..::Sələfi iddiası::..

pol aze 11 Okt 2013 / 15:22
Böhtan və iftiralara cavab
Sələfi iddiası: «Şiələr İmamlarını ilahiləşdirir və deyirlər ki, ölünü dirildə bilirlər»

Rəhman və rəhim olan Allahın adı ilə.

Çox tez-tez eşidirik ki, müsəlman qatili Muhəmməd bin Əbdül-Vəhhabın davamçıları olan sələfilər şiələri Əhli-beyti (ə) layiq olmadıqları şəkildə ucaltmaqda, onları ilahiləşdirməkdə günahlandırırlar. Xüsusən, ən çox təkrarladıqları məsələlərdən biri ölünün dirildilməsidir. Misal üçün, ingilisdilli saytlarda daha çox fəaliyyət göstərən Əbu Əli Əfəndi əl-Ucari ləqəbli həmvətənimiz öz saytında ingilisdilində bu hədisi paylaşıb. Adını da qoyub «İmam ölünü dirildir».

Əshabımızdan bir neçə nəfər Əhməd bin Muhəmməddən, o da Əli bin əl-Həkəmdən, o da Musənnadan, o da Əbu Bəsirdən onun belə dediyini rəvayət etdi: Əbu Cəfərin (İmam Baqir əleyhis-səlam) yanına getdim və ona dedim ki: «Siz Allah Rəsulunun varislərisiniz?» Dedi: «Bəli.» Dedim: «Allah Rəsulu (s.ə.a) bütün nəbilərin varisi və onların bildiyi hər şeyi bilən şəxs idimi?» Dedi: «Bəli.» Dedim: «Onda siz ölüləri diriltmə, korluğu və cüzamı sağaltmaq gücünə sahibsiniz?» Dedi: «Bəli, Allahın izniylə.» Sonra mənə dedi: «Yaxına gəl, ya Əbu Muhəmməd!» Mən ona yaxınlaşdım, üzümə və gözlərimə əl çəkdi. Və mən günəşi, göyləri, yeri, evləri və şəhərdə olan hər şeyi gördüm. Sonra mənə dedi: «Belə qalmağı və qiyamət günü insanların savab və günahlarına ortaq olmağı istəyirsən, yoxsa keçmiş halına qayıdaraq yaşayıb birbaşa cənnətə getməyi?» Dedim: «Əvvəlki halıma qayıtmaq istəyirəm.» O, mənim gözlərimə əl çəkdi və əvvəlki vəziyyətimə qayıtdım. Bu hadisəni İbn Əbu Umeyrə danışdım. Mənə belə dedi: «Gündüzün haqq olduğu kimi, bunun da haqq olduğuna şahidlik edirəm.»

Şeyx əl-Kuleyni, Üsul min əl-kafi, c.1, s.470
Bəzi cahillər deyir ki, nə danışırsız? Ölünü yalnız Allah dirildə bilər və sair və ilaxır... Onlara Qurandan İsanın (ə.s) Allahın iznilə ölüləri diriltməsi barədə ayəni qeyd etdikdə, deyirlər ki, bunun Qurandan dəlili var, Allah o qüdrəti və izni verib. Bəs Əhli-beytin (ə) bu işi görməsinə dəlil nədir? Çox qəribədir ki, bu dəlili onlara sələfilərin çox sevdiyi şeyxləri İbn Teymiyyə təqdim edir. İbn Teymmiyyə yazır:

«Peyğəmbərlərin möcüzələri onların həm özlərinin, həm də onları təsdiq edib peyğəmbərliklərini qəbul edənlərin doğruçuluğuna dəlalət edir. Allahın peyğəmbərlərə verdiyi möcüzələrin bənzəri bəzən digər peyğəmbərlərdə də olur. Məsələn, ölüləri diriltmək möcüzəsinə bir neçə peyğəmbər malik olub. Hətta bəzən ölülərin dirildilməsi peyğəmbərlərin ardıcıllarının əli ilə baş verir, necə ki, həm bu ümmətdən, həm də İsanın ardıcıllarından bu işi edənlər olub. Onlar deyirlər: “Allah Muhəmməd, yaxud İsaya tabeçiliyə görə ölüləri bizim əlimizlə dirildir. Biz onlara iman gətirdiyimiz və (peyğəmbərliklərini) təsdiq etdiyimiz üçün Allah ölüləri bizim əlimizlə dirildir.” Deməli ölünün dirildilməsi İsanın və ya Muhəməmədin peyğəmbərliyinə iman tələb edir və onları inkar etməklə bu işi görmək mümkünsüzdür. Beləcə o, (ölünün dirildilməsi) peyğəmbərlərin nübuvvətinin nişanəsidir.»

