" Faiq "
Fayiq
11 Okt 2013 / 00:15
Bilirsən sənsizlik necə çətindir?
Yazmaq istəyirəm, sözümə sığmır. ağlamaq ar gəlir mənə,
Di gəl göz yaşlarım gözümə sığmır!
Üzümə gülürdü dünən yer üzü,
Bu səhər baxışlar zəhərdir, zəhər.
Dünən tükənməyən xəzinə idim,
Soyuldü sonadək qəlbimdəkilər.
Əlim işə yatmır, otağim zindan,
Yollara çıxıram, yol üzü dönük.
Sənsiz bu dünyanın dənizi laldır,
Göyləri bulanıq, günəşi sönük...
Bəlkə heç bitmədi bu ezamiyyət...
Bilirsən sənsizlik necə çətinmiş?
Sən demə halalca yediyim çörək,
Udduğum hava da məhəbbətinmiş.
Dünya ki bu qədər haldan-haladır,
Yaşayım, qoruyum! Nə üçün, nəyi?
Sən dünən sevimli eşq mələyimdin,
Bu günsə güzəştsiz Ölüm Mələyi
[cavab]
Bölmeye qayıt
0.1994 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az