..::Möhürə səcdə etmək::..
aze
13 Okt 2013 / 17:09
Möhürə səcdə ilə bağlı bəhs kimi
hazırlanmış maraqlı bir məqalə.
Sami: Əli, siz şiələr, qurumuş bir
palçıq olan möhürə səcdə edərək,
şirkə düçar olur və Allah əvəzinə
ona sitayiş edirsiniz!
Əli: Sizdən bir sual soruşa bilərəm?
Sami: Buyurun!
Əli: Allahın cisminə səcdə etmək
vacibdirmi?
Sami: Sənin bu sualın Allaha qarşı
küfrdür, çünki Allah, cisim deyil.
Odur ki, gözə görünmür və əl ilə
ləms olunmur. Şübhəsiz ki, Allahın
bir cisim olduğuna e`tiqad
bəsləyən şəxs, kafirdir.
Bundan əlavə, səcdə Allah
qarşısında bəndəçilik və zəlillik
nişanəsidir və buna görə də biz,
Allah üçün (və Onun qarşısında)
səcdə edirik. Biz, Allahın üzərinə
(Onu bir cisim sanıb) səcdəyə
getmirik, çünki bu tərzi-təfəkkür,
küfrdür.
Əli: Sizin verdiyiniz bu cavabla
sübut etmək olar ki, möhür
üzərinə səcdə etmək, şirk deyildir.
çünki əgər biz, möhürü Allah
bilsəydik, bu halda möhürün
üzərinə deyil, onun qarşısında
səcdə edərdik. Bir qədər öncə
qeyd etdiniz ki, sitayiş edən şəxsin
məqsədi, Allahın üzərinə deyil,
Onun qarşısında səcdə etməkdir.
Sami: İlk dəfədir ki, belə bir təhlil
eşidirəm. Deməli, siz əgər möhürü
Allah bilsəydiniz, onun üzərinə
səcdə edə bilməzdiniz. Lakin siz,
alnınızı möhürün üzərinə qoyub,
səcdə edirsiniz və bu əməl, sübuta
yetirir ki, siz, bu möhürü Allah
hesab etmirsiniz.
İndi mən sizdən bir sual soruşa
bilərəm?
Əli: Buyurun.
Sami: Axı nə üçün siz şiələr, ancaq
möhür üzərinə səcdə edirsiniz,
yə`ni başqa əşyalar üzərinə səcdə
etmək düzgün deyil?
Əli: Allahın elçisi (s) buyurub:
«ﺟُﻌِﻠَﺖْ ﻟِﻲَ ﺍﻟْﺎَﺭْﺽُ ﻣَﺴْﺠِﺪﺍً ﻭَ ﻃَﻬُﻮﺭﺍً»
Yə`ni, «torpaq mənim üçün
(mənim dinimdə), səcdə yeri və
pakedici qərar verilibdir»[1].
[cavab]
aze
13 Okt 2013 / 17:10
İslam dininə mənsub olan bütün
məzhəblər torpaq üzərinə səcdə
etməyin caiz olduğu barədə eyni
əqidədə olduqları üçün biz də
torpaq üzərinə səcdə etməyə daha
üstünlük veririk.
Sami: Sizin dediyinizə görə bütün
müsəlmanlar eyni əqidədədirlər ki,
torpaq üzərinə səcdə etmək
düzgündür. Bu barədə sübutunuz
varmı?
Əli: Tarixə nəzər saldıqda görürük
ki, İslamın əziz Peyğəmbəri (s)
Mədinə şəhərinə hicrət etdikdən
sonra orada bir məscid tikdirdi.
Deyə bilərsiniz ki, bu məscidin
yerinə nə döşəmişdilər?
Sami: O məscidin yerinə heç nə
döşəməmişdilər.
Əli: Peyğəmbər (s) və müsəlmanlar
bu məsciddə nəyin üzərinə səcdə
edirdilər?
Sami: Torpağın üzərinə.
Əli: Deməli, İslam Peyğəmbəri (s),
quru yerdə dayanıb, torpaq
üzərinə səcdə edərək, namaz
qılıbdır. Həmçinin, istər o həzrətlə
eyni zamanda yaşayan
müsəlmanlar, istərsə də o
həzrətdən sonra gələn
müsəlmanlar torpağın üzərinə
səcdə edibdirlər. Odur ki, torpaq
üzərinə səcdə etmək, doğru və
düzgün bir əməl sayılır və bu
barədə şəkk-şübhə üçün bir yer
yoxdur. Biz də öz
Peyğəmbərimizin (s) yolunu
davam etdirərək, torpaq üzərinə
səcdə edirik və şübhəsiz ki,
qıldığımız namazlar da düzgündür.
