" Unutdun Meni "
Fayiq
11 Okt 2013 / 00:13
Bir zaman sən məni dostun sanardın,
Dərdimə, qəmimə şərik olardın,
Mənimlə odlanıb sən də yanardın,
Bəs necə oldu ki, unutdun məni?
Sən məni düşünüb, məni anardın,
Sevgini müqəddəs duyğu sanardın,
Həyatın deyəndə məni sanardın,
Bəs necə oldu ki, unutdun məni?
Kiçik ayrılığı illər sanardın
Gecəni yatmayıb oyaq qalardın
Hətta uşaq kimi sən ağlayardın
Bən necə oldu ki, unutdun məni?
Deyərdin: -Mən sənin ilk vüsalınam
Eşqin, məhəbbətin hər amalınam
Bu geniş dünyada tək pənahınam,
Bəs necə oldu ki, unutdun məni?
[cavab]
Bölmeye qayıt
0.1835 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az