..::Mövlan::..

pol aze 11 Okt 2013 / 13:35
O zaman Mövlanın (ə.f.)
vətənimizdə də vəkili varmış...
Qasim ibn Əl-Əla, Mövlanın (ə.f)
Azərbaycana təyin edilmiş vəkil
idi.
Kiçik qeyb dövründə dörd naib və
səfirlərdən əlavə, Həzrət Məhdinin
(ə.f) xüsusi vəkilləri də fəaliyyət
göstərmişdir. İslam aləminin Əhli-
beyt (ə) tərəfdarlarının yaşadığı
müxtəlif məntəqələrində çoxsaylı
vəkillər vəzifələrini icra edirdilər.
Əvvəlki İmamların vəkilləri kimi
fəaliyyət göstərmək əmri almış
nümayəndələr (əlaqələndirici lər)
öz sualları ilə xüsusi vəkillərə və
dörd naibə müraciət edirdilər.
Onlar ən ucqar nöqtələrdə, eləcə
də dörd naibin sakin olduğu
Bağdadda fəaliyyət göstərirdilər.
Təbii ki, kiçik qeyb dövründə
vəkillər dünyanın müxtəlif
yerlərində yaşayan Əhli-Beyt (ə)
davamçıları ilə Bağdad arasında
rabitəni təmin edirdilər. Bu
vəkillərin çoxsaylı olmasına dəlillər
mövcuddur. Təssüf ki, onların
adları tarixi mənbələrdə dəqiq
göstərilməmişdi r. Şeyx Tusi “Əl-
Qeybət” kitabında vəkillərin
çoxsaylı olmasını qeyd edərək,
onlardan yalnız bəzilərinin adını
zikr edir.
Əvvəlki əsrlərdə olduğu kimi, qeyb
dovründə də “Vəkalət qurumu”-
nun fəaliyyəti zəruri olduğundan
Həzrət Höccət (ə.f) ehtiyac olan
qədər vəkillər təyin edirdi.
Mənbələrdə verilən məlumata
əsasən, İmam (ə.f) rəsmən özü bu
işlə məşğul olurdu. Məsələn
Məhəmməd ibn İbrahim ibn
Məhzyar Əhvazi şəxsən Həzrət
Mehdinin (ə.f) göstərişi ilə Əhvaz
nahiyəsinə vəkil təyin
olunmuşdur. Həzrət (ə.f) uyğun
məsələ ilə bağlı buyurmuşdur
”Səni (Məhəmmədi) atanın yerinə
vəkil təyin edirəm”.
Qasim ibn Əl-Əla.
Adı bizlərə mənbələrdən bəlli olan
Qasim ibn Əl-Əla, Mövlanın (ə.f)
Azərbaycana təyin edilmiş vəkil
idi.
Bu şəxs Azərbaycan əhli olmuş və
müqəddəs nahiyə tərəfindən
həmin məntəqəyə vəkil təyin
olunmuşdur. Şeyx Səduq onun
Həzrət Mehdi (ə.f) ilə görüşmüş
vəkillərdən olduğunu bildirir. Şeyx
Tusi “Əl-Qeybət” kitabında bu şəxs
haqqında müfəssəl məlumat
vermişdir. Şeyx Tusinin
bildirdiyinə görə, Həzrət Mehdinin
(ə.f) ona xüsusi diqqəti olmuşdur.
Nəzərinizə çatdıraq ki, səfir və
vəkillərin təyin edilərək Əhli-Beyt
(ə) tərəftarlarının yaşadığı
müxtəlif ucqar bölgələrin idarə
edilməsi sistemi lap əvvəlki
İmamların (ə) dövründən da
mövcud olmuşdur. Bu sistem,
zalım xəlifələrin təqiblərindən
yayınmaq üçün müəyyən
özünəməxsus qaydalara
söykənirdi.
İmam Sadiq (ə) adına İslam Maarifi
Akademiyası

[cavab]

pol qazasa 11 Okt 2013 / 15:04
ƏLA ALLAH RAZI OLSUN AMİN (Y)

[cavab]

pol aze 11 Okt 2013 / 15:10
qazasa, Allah razi olsun

[cavab]

pol O(e)GELECEK 11 Okt 2013 / 17:38
qardaw heqiqetende aganin vekili chox olub hemsohbeti chox olub buna subut min il bundan qabag yawamiw islam alimi neheng alim olub Weyx mufid aga weyx tusinin usdadi olub seyyid refinin usdadi olub deyirler chox neheng alim olub yegane alimdiki imam zaman agaynan mektublawib agaya mektub yazib aga ona cavab yazib bax buna subutdi weyx mufid aga

[cavab]

pol aze 11 Okt 2013 / 17:40
O(e)GELECEK, :)Allah razi olsun

[cavab]

pol Elikram 11 Okt 2013 / 20:47
aze, sagol qardas, ALLAH komeyin olsun.

[cavab]

pol aze 11 Okt 2013 / 21:26
Elikram, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2002 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az