Sami: Bəs nə üçün siz şiələr,
özünüzlə gəzdirdiyiniz möhürdən
başqa bir yerə səcdə etmirsiniz?
Əli: Sizin bu sualınızın cavabı iki
hissədən ibarətdir:
Şiə məzhəbinin nəzərincə yerin hər
bir hissəsinə – istər torpaq yer
olsun, istərsə də daş yer olsun-
səcdə etmək caizdir.
Səcdə yerinin paklığı, düzgün
namazın şərtlərindən biridir.
Deməli, murdar bir yerə və murdar
torpağa səcdə etmək namazın
batil olmasına səbəb olur. Buna
görə də biz, pak bir torpaq
(qurudulmuş palçiq) parçasını
özümüzlə gəzdirir və xatircəmliklə
bu pak torpaq üzərinə səcdə
edərək, namaz qılırıq. Əlbəttə,
müəyyən bir torpağın və ya yerin
murdar olduğuna tam əmin
olmadıqda da, o yerə səcdə etməyi
caiz bilirik.
Sami: Əgər məqsədiniz xalis və pak
torpaq üzərinə səcdə etməkdirsə,
onda nə üçün möhür əvəzinə
özünüzlə bir qədər pak torpaq
gəzdirmirsiniz?
Əli: Torpağı cibə tökmək, paltarın
kirlənməsinə bais olduğu üçün biz,
bu torpağı su ilə qarışdırıb,
qurudur və onu bu şəkildə
özümüzlə gəzdiririk.
Başqa bir tərəfdən də səcdə, yalnız
Allaha məxsusdur və Onun
qarşısında bəndəçiliyin ən yüksək
dərəcəsidir. Torpaq üzərinə səcdə
etmək isə bu bəndəçiliyi son bir
həddinə yetirir. Beləliklə də əgər
biz, səcdə etməklə Allah qarşısında
öz bəndəçiliyimizi izhar etmək
istəyiriksə, üzərinə səcdə etdiyimiz
əşya, qürur doğuran amillərdən
kənar olmalıdır. Buna görə də
müqəddəs İslam şəriətində
tövsiyə olunur ki, səcdə yeri, əllər
və dizlər qoyulan yerdən aşağıda
olsun[2] və səcdə halında burun
yerə dəysin, çünki bunlar
bəndəçiliyin artmasına bais olur.
[cavab]
ilkin_555
13 Okt 2013 / 17:11
Hmmmmm twk...
[cavab]
aze
13 Okt 2013 / 17:11
Xülasə, bir parça quru gil üzərinə
səcdə etmək, başqa əşyalar
üzərinə səcdə etməkdən daha
yaxşıdır. Səcdə halında insan,
cisminin ən əziz üzvünü, yə`ni
alnını torpaq üzərinə qoyur, bu
yolla Tanrısı qarşısında öz
bəndəçiliyini bildirir və Onun
əzəməti və cəlaləti qarşısında nə
qədər aciz olduğunu duyur. Çox
güman ki, qiymətli xalça və ya
səccadə və yaxud qızıl, gümüş və
əqiq kimi qiymətli əşyalar üzərinə
səcdə etmək, Allahın əzəməti
qarşısında bəndəçiliyk və acizlik
hissələrinin aradan getməsinə bais
ola bilər.
Sizin nəzərinizcə Xaliq qarşısında
bəndəçiliyk hissələrini çoxaldan bir
əşya üzərinə səcdə etmək, şirk və
küfr, amma bu hissin azalmasına
bais olan əşyalar üzərinə səcdə
etmək Ona yaxın olmaq
nişanəsidir?
Sami: Sizin namazda istifadə
etdiyiniz möhürlərin üzərində
bə`zi sözlər həkk olunubdur, bu
sözlər nəyi bildirir?
