişdin ki...
-...
-Yaxşı,incimə.Sabah tezdən yola düşürəm.Özünə yaxşı bax.Məktub yazmağa söz vermirəm..Amma sağ-salamat qayıtsam gəlib səni görəcəm.
-Səni gözləyəcəm...Sən də özünü qoru..
Bu telefon zəngi hər şeyi dəyişdi.Günayın beynindəki bütün qarışıq fikirlər aydınlaşdı.O indi qəti əmin idi.Teymuru SEVİRDİ..Bunun sevgi olduğunu yalnız indi, bir anlıq Teymuru itirmık qorxusunu hiss edəndə anladı.
Beləcə günlər, aylar ötdü.Teymur dediyi kimi nə zəng edirdi, nə də məktub yazırdı.
...Bir qış səhəri idi.Bu sabah yuxudan ilk qarın sevincini yaşayan qonşu uşaqların səsinə oyandı.Günay uşaqlıqdan qarı sevsə də qartopu oynayanları pəncərədən seyr etməyi daha çox xoşlayırdı.Nədənsə səbəbsiz sevinc hissi vardı içində.Birdən qapı döyüldü.Öz-özünə dedi:-“Səhər tezdən kim olar görəsən?Dilarə?Yox.Dilarəni öldürsən də bazar günü belə tezdən oyanmaz.”
Qapını açanda gözlərinə inanmadı.Gələn Teymur idi.Həm də tanış olduqları müddətdə ilk dəfəydi ki, evlərinə gəlmişdi.Özü də hərbi geyimdəydi.Bu geyim onu daha da yaraşıqlı göstərirdi.Başqa zaman olsaydı buna görə, xəbərsiz evlərinə gəldiyi üçün Teymuru o ki, var danlayar, elə gəldiyi kimi də yola salardı.Amma indi bir ilin həsrəti və onun əsgər geyimində olması qəlbini yumşaltdı.Bir-birinə sarıldılar.Həmin an bütün dünya onların idi sanki...
-Burda niyə dayanmışıq, keç içəri.-Günay onu axır ki,evə dəvət etdi.
-Yox, mən gedim.Hələ evdəkilər bilmir gəldiyimi.Həm də hazırlaş.Elə bu gün səni valideynlərimlə tanış edəcəm.Teymur bunu deyib sağollaşdı.Gedərkən Günayın alnından öpdü.
Əslində bir il əvvəl onun hərbi xidmətə qəfil gedişi səbəbsiz deyildi.Düzdür, vətəni çox sevirdi.Ən böyük arzusu ya qalib, ya şəhid olmaq idi.Amma keçən il başqa səbəb də ortaya çıxdı.Valideynləri onu evləndirməyə tələsdirir, hətta ona qız da tapmışdılar.O zaman Günay haqda evlərində deyə bilməzdi.Axı Günay özü onu uzaqlaşdırşmışdı.Onu rədd edən qız haqda deyə bilmir, sevmədiyi biriylə evlənməyəsə özünü məcbur etmək istəmirdi..İndisə hər şey onun arzuladığı istiqamətdə dəyişib.Elə bu gün Günayı ailəsiylə tanış etməyə qərar vermişdi..
...Artıq üç il keçib.Günayla Teymur xoşbəxt ailə həyatı yaşayır.Bu sevgidən yaranan bir oğul və bir qızları da var-Uğur və Səma.
Yeddi il əvvəl ilk məhəbbətini itirəndə,ömür boyu onun yasını saxlayacağına söz verəndə Günayın heç ağlına da gəlməzdi ki,qismətində bu günləri yaşamaq da varmış.Sevgi onun qəlbinin qapısını bir daha döyəcəkmiş.Həm də ömür boyu arzuladığı sevgi..
[cavab]
[cavab]
1ce2miz3un
13 Okt 2013 / 19:47
Twk-ler
[cavab]
WEN-OGLAN
13 Okt 2013 / 20:09
Plagiyattt
[cavab]
RESAD_AGDAMLI
13 Okt 2013 / 20:24
COX MINETDARAM QAQA.
[cavab]
Elikram
13 Okt 2013 / 20:47
alfa, cox gozel
[cavab]
semi007
13 Okt 2013 / 21:05
cooox uzundu
[cavab]
Bölmeye qayıt
0.1462 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az