Aci Hekaye <<<<<<<<

pol CEKOKASKO 12 Okt 2013 / 12:50
Şəhərin mərkəzin küçələrindən birində, Ölüm hadisəsi baş verdi, varlı adamın evində. Varlı şəxsin qızı özünü öldürdü, Heç kəs bilmirdi qız bu addımı ilə nə məqsəd güdürdü. Mərhumənin sayılan problemi yox idi, evde hər cür şərait vardı, Vəsait vardı, hörmət, mərifət, mədəniyyət, qohum-qardaş, külfət vardı. Amma, qızın həyatında yenə də, nəsə əksik, Onun hamamda tapdılar, vena, damarları kəsik. Ovucunda lezva sıxıb, al qırmızı qan, hər yan, Açıq gözlərdə gözlərdə, ölü sükut, ölü baxış, sanki, qan Damcıları, kafeldə, yaratmışdı naxış. Polis tərəfindən axtarış, qonşular tanış, Anbulans, yoxdur şans, ölümün səbəbini axtarmağa, Ata gözləri dolmuş, keçir qızın yatdığı otağa. Baxır ətrafa, oturur səliqə ilə yığılmış yatağa, Təsadüfən əli toxunur yastığa. Qara bloknot, ayrı not, ayrı dünya açılır Onun önündə, alır baxır, İlk vərəq, qızın adı, təvəllüdü, Qızın şəkili, ınanılmazdı ki, indi o ölüdü. Vərəqləri oxuyur, sevinc, həyat arzular, əlvan yazılar, Pozular, qaralamalar, son səhifələr, ölümə səbəblər, Qara günlər, həyatdan vidalaşması, Dəli olur həqiqəti bilib, qışqırır qızın atası. Dəli olur həqiqəti bilib, qışqırır qızın atası. Bloknot Açılmayan vərəqlər Gəlin qara bloknotu nəzərdən keçirək, Çevirək ilk vərəqləri, son səhifələri görək. Budur axırdan üçüncu vərəq, yazılar çox səliqəsiz, Oxuyuram, xahiş edirəm hər şeyə fikir verəsiz. Qız yazır: “Başa düşmürəm, niyə o belə edir?” İzah edirəm, söhbət onun sevdiyi oğlandan gedir. “Mənə deyir, guya ailəmə görə münasibət pozulmalı, Başa düşmürəm onu, bu hansı qanuna yazılmalı? Atamın məhşur bankı, onu hamı tanıyır, bəlkə O məni sınıyır bu sözlərini deyərək? Atamı görərək dostlarıyla, bilirəm var hörməti, Amma, sevdiyim oğlanın deyəsən fikri yaman qəti. Atamın təbiəti qəribə, o, maraqlı insan, Yaxşı olar, əgər bu vərəqə burda son qoysam.” Axırdan ikinci vərəq, söhbətdən beş gün keçib, Bu dəfə qız başqa şey yazır, ayrı mövzu seçib. “Rəfiqələrim məni sıxışdırır, tez-tez edirlər lağ, Mənə deyirlər, atanı tanıyırsanmı, ay uşaq? Camaatı müflis edib ki, özü varlı yaşasın, Həyatını iblis edib ki, guya mələk tək qalsın. Belə çıxır atama görə, vicdan və mənfəət eyni? Əyni-başı, zahiri yaxşı, belə çıxır hər şey saxta? Ürəyi qalmaqda, maskadır vid-fason, Deyesən atam gəlir, burada qiyuram son.” Deyesən atam gəlir, burada qiyuram son Bloknot Açılmayan vərəqlər Üçüncü vərəq, hadisələrin əsas dönüş nöqtəsi, Qız bu səhifəyə köçürür, daxilindən gələn səsi. Göz yaşı ləkəsi, bəzi hərflər buraxılıb, Qız yazır ki: “Bugün o, evdə tək qalıb. İndi mən anladım, anam niyə gedib rəhmətə, Gəlsin lənətə atam, onun ikiüz sifətə Malik olduğunu, bilib ölüb yazıq anam, Məcburam atama görə indi məndə, utanam. Deyir: Məni ərə verəcək, tanımadığım birinə, Hansısa bankirin evinə gedib, dönəcəyəm gəlinə. O, nə danışır, onun əlinə düşsə həyat ipim, O, çox şey edər, lakin, mənim həyat prinsipim. Gərək aydın olsun ona, Bugün hər şey çatacaq Sona həyatda, qalmayıb, artıq, Dəyər özüm-özümü əyməsəm, mühitim məni əyər. Gəlin getdiyim həmin ailədə, sonda qara geyər. Ən yaxşısı – ölüm havası, ən yaxşısı – sükut, Ana, mən gəlirəm, əlini uzat, əlimdən tut. Bilmirəm atam oxuyacaq bunları, ya yox, Bir söz deyirəm ata: Özün- özündən qorx. Sağol həyat, sağol irəlidə ki, günlər, Sağol otağım, sağol pəncərəmdə ki, günlər. Sağol bloknot, sən idin mənim qəlbimin nəfəsi.” Ən sonda, üç nöqtə və sonsuzluq işarəsi. Ən sonda, üç nöqtə və sonsuzluq işarəsi. Sonsuzluq işarəsin biz, həyatımızda çox zaman qoymağa məcbur oluruq. Ömid sonsuzdu, necəki zaman sonsuzdu. Bloknot Açılmayan vərəqlər

[cavab]

pol WEN-OGLAN 12 Okt 2013 / 12:57
Yaxşi daaa çürümüş şeyler yazmayin

[cavab]

pol (ETI) 12 Okt 2013 / 12:59
pis deil

[cavab]

pol *K_I_L_L_E_R* 12 Okt 2013 / 13:21
LIKE :)

[cavab]

pol SeV_AmA_UnUTmA 12 Okt 2013 / 13:48
CEKOKASKO, di cox saqol.copy eden ellerin var olsun:)
red. SeV_AmA_UnUTmA (12.10 /13:50)

[cavab]

pol Shuvelanli* 12 Okt 2013 / 14:27
By fresh mesajiva cvb yaza bilmirem ) texnikam '5' olmalidi. "Wukur Allaha yaxwiyam. Niklerimin hamsi itib )"

[cavab]

pol Elikram 12 Okt 2013 / 14:49
CEKOKASKO, yaxsidir

[cavab]

pol CEKOKASKO 12 Okt 2013 / 16:03
WEN-OGLAN, maraqa

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1868 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az