Əli: möhürlərin hamısında yazı
yazılmayıbdır. Amma üzərində yazı
yazılan möhürlər bildirir ki, bu
möhür, Kərbəla[3] türbətindən
hazırlanıbdır. Sizin fikrinizcə, bu
əməl şirkdir? Və ya üzərində yazı
yazılan möhürə səcdə etmək
düzgün deyildir? Əgər belə
fikirləşirsiniz sə, düz
fikirləşmirsini z.
Sami: Kərbəla torpağından olan
möhür hansı xüsusiyyətə malikdir
ki, şiələr bu möhür üzərinə səcdə
etməyi daha üstün bilirlər?
Əli: Kərbəla türbəti üzərinə səcdə
etmək barədə belə bir hədis
mövcuddur:
ﺍﻟﺴﺠُﻮﺩُ ﻋَﻠﯽ ﺗُﺮْﺑَﺔِ ﺍﻟْﺤُﺴَﻴْﻦ ﻋَﻠَﻴْﻪِ ﺍﻟﺴَّﻼﻡُ
ﻳَﺨْﺘَﺮِﻕُ ﺍﻟْﺴﻤﺎﻭﺍﺕ ﺍﻟﺴَّﺒْﻊَ
Yə`ni, «imam Hüseynin (ə)
türbətinə səcdə etmək, (göyün)
yeddi qatını yarır»[4].
Bu hədisdə bildirilir ki, imam
Hüseynin (ə) türbətinə səcdə edib,
namaz qılmaq, bu namazın Allah
dərgahında qəbul olunmasına
səbəb olur. çünki bu torpaq, başqa
torpaqlardan üstün qərar
verilibdir.
[cavab]
aze
13 Okt 2013 / 17:12
Sami: Demək istəyirsiniz ki, imam
Hüseynin (ə) türbəti üzərinə səcdə
etmək, batil namazların da Allah
dərgahında qəbula yetməsinə
səbəb olur?
Əli: Şiə məzhəbinin nəzərincə,
namazın şərtlərinə riayət
etmədikdə, namaz batil olur və
Allah dərgahında da qəbula yetmir.
Lakin bə`zən, namazın bütün
şərtlərinə riayət etdiləsinə
baxmayaraq, bu namaz Allah
dərgahında qəbul olunmur və ona
heç bir savab yazılmır. Qeyd
etməliyik ki, namazın düzgünlüyü
və onun Allah dərgahında qəbula
yetməsi başqa-başqa mövzulardır.
Odur ki, biz şiələrin əqidəsincə,
imam Hüseynin (ə) türbəti üzərinə
səcdə edən şəxsin namazı hökmən
qəbula yetir, hətta ona artıq savab
da yazılır. Bir şərtlə ki, bu şəxs,
namazın şərtlərinə riayət etməlidir.
Sami: Sizin nəzərinizcə Kərbəla
torpağı, bütün torpaqlardan, hətta
Məkkə və Mədinə torpağından da
üstün və şərafətlidir? çünki siz,
indicə e`tiraf etdiniz ki, bu türbət
üzərinə səcdə etməyin savabı
başqa torpaqlar üzərinə səcdə
etməyin savabından daha çoxdur!
Əli: Fikrinizi daha da açıqlaya
bilərsiniz?
Sami: Demək istəyirəm ki, həzrət
Adəmin (ə) dövründən indiyədək
əmin-amanlıq hərəmi sayılan
Məkkə torpağı və Rəsuli-Əkrəmin
(s) dəfn edildiyi Mədinə torpağının
fəziləti və şərafəti Kərbəladan
azdırmı? Yə`ni Hüseyn ibni Əli,
babası Peyğəmbərdən üstündür?
Bu, çox qəribə bir düşüncədir!
Əli: Biz, əsla belə düşünmürük.
Şübhəsiz ki, imam Hüseynin (ə)
əzəmət, məqam və şərafəti babası
Rəsulüllahın (s) əzəmət, məqam və
şərafəti sayəsindədir. Bunu da
bilirik ki, imam Hüseyn (ə),
babasının gətirdiyi din uğrunda
qiyam edib, bu yolda şəhadətə
yetdiyi üçün belə bir əzəmət və
şərafəti əldə edibdir. O, İslam
dinini mənfəətpərəstlə rin əlindən
qorumaq və onun üsullarını
möhkəmləndirmək üçün ailəsini
və köməkçilərini fəda etdiyinə
xatir Allah taala, bu üç şeyi o
imama bəxşiş etdi: 1-O həzrətin
hərəmində edilən dua müstəcab
olur; 2- Ondan sonra gələn
mə`sum imamlar o həzrətin
nəslindəndir; 3-O həzrətin türbəti
hər bir dərd üçün şəfa qərar
verilibdir[5].
