..::ŞEYTAN::..
aze
13 Okt 2013 / 03:29
İbrətamiz hekayə..
Gecənin ən qaranlıq vaxti idi. Qara
libasına bürünmüş bir yad
qaranlığa qarışaraq addımlayırdı.
Qara uzun paltarı yer ilə sürünür,
sanki bütün zülməti özü ilə dartıb
aparırdı..
Yavaşca məscidin qapısını açdı.
Qapı tük ürpədici bir səs çıxardı.
Bu məscidin çəkdiyi "ah” idi. Axır
ki onu yada salan olmuşdu. Amma
bu sevinc "ah”ı bir an içində qəm
fəryadına çevrildi. Məscidin qonağı
var idi. Amma bu qonağı məscid
heç gözləmirdi...
Qara uzun libasına bürünmüş
qaranlıqdan seçilməyən bu simada
qan rəngli iki göz parlayırdı. Bu
şeytan idi. Şeytan məscidin çirkli
xalçasına, rəflərdəki toz basmış
Qur’anlara, köhnə minbərə baxdı.
Bu mənzərə onu dəhşətə gətirdi.
Sonuncu dəfə məscidə girəndə
yüzlərlə minlərlə müsəlman ona o
qədər lənət yağdırmışdı ki, çıxış
yolu tapmayıb özünü minarədən
atmışdı. İndi isə boş məscidə baxır
və düşmənlərinə yazığı gəlirdi.
Bir az irəlilədi, üzünü Qibləyə tutdu
və diz çökdü. O özü də bilmirdi nə
edirdi. Amma əlacı yox idi. Əllərini
açdı və duasına başladı:
"Bismilləhir-Ra hmənir-Rahim” -Ey
uca və qüdrətli Allah, sənə dua
etmədiyim 100000 il oldu. Özün
bilirsən sənin rızan üçün necə
darıxmışam. Keçmiş vaxtlar
yadıma düşür, Sənə etdiyim
ibadətlər.. Mən sənə hər kəsdən
yaxın olmuşdum. Mən xoşbəxt
idim. Sonra sən insanı yaratdın. Və
mən günaha batdım. Böyük
günaha. Məni oradan qovdun.
Mənə və mənə tabe olanlara
Cəhənnəmi yaratdın.
Yox, mən tövbə etməyə
gəlməmişəm. Qiyamət gününə
kimi insanları sənin yolundan
çıxaracağıma söz vermişdim. Sən
də mənə vaxt verdiyini söz
vermişdin. Amma indi hər şey
başqa cürdür. Əvvəllər mən
insanları sənin yolundan çıxara
bilirdim. İndi isə heç kəsi yoldan
çıxara bilmirəm. Heç kəsi pis yola
sala bilmirəm. Çünki insanlar özləri
pis yola gedir. Mənə heç ehtiyacları
yoxdur...
Məni də üzən,kədərləndi rən elə
budur. Özümü çox lazımsız hiss
edirəm. Heç bir işə yaramayan bir
məxluq oldum. Həyatımın mənası
insanları pis yola çəkmək idi. İndi
isə həyatımın mənası itib.
Yalvarıram uca Allah mənim bir
duamı qəbul et. Yalvarıram
dünyaya yaxşı insanlar gətir. Mən
də onları yoldan çıxarmağa
çalışım..boş durmaqdan ürəyim
partlayır, yalvarıram dünyaya
yaxşı insanlar gətir..
Qara libaslı bu yad duasını bitirib,
göz yaşlarını silib yavaş-yavaş
addımlayıb məsciddən çıxdı. Qara
libası yer ilə sürünərək qaranlığa
qarışdı və qara libaslı yad
zülmətdə yox oldu.
[cavab]
[404]NoT_FoUnD
13 Okt 2013 / 03:44
Super
[cavab]
aze
13 Okt 2013 / 03:53
[404]NoT_FoUnD, Allah razı olsun
[cavab]
O(e)GELECEK
13 Okt 2013 / 04:12
eh dunya weytanda biz gunahkarlarin halina yanir
ESTEGFIRULLAHI REBBI VE ETUBI ILEYH
[cavab]
aze
13 Okt 2013 / 04:18
O(e)GELECEK, euzu billehi nineş şeytanir ragim
red. aze (13.10 /04:18)
[cavab]
O(e)GELECEK
13 Okt 2013 / 05:14
aze, elhemdulillah
[cavab]
aze
13 Okt 2013 / 05:51
O(e)GELECEK, )
[cavab]
*BUTTERFLY*
13 Okt 2013 / 13:54
aze,sag ol.ALLAH RAZI OLSUN SENDEN.
[cavab]
aze
13 Okt 2013 / 16:07
*BUTTERFLY*, Allah razı olsun
[cavab]
pessimistka
13 Okt 2013 / 16:43
Iblis nedir? Cumle xeyanetlere bais. Bes her seye xain olan insan nedir-iblis. Huseyn Cavidin "Iblis" eseri. Allah insanlari pis yoldan cekindirsin.Amin! Yazan elleriniz var olsun,aze
red. pessimistka (13.10 /16:44)
[cavab]
Bölmeye qayıt
0.2655 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az