[cavab]

pol aze 11 Okt 2013 / 15:22
İbn Teymiyyə, Kitab ən-Nubuvvət, c.2, s.807-808; Əzva əs-Sələf, ər-Riyad, 1420/2000; təhqiq: Əbd əl-Əziz bin Salih ət-Tuvəyyan

«Şübhəsiz Allah öz peyğəmbərlərinə onlardan qeyrisində olmayan xüsusiyyətlər vermişdir. Həmçinin, şübhəsiz peyğəmbərlərin möcüzələrindən elələri vardir ki, başqaları onları göstərmək qüdrətinə malik deyil. Hətta bəzi peyğəmbərlərin elə möcüzələri var ki, onları ondan başqa peyğəmbərlər də gətirməyiblər. Məsələn Musanın əsası, əli(nin rənginin dəyişməsi) və dənizin iki yerə ayrılması Musadan (ə) başqasında olmayıb. Həmçinin ayın bölünməsi, Quran, barmaqların arasından su çıxması və sairə möcüzələr peyğəmbərlərin içində ancaq Muhəmməddə (s) olub. Eləcə də Salehin (ə) dəvə – yerdən dəvə çıxması – möcüzəsinin bənzəri ondan başqasında olmayıb. Bütün bunların əksinə olaraq ölülərin dirildilməsi möcüzəsində peyğəmbərlərin çoxu, hətta əməlisaleh insanlar şərikdirlər.»

İbn Teymiyyə, Kitab ən-Nubuvvət, c.2, s.820-821; Əzva əs-Sələf, ər-Riyad, 1420/2000; təhqiq: Əbd əl-Əziz bin Salih ət-Tuvəyyan

«Peyğəmbərləri inkar edənlərin heç biri onların möcüzələrinin bənzərini göstərmək qüdrətinə malik deyil. Lakin peyğəmbərlərə iman gətirənlər etiraf edirlər ki, göstərdikləri (möcüzələr) peyğəmbərlərin möcüzələrindəndir. Amma bununla belə peyğəmbərlərin ardıcıllarının göstərdikləri möcüzələr tam şəkildə peyğəmbərlərin möcüzələrinə çatmır.Onlar (peyğəmbərlər və ardıcılları) ölünün dirildilməsi və yemək-içməyin artırılması kimi bəzi möcüzələrdə şərik olsalar da, Quran, dənizin iki hissəyə ayrılması və ayın bölünməsi kimi möcüzələrdə şərik deyildirlər. Çünki Allah peyğəmbərləri digərlərindən üstün etmişdir.»

İbn Teymiyyə, Kitab ən-Nubuvvət, c.2, s.865-866; Əzva əs-Sələf, ər-Riyad, 1420/2000; təhqiq: Əbd əl-Əziz bin Salih ət-Tuvəyyan

Əhli-beyt (ə) imamları həmin saleh insanlardan, Peyğəmbər (s) ardıcıllarından ola bilməzmi? Əgər bu iddia insanı ilahiləşdirməkdirsə, o zaman İbn Teymiyyə də saleh insanları ilahiləşdirmiş olur. Şərhi insaflı oxucularımıza buraxırıq.

[cavab]

pol O(e)GELECEK 11 Okt 2013 / 17:28
canim sene feda olsun exi sebr edek eli ardicillari haqqdi biz nebele subut etsekde xeyr elemir bu melunlara bunlar dunya perestdi sebren sebren exi

[cavab]

pol aze 11 Okt 2013 / 17:29
O(e)GELECEK, Allah elemesin:)he exi sebr ya sebr")

[cavab]

pol Elikram 11 Okt 2013 / 20:50
aze, sagol qardas. sebr ALLAHIN birinci adidir.

[cavab]

pol aze 11 Okt 2013 / 21:28
Elikram, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1623 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az