Bəli, imam Hüseyn (ə), müqəddəs
İslam dini yolunda faciəli şəkildə
şəhid olduğu üçün Allah taala,
Kərbəla torpağına belə bir məqam
və əzəmət bəxş etmişdir. İmam
Hüseynin (ə) bütün köməkçiləri
döyüş meydanında şəhid oldular
və o həzrətin qızları və qadınları
əsir düşdülər. Bir sözlə, imam
Hüseyn (ə), İslam dininin
müdafiəsi və mühafizəsi yolunda
hər bir çətinliyə dözdü və bu ilahi
imtahandan başıuca çıxdı. Sizin
nəzərinizcə bu fədakarlığa görə o
həzrətin türbətinə belə bir əzəmət
və məqamın bəxş edilməsi qeyri-
məntiqidi rmi? Və yaxud Kərbəla
türbətinin başqa torpaqlardan, o
cümlədən, Mədinə torpağından
üstün olmağı, imam Hüseynin (ə)
Peyğəmbərdən üstün olduğuna
dəlalət edir?
Bir daha təkrar edirəm ki, biz şiələr
əsla belə düşünmürük!
İmam Hüseynin (ə) türbətinə
ehtiram bəsləmək, o həzrətə
ehtiram bəsləməkdir və imam
Hüseyni (ə) əziz tutmaq, Allahı və
Onun elçisini (s) əziz tutmaqdır.
[cavab]
aze
13 Okt 2013 / 17:17
Sami: Gətirdiyiniz bu sübutlar
tamamilə məntiqə uyğundur. Bu
söhbətimizdən əvvəl mən elə
düşünürdüm ki, siz şiələr, imam
Hüseyni (ə) hətta Peyğəmbərdən
belə üstün bilirsiniz. İndi isə
həqiqəti bildim və belə dəyərli və
faydalı mə`lumatları mənə
çatdırdığınız üçün sizə təşəkkür
edirəm. Bundan sonra mən də,
xalça və ya mə`dəndən çıxarılan
qiymətli əşyaların əvəzinə
müqəddəs Kərbəla torpağından bir
qədərini üstümdə gəzdirib, onun
üzərinə səcdə edəcəyəm.
Əli: Mən, sizi düşmənlərin bizə
vurduqları yalan və əsassız
töhmətlərdən agah etmək üçün
əlimdən gələni əsirgəmədim; onlar
özlərini müsəlman hesab edirlər,
amma həqiqətdə bütün
müsəlmanların düşmənidirlər.
Ümidvaram ki, bundan sonra şiə
məzhəbinin əqidə və
düşüncələrinin əleyhinə eşitdiyin
sözləri həmin an qəbul etməyib,
həmişə həqiqəti tapmaq üçün sə`y
göstərəsən. Mənim sizdən xahişim
yalnız budur.
[1] “Səhihi-buxari” nin 1-ci cildi,
128-ci səh; “Kitabüt-təyəmm
üm”dəki 328-ci hədis, “Səhihi
Müslim”in 2-ci cildi, 9-cu səh;
“Kitabül məsacid və məvaziüs-
səlat” kitabındakı 5-ci hədis,
“Sünəni Tirmizi”nin 2-ci cildi, 131-
ci səh; 36-cı bölüm, 317-ci hədis,
Şeyx Səduqun “Mən la yəhzuruhul-
fəqi h” adlı kitabının 1-ci cildi,
155-ci səh; 38-ci bölüm, 1-ci hədis,
“Vəsailüş-şiə” kitabının 2-ci cildi,
969-970-ci səh.-lər, 7-ci bölüm, 2-ci
hədis.
[2] Mühəqqiq Hillinin “Şərayiul
islam” kitabı, 1-ci cild, “Səcdənin
müstəhəb əməlləri” fəsli
[3] Həzrət peyğəmbər (s.ə.v.a)
buyurub: “Mənim övladlarımdan
biri (yə`ni, imam Hüseyn) Kərbəla
adlı bir yerdə dəfn ediləcəkdir. Bu
yer, “Qübbətül-İslam ” (yə`ni,
İslamın aman yeri) adlanır. Belə ki,
Allah taala Nuh peyğəmbərlə birgə
olan mö`minləri bu yerdə
tufandan nicat vermişdir.”
Həmçinin imam Baqir (ə) buyurub:
“Musa ibn İmran, Ğaziriyyədə
(Kərbəlanın başqa bir adıdır) Allah
ilə söhbət etmiş və Nuh
peyğəmbər, bu yerdə öz Rəbbi ilə
münacatla məşğul olmuşdur. Bu
yer, Allah yanında hər yerdən
əzizdir. Əgər bu yer, Allah üçün əziz
olmasaydı, heç vaxt peyğəmbər
övladları və övliyaların məzarını
burada qərar verməzdi. (Kərbəlada
iki yüz peyğəmbər və iki yüz
peyğəmbər canişini dəfn edilibdir.)
Bizim Ğaziriyyədə yerləşən
məzarları ziyarət edin! Allah taala
Kə`bəni yaradıb, oranı əmin-
amanlıq hərəmi və mübarək bir
məkan qərar verməmişdən iyirmi
dörd min il öncə Kərbəlanı əmin-
amanlıq hərəmi və mübarək bir
məkan qərar vermişdir. Kərbəla
torpağı və Fəratın suyu, Allah
taalanın müqəddəs qərar verdiyi
ilk torpaq və ilk sudur.” (İbn
Quləveyh Cə`fər ibn Məhəmməd
Qumminin “Kamilüz-ziyarə t”
kitabı, 444-cü səh; “Kərbəlanın
fəziləti “ adlı 88-ci bölüm)
Həmçinin Ə`la ibn Übəyy Acə
[cavab]
aze
13 Okt 2013 / 17:17
Rə`sül-Calutdan nəql edir ki, atası
ona dedi: “Mən, hər dəfə Kərbəla
torpağına yaxınlaşdıqda qatırımı
qamçılayıb, tələsik oradan xaric
olurdum.” Mən, atamdan bunun
səbəbini soruşduqda, o, belə cavab
verdi: “Camaat arasında belə söz
gəzirdi ki, bu məkanda Peyğəmbər
övladlarından birini qətlə
yetirəcəklər. Mən də öz canımın
qorxusundan –bu gümanla ki,
birdən qətlə yetirilən şəxs, mən
olaram- tələsik o yerdən keçib,
gedirdim. Lakin imam Hüseyn (ə)
şəhid edildikdən sonra bildik ki, bu
yer barəsində deyilən sözlər,
imama aid imiş. Bu hadisədən
sonra artıq mən, bu yerdən
tələsmədən keçib,
gedirdim.” (“Tarixi-Təbəri ”nin 5-
ci cildi, 393-cü səh; “Altmışıncı
hicri-qəməri ilinin hadisələri” adlı
fəsil. Həmçinin “Əl-kamil fit-
tarix”in 4-cü cildi, 90-cı səh;
“Altmışıncı hicri ilinini hadisələri”)
[3] “Misbahül-mütəh əccid”
kitabının 734-cü səh.-də qeyd
olunubdur ki, Müaviyə ibn Əmmar
belə nəql edir: “İmam Sadiq (ə)
imam Hüseynin (ə) türbətindən bir
qədər götürüb, sarı rəngli ipək
parçanın arasında saxlayırdı və
namaz vaxtı o türbəti səccadəsinə
qoyub, onun üzərinə səcdə edirdi.”
[4] “Misbahül-mütəh əccid”
kitabının 734-cü səh.-də qeyd
olunubdur ki, Müaviyə ibn Əmmar
belə nəql edir: “İmam Sadiq (ə)
imam Hüseynin (ə) türbətindən bir
qədər götürüb, sarı rəngli ipək
parçanın arasında saxlayırdı və
namaz vaxtı o türbəti səccadəsinə
qoyub, onun üzərinə səcdə edirdi.”
[5] “Kamilüz-ziyarə t” kitabı, 274-
cü səh
[cavab]
aze
13 Okt 2013 / 17:20
ilkin_555, Allah razı olsun
[cavab]
*Bilgehli*
13 Okt 2013 / 17:30
Elad!
[cavab]
O(e)GELECEK
13 Okt 2013 / 18:01
LEBBEYK ehsen ehsen ehsen exi
[cavab]
Bölmeye